Şuşanın dağları başı dumanlı

(Şuşanın dağları səhifəsindən istiqamətləndirilmişdir)

Qubatov kenan peysersi | başlıq = Şuşanın dağları | müəllif = | keçidsiz müəllif = Şifahi xalq ədəbiyyatı | tərcüməçi = Akif Dayi | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | vikipediya_keçidi = Şuşanın dağları başı dumanlı | vikisitat_keçidi = | commons_keçidi = }}

Şuşanın dağları göyü dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.


Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.

Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.

Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.