Şəkibai
Şəkibai Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Yar getdikcə təhəssür dili-şeydadə durar,
Ömr vardıqca həves aşiqi-risvadə durar!
Seyli-tən oylə teməwüclə alıb dövrü bərim —
Bənzəıəm bir qocaman dağə ki, dəryada durar!
Döysə də canımı minlərcə məlamət ləpəsi,
Zövrəqi-himmətim əwəlki təmənnada durar!
Bisütün sinəsinə dəysə do min tişə, yenə
Cövrə təmkin edəıək durduğu məvadə durar!
Nəqdi-can isə bəhayi-telebi-yar, iştə,
Can bəkəğ aşiqi-sadiq belə sövdadə durar!
Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman,
Mən gedərsəmsə, mətamım yenə dünyadə durar!
Dunnuşam pişü pəsi-təndə, Sabir, necə kim,
O eliflər ki, pəsü pişi-ətənadə durar!