Adəm əsiri-dəsti-məşiyyət deyilmidir

(Adәm әsiri-dәsti-mәşiyyәt deyilmidir səhifəsindən istiqamətləndirilmişdir)
Adəm əsiri-dəsti-məşiyyət deyilmidir
Müəllif: Yusif Nabi

Adəm əsiri-dəsti-məşiyyət deyilmidir?
Aləm zəbuni-pənceyi-qüdrət deyilmidir?

Bu pərdənin dəruninə bax, iztirabı qoy,
Hər möhnətin vərası məsərrət deyilmidir?

Bəzli-həyat rahi-məhəbbətdə aşiqə
Təklif olunca canına minnət deyilmidir?

Yox gərçi sədmeyi-sitəmindən gürizimiz,
Əmma ki, dəsti-nazikə zəhmət deyilmidir?

Həp sənmi kamyab olacaqsan zəmanədən,
Ey təngçeşm, kar benovbət deyilmidir?

Möhtaci-rizai-xaliq ikən sərbəsər cəhan,
Məhluqdən niyaz məzəllət deyilmidir?

Nabi, zəbani-nitqim edən xameyi-məcaz
Məşşateyi-ərusi-həqiqət deyilmidir?