Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Mirzə Fətəli Axundov (məqalə)

Mirzəcan bəy Mədədov Azərbaycan ədəbiyyatı. I cild. Mirzə Fətəli Axundov
Müəllif: Firudin bəy Köçərli
Mirzə Həsən "Mirzə" təxəllüs


Mərhum Mirzə Fətəlinin tərcümeyi-halına və mütəəddid əsərlərinə şüru etməkdən müqəddəm onun məsqətürrəsi olan Nuxa şəhərinin və Şəki xanlığının keçmiş əhvalatına və əhalisinii dolanacağına dair filcümlə məlumat verməyi burada lazım gördük.

Nuxa şəhəri Qafqaz dağlarının cənubi-şərqində dağ ətəyində təmir olunmuş gözəl bir şəhərdir ki, sabiqdə Şəki xanlarının paytaxtı hesab olunurmuş. On səkkizinci əsri-miladın əvasitinə kimi indiki Nuxa bir qoryə halında imiş. Şəki xanlığı bina tutduqdan sonra Nuxa qəryəsi şəhərə mübəddəl olub, sürət ilə məmura və abadanlığa üz qoyur.

Şəki xanlığı baş tutubdur Nadir şahın Zaqafqaziyaya ləşkərkeşliyi zamanında — miladın 1734–1740-cı sənələrində. Şəki xanlarının zəmani-hökuməti yüz sənəyə kimi çəkibdir. Tarixi-məsihiyyənin 1819-cu səpəsində Fətəli xanın əyyami-hökumətində Şəki xanlığı bilkülliyyə Rus dövlətinin təhti-idarəsinə keçmişdir. Xanların əvəzinə onda rus çinovnikləri başlayır hökmranlıq etməyə.

1846-cı sənədə Nuxa şəhəri və Şəki mahalı əvvəlcə Şamaxı quberniyasının, sonradan Bakı və axırda Gəncə quberniyasının uyezdlərindən birisi hesab olunur. Bu halda Şəki mahalı Gəncə quberniyasının uyezdidir.

Arxeoqrafiçeski komissiyanın tərtib qıldığı aktlardan belə məlum olunur ki, Kovalenskinin Gürcüstana nazir təyin olunduğu vaxtda Şəki hakimi Məhəmmədhəsən xan imiş. Əgərçi Kovalenski onu müfəttin, hiyləgər və qəzəbnak xanlardan birisi hesab edir, vəli "Asari-Dağıstan"da təhrir olunduğuna binaən, xanın işbilən və aqibəti gözləyən müdəbbir bir vücud olduğu görünür. Ağaməhəmməd xan onun əmlakını qəsb edib, gözlərini də çıxartdırmış idi. Ağaməhəmməd şahın qətlindən sonra yenə öz əmlakına sahiblənmiş idi.

Gürcüstan ilə kor xanın əlaqəsi ancaq ticarət işlərində imiş. Zahirdə özünü Gürcüstana dost göstərərmiş isə də, batində onun dostluğuna və dəyanətinə etibar etməz imiş və Gürcüstan padşahlarını sevməz imiş. Məhəmmədhəsən xanın hərəmlərinin içində Tiflis knyazlarının birisinin qızı var imiş. O qızın atası bəzi vaxtlar qızını görmək niyyəti ilə Nuxaya gəlib, orada vaqe olan siyasi işlərə dair bəzi məlumat cəm edib apararmış.

Sabiqdə Şəki əhli öz xanlarına tabe və çox zirək tayfa imiş. Belə cəld və qoçaq camaatın vasitə və köməyi ilə Şəki xanı çox işlər görə bilərmiş. Çifayda, Məhəmmədhəsən xan gözsüz olduğuna görə, ancaq öz başını hər tərəfdən hücum edən düşmənlərdən qorurmuş. Xani-mərhum vəfat edibdir miladın 1804-cü ilində.

Şəhərin içində şayani-diqqət tikililərdən Nuxa xanlarının sarayıdır ki, 1765-ci sənədə İran padşahlarının qəsri səbkində təmir olunubdur və bundan əlavə şəhərin yuxarı səmtində çəkilmiş hasardır ki, bunun içində əlan rus qoşunu sakin olmaq üçün kazarmalar tikilibdir. Hasar bir şəkildə təmir olunubdur ki, ona diqqət olunsa, "Məhəmməd" kəlməsi oxunar.

Şəhərin abü havası mötədil və səlamətdir. Çahar fəsli çox düz və hər fəsil öz iqtizasına müvafiq gəlib keçir. Şəhərin içində hər tərəf sular və çeşmələr axır; hər evin özünə məxsus məhəlləsi və bağçası olduğundan şəhər yaşıl yarpaqlar ilə əhatə olunubdur.

Ətrafda olan dağ ətəyindən Nuxaya tamaşa etdikdə gözün qabağında gözəl bir mənzərə açılır, ruh təzələnir. Uca və böyük ağacların arasından minarələr dəxi göy tərəfinə sərkeşlik edib, guya zəbani-hal ilə onlara deyir: Nə qədər siz uca olsanız da, bizim rütbəmiz və hörmətimiz sizinkindən əladır; bizim başımızdan "allahü əkbər" sədası, sizin üstünüzdən qarğa və dolaşalar qaqtıltısı eşidilir.

Şəki mahalında qədimdən barama qurdu saxlamaq adəti olmağa görə, burada Zaqafqaziyanın sair yerlərindən artıq barama becərilir və Nuxa tacirlərinin ümdə alış-verişi barama və ipək ilədir. Bu halda Nuxada işləyən ipək zavodlarının ədədi ildən-ilə artmaqdadır. Zavodların artmağı bir tərəfdən şəhərin fəqir-füqərasına məaş verirsə də, digər tərəfdən havanı pozğun və xarab edir və fəhlələrin bədənlərinə böyük zərər toxuyur. Biçarəlar dar və rütubətli zavodlarda səhərdən axşamadək işləməkdən və mütəəffin hava ilə nəfəs almaqdan vaxtsız-vədəsiz solub, qisim-qisim mərəzlərə mübtəla olurlar.

Nuxa əhli sabiqdə nə qədər elmü mərifət və kəsbi-kəmal və sərvət cəhətincə geridə imişlərsə də, bu axır vaxtlarda qəflətdən ayılıb kəmali-ciddiyyət və sürət ilə irəli getməkdədirlər. Ülum və maarif təhsilinə canü dildən qurşanıblar.

Nuxa şəhərində hicrətin 1227-ci sənəsində — ki, miladın 1812-ci ilin mütabiqdir, — bizim böyük və möhtərəm ədibimiz və əvvəlinci dramayazanımız və müqtədir mütəfəkkirimiz Mirzə Fətəli Axundov təvəllüd edibdir.

Mirzə Fətəlinin özü fars dilində yazdığı tərcümeyi-halı 1887-ci sənədə "Kəşkül" qəzetinin; 43, 44, 45-ci nömrələrində dərc olunubdur. İşbu təfsilatı ən möhkəm və doğru bir mənbə hesab edib, burada onu eyni ilə türkə tərcümə edirik.

Tərcümeyi-Halını Mirzə Fətəli bu sayaq başlayır: "Mənim atam Mirzə Məhəmmədtağı Hacı Əhmədin oğludur. Onun babaları fars tayfasındandır. Atam cavanlığında Təbriz həvalisində Xamnə qəsəbəsinin kəndxudası olubdur. Bu mənsəbdən məzul olandan sonra 1811-ci sənədə ticarət əzmi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində sakin olubdur və burada məşhur Axund Hacı Ələskərin qardaşı qızını nikah edibdir. Bu mənkuhədən mən tarixi-məsihiyyənin 1812-ci sənəsində vücuda gəlmişəm.

Bu tarixdən iki il keçmiş Şəki vilayətinin hakimi Cəfərqulu xan vəfat edir. Bu səbəbə görə, İran qəribləri — ki, Cəfərqulu xanın himayəti altında zindəganlıq edirlərmiş, — onun vəfatından sonra öz vətənlərinə qayıtmaq qəsdinə düşürlər. Mənim atam da onun silkində arvadı və oğlu ilə Xamnə qəsəbəsinə müraciət edir. Dörd sənə burada qalandan sonra mənim anam atamın o biri arvadı ilə — ki, Xamnə əhlindən idi, — yola getmir və ərindən xahiş edir ki, onu mənimlə bir yerdə əmisi Axund Hacı Ələsgərin yanına göndərsin.

O əsnada Axund Hacı Ələsgər də Ərdəbildə Şəkinin sabiqi hakimi Səlim xanın müsahibətində zindəkanlıq edirmiş. Atam anamın xahişini qəbul edib, onu mənimlə əmisinin yanına göndərdi. Bu tarixdən mən atamdan ayrılıb bir də onu görmədim; anamın əmisinin yanında oldum — Horand qəryəsində ki, Qaradağ kəndlərindən birisidir.

Bir ildən sonra Axund Hacı Ələsgər təlim və tərbiyəmə şüru edib, əvvəl Quranı mənə oxutdurdu. Quranı tamam edəndən sonra yavaş-yavaş fars və ərəb kitablarından başladı mənə dərs verməyi.

Axund Hacı Ələsgər mümtaz bir fazil idi və cəmi ülumi-islamiyyədən, — xah farsi olsun, xah ərəbi, --kamil ittilaı var idi. Mərhum məni oğulluğa qəbul elədi və xalq arasında "Hacı Ələsgər oğlu" adı ilə məşhur oldum.

İki ildən sonra Horand qəryəsindən Ənkut qışlağına köçüb Vəlibəyli obasının içində sakin olduq. Bu vaxtlarda Mustafa xan Şirvani El-Ənkut qışlağında Şəkərli adlanan bir mahalda sakin olurdu. Bu gözəl xasiyyətli və nəcib xandan mənim ikinci atam[1] --yəni Axund Hacı Ələsgər xeyli himayətlər və vəsfdən ziyadə yaxşılıqlar gördü.

[1]-Mərhum mirzə hər yerdə Axund Hacı Ələsgəri "ikinci ata" ləqəbi ilə zikr edir.

Bu əsnada — ki, tarixi-məsihiyyənin 1825-ci ili idi, — Axund Hacı Ələskərin böyük qardaşı Məhəmmədhüseyn Şəki vilayətindən Ənkut mahalına gəlib, qardaşını, məni və anamı vətəni-məlufa apardı.

Axund Hacı Ələsgər əvvəl ili Gəncə şəhərində məskənət elədi. Bir ildən sonra İran dövləti ilə rusların davası başlandı. O müsibətlər — ki, bu müharibədən Axund Hacı Ələsgərə və onun əyalına üz verdi və o bəlalar ki, ona düçar oldular və cəmi əmvalü əcnasdən əlləri boş qaldı, — Gəncə qalasında tarac oldu və özləri müflis halına düşdülər, — onların cümləsini yazmağa yer yoxdur; kitab və dəftərə sığınmaz.

Əlqissə, İran qoşunu şikəst tapandan sonra Axund Hacı Ələskər öz əyalı ilə Nuxa şəhərinə gəlib burada aram oldu və burada mənim təlim və tərbiyəmə kəmali-ehtimam ilə əmək sərf elədi; fars və ərəb dillərini özü mənə öyrətdi. Hətta məni Dağıstan ləzgilərinin tələbələri kimi fars və ərəb dillərində mükalimə etməyə mötad qıldı.

1832-ci ilin əvvəllərində Axund Hacı Ələsgərin Həcc səfəri lazım oldu. Өzü ilə məni Gəncəyə gətirib Axund Molla Hüseyn adlı alim bir şəxsin yanında qoydu və ona tapşırdı ki, mənə məntiq və fiqh kitablarından dərs versin; özü azimi-Məkkə oldu.

Bu vaxta kimi mən fars və ərəb dillərini oxumaqdan başqa bir şey bilməzdim və dünyadan bixəbər idim və ikinci atamın muradı bu idi ki, mən ülumi-ədəbiyyəni təhsil edib ruhanilər silkinə daxil olam və mollalıq ilə başımı dolandıram. Amma başqa bir qəziyyə üz verdi və bu, niyyətimin fəsxinə bais oldu.

Əlqissə, ikinci atam Axund Hacı Ələsgər Həccdən qayıdandan sonra mən də Nuxaya gəldim və burada bir neçə vaxt ərəb dilində yazılmış kitabların, o cümlədən Şeyx Bəhai əleyhirrəhmənim "Xülasətül-hesab" adında yazılmış kitabının mütaliəsinə məşğul oldum. Bu əsnada Nuxa şəhərində rus məktəbi açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada təlim alıb çıxdım. Çünki yaşım artıq idi və bir ildən ziyadə burada oxumağa qadir deyil idim.

Bir ildən sonra 1834-cü tarixdə ikinci atam özü ilə bahəm məni götürüb Tiflisə apardı və burada sərdar Baron Rozenə ərizə verib təvəqqe elədi ki, məni öz dəftərxanasında Şərq dillərinin mütərcimi mənsəbinə qəbul eləsin və rus yazıçılarından bir nəfəri mənim üçün köməkçi təyin etsin, ta ki, rus dilində biliyim artsın, qüvvət tapsın.

Bilmirəm hansı bir dil ilə bu sərdarın, yəni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinə yetirim. Mələk xisallı bu əmir ikinci atamın iltimasını fövrən qəbul edib, iltifat və mərhəmətlərini mənim haqqımda zahir qıldı ki, təmamisini vəsf etməkdə acizəm.

Ol vaxtdan bu günə kimi mən Qafqaziya sərdarlarının nəzdində əlsineyk-Şərqiyyə mütərcimi olub, hər birindən ənvai-iltifat və mərhəmətlər görmüşəm. Xüsusən, mütəvəffa general feldmarşal knyaz Vorontsovdan razı və şakirəm ki, Baron Rozendən sonra mənim ikinci vəliyyün-neməm olubdur və bu əmiri-kardan və rövşənzəmirin iltifatının vasitəsilə məndə müsənniflik qabiliyyəti büruz edibdir.

Altı komediya — yəni təmsil türk-Azərbaycan dilində təlif edib hüzuri-alilərinə təqdim etmişəm. Cümləsi məqbul və təhsin olunub; əvəzində bir çox ənamlara nail olmuşam. Təmsilatımı Tiflis teatrında — ki, onun da banisi knyaz Vorontsov olubdur, — səhneyi-tamaşaya qoydular. Hüzzari-məclisdən çox təriflər və afərinlər eşitdim. Ondan sonra "Yusif şahın hekayəti"ni[2] yenə türk dilində yazdım. Bu yeddi təsniflərim rus dilinə tərcümə olunub çapa verildi və onların haqqında Berlin və Peterburq curnallarında xeyli tərifnamələr yazılıbdır.

[2]- "Yusif şahın hekayəti"ni — ki, "Aldanmış kəvakib" adı ilə məşhurdur, — ikinci dəfə olaraq türk dilindən rusa biz tərcümə edib "Vestnik Kafkaza" adlı curnalın 5-ci nömrəsində 1901-ci sənədə çap etdirmişik. Bu hekayənin əvvəlki tərcüməsindən bizim xəbərimiz yoxdur və mütərcimi kim olubsa, o da bizə məlum deyil.

1857-ci tarixi-məsihiyyədə islam əlifbasının təğyiri babında bir kitabça fars dilində yazmışam. Məzkur əlifbanın təğyiri vacib və mühüm əmrlərdən olmağını xeyli mətin dəlillər vasitəsilə sübuta yetirmişəm.

1863-cü tarixdə Qafqaz canişini imperatorzadeyiəfxəm veliki knyaz Mixail Nikolayeviçin icazəsi ilə bu xəyalını elan etmək üçün İstambula azim oldum. Cəmi səfər xərcimi veliki knyaz öz xəzinəsindən mərhəmət elədi və vəziri Kruzenştern İstambulda olan rus səfirinə bir kağız yazdı ki, mənim mətləbimin əncama yetməyi üçün Osmanlı dövlətinin övliyavü ərkanından təvəqqe eləsin, ta ki, lazimeyi-təqviyət və müavinəti müzayiqə etməsinlər.

Əlifbanın təğyiri babında tərtib qıldığım kitabçanı rus elçisinin draqomanı müərrifliyi ilə sədri-əzəm Fuad paşanın hüzuruna pişnəhad etdim və yazdığım təmsilatı və "Yusif şahın hekayəti"ni də nişan verdim. Kitabçamı sədri-əzəm həzrətlərinin əmri ilə Osmaniyyənin Cəmiyyəti-elmiyyəsində mülahizə edib hər bir xüsusda məqbul və müstəhsən gördülər və lakin icrasına icazə vermədilər. Bu səbəbə ki, kitabçada qərari-sabiqi üzrə hüruflar bir-birinə culaşır və kəlmələrin tərtibində çətinlik müşahidə olunur.

Bu irada cavabım bu oldu ki, belə olan surətdə lazımdır islam əlifbasını bilkülliyyə tərk edib, avropalıların üsuli-xəttini götürmək və yazını soldan-sağa yazıb oxumaq və nöqtələri bilmərrə saqit etmək və hürufların şəklini latın hüruflarından intixab edib, təzə bir əlifba tərtib eləmək və hürufi-müsəvvətəni hürufi-samitənin yanınca yazmaq. Xülasə, sillabi əlifbanı alfabiti əlifbaya mübəddəl etmək.

Həqirin bu rəyini də İstambul üləma və vüzərası öz fəhmü qanacaqlarına müvafiq görmədilər və qəbul etmədilər və orada olan İran vəziri-muxtarı Mirzə Hüseyn xanın mənim barəmdə olan qədimi ədavəti büruz edib İstambul vəzirlərinin ədəmi-müvafiqətinə səbəb oldu. Xülasə, məramü arzuma çatmayıb İstambuldan geri qayıtdım.

Əgərçi Osmaniyyə dövlətində müsəlman əlifbasının təğyiri babında etdiyim fikir və xəyal nəticə vermədi və qəbula keçmədi, amma bu zəhmətin əvəzində bəndəyə "Məcidiyyə" nişanı fərmani-təhsin ilə ənam olundu. Mirzə Hüseyn xandan İstambulda xeyli mərarət və küdurətlər çəkdim ki, onların hamısını zikr etsəm, başağrısı olar. Müşarileyh sabiqdə Tiflis şəhərində öz dövlətinin konsulu idi və məlum oldu ki, batində mənimlə böyük ədavəti var imiş. Vəli onun ədavətindən mən qafil imişəm və onu özümə dost hesab edib evində mənzil etdim. Axırda ədavətini büruz edib, məni cəmi Osmaniyyə vəzirlərinin nəzərində islam dininin və müsəlman dövlətlərinin bədxahı nişan verdi.

Necə ki, məlum oldu, onun ədavətinin səbəbi bu imiş ki, guya mən öz təmsilatımda iranlıların əxlaqi-zəmimələrini həcv qılmışam və halanki dramaya dair əsərlərin şərti və xüsusən, komediyanın təqazası xəlayiqin eyiblərini və əxlaqi-zəmimələrini eyni ilə göstərməkdir.

Çün müşarileyh drama fənnini, onun şərtlərini anlamır və ülumi-dünyəviyyədən bilkülliyyə bibəhrədir və hiyləvü təzvirdən və büxlü həsəddən və hirsü tamahdan başqa bir şeyə qabiliyyəti yoxdur, ona binaən belə qiyas eləyir ki, mənim bu hərəkətim iranlılara nisbət büğzü ədavətimdən naşidir. Onun belə ədavəti zahir olandan sonra evindən çıxıb, özgə bir yerdə mənzil etdim.

Tiflisə qayıdandan sonra əlifbamızın qüsuru və təğyiri barəsində təzədən yenə bir kitabça yazıb Tehrana göndərdim. Bu kitabçada hürufi-müqəttəəni hürufi-müttəsiləyə tərcih etdimsə də, yenə üləmanın qorxusundan rəsmi-xətti sabiqi qərar üzrə sağdan-sola yazmağı nişan verdim, Tehranda da həmçinin mənim bu fikrü təsəvvürümə mültəfit olmadılar və bu məsələ əlan tərəqqipərvərlər ilə mühafizəkarlar arasında İstambulda mayeyi-mübahisə olub bir məqamda qərar tutmayıbdır.

Digər öz dövlətimin ərkanü böyükləri icazəsi ilə Osmanlı dövlətinin sədri-əzəmi olan Əli paşaya əlifba məsələsinə dair bir kitabça yazıb Tiflisdən göndərdim. Bu kitabçaya əlavə olaraq Osmanlı danişməndlərindən Süavi əfəndinin əlifbamız barəsində yazdığı tənqidi (kritikanı) dəxi qoşdum. Vəli bu kitabça da bisəmər qaldı.

Əlifbanın təbdili xüsusunda bu qədər səyü təlaşım nəticəsiz qaldığını və bu əhvalın güzarişini fars dilində yazılmış bir mənzumədə bəyan etmişəm[3]. Bu macəradan sonra Rzaqulu xan "Hidayət" təxəllüsün "Rövzətüs-səfa"ya mülhəqat tərzində yazdığı tarixə müxtəsər bir tənqid (kritika) yazıb Tehrana göndərmişəm və bundan bir sənə keçmiş "Süruş" təxəllüslü Tehran şairinin ki, "Məliküşşüəra" ləqəbi ilə şöhrətlənmiş idi, yazdığı bir qəsidəyə tənqid yazıb öz aşinalarıma Tehrana göndərmişəm.

[3]- Bu mənzumə aşağıda yazılacaqdır.

Əlan — ki, tarixi-miladiyyənin 1878-ci ilidir,--ömrüm altmışdan keçibdir. Rus dövlətinin mərhəmətindən irəliki xidmətimdə qalıb, onun lütfü himayətində bəhrəməndəm".

Mərhum Mirzə Fətəlinin öz yazdığı seyr-sülukundan maəda bir para məlumat onun oğlu mərhum Rəşid bəy cəm edib bizə göndərmişdi ki, məqamı gəldikcə onlardan bəhs olunacaqdır.

Necə ki, öz yazdığı tərcümeyi-halından görünür, mirzə uşaqlıqdan yetim qalır. Bu yetimlikdə böyük əlamət var. Tarixdən xəbərdarlığı olanlara məlumdur neçə-neçə böyük şəxslər — ki, ibarət olsun hükəmavü üləmadan, məşhur reformatorlardan, din və şəriət sahiblərindən, — uşaqlıqdan yetim qalıblar. Vəli heç bir yetimi allah-taala sahibsiz və hamisiz qoymayıbdır. Mirzə Fətəli də körpə vaxtından yetim qalıbsa da, artıq üsrət və zəhmət çəkməyibdir.

Axund Hacı Mirzə Ələsgər atalıq və analıq vəzifəsini öhdəsinə götürüb, nəvəsi mənzələsində olan balaca Fətəliyə lütfü nəvazişlərini əsirgəməyibdir və öz istəkli övladı kimi onun təlim və tərbiyəsinə məşğul olubdur. Balaca Fətəli dəxi onu atası kimi istərmiş və ömrünün axırına kimi zikri-xeyir ilə yad edərmiş. Mirzeyi-mərhum Gəncədə Axund Molla Hüseyn Gəncəvidən təlim almağı filcümlə yad edirsə də və mollalığa hazırlaşdığı əsnada onun fikirlərinin dəyişirilməsini və başqa bir qəziyyənin üz verməsini ötəri işarə edirsə də, amma həqiqəti-halı bəyan etmir.

Mərhum Rəşid bəyin bizə verdiyi məlumatdan belə zahir olunur ki, möhtərəm atası Gəncədə olan zamanı məşhur Mirzə Şəfi ilə görüşüb tanış olur. Səhih rəvayətə görə, Mirzə Şəfi İrandan gəlib Gəncədə müvəqqəti olarmış, özü də alim və fəlsəfəməslək bir vücud imiş ki, hər bir şeydən xəbərdarlığı var imiş. Əfqanlı Şeyx Cəmaləddinin və Mirzə Mülküm xanın və İranın bir neçə təzə fikirli adamları ilə ülfət və əlaqəsi var imiş. Bununla belə gözəl və mövzun təbi var imiş. Mirzə Şəfinin bir çox əşari-nəfisəsi və asari-fəlsəfiyyəsi Avropada və xüsusən Almaniyada iştihar bulmuşdu. Almaniyada Mirzə Şəfinin məcmuəsi Bodenştedt[4] adlı alim bir şəxsin ehtimamı ilə nemsə dilinə tərcümə olunubdur.

[4]-Bilmək gərəkdir ki, Bodenştedt nemsə ədib və şairlərinin məşhurlarından birisi hesab olunur. Bu axır vaxtlara kimi sağ imiş. Bodenştedt 1840-cı səneyi-miladidə Moskva şəhərinə gəlib, orada knyaz Qalitsinlərdən birisinin mürəbbisi olur. 1844-cü sənədə Qafqaz canişini general Neydqardtın təklifi ilə Tiflisə gəlib, indiki şəhər müəllimləri hazırlaşdıran məktəbə (Aleksandrovski instituta) müdir olur. Bodenştedt bu mənsəbində bir ildən ziyadə qalmayıb istefa verir və sonra Qafqazın çox yerlərini və Krım vilayətini seyrü səyahət edib bir çox məlumat və təcrübələr kəsb qılır. Gəncə şəhərində olan vaxtı Mirzə Şəfidən fars dilini öyrənir. Sonra Bodenştedt vətəninə müraciət edib, Berlin şəhərində "Qəzəliyyati-Mirzə Şəfi" ünvanında öz əşarını çapa verir. "Qəzəliyyati-Mirzə Şəfi"də olan müəssənat və lətafət bir dərəcədə nemsələrə xoş gəlir ki, 123 dəfə peydərpey çap olunur.

Bəzi rəvayətə görə, "Qəzəliyyati-Mirzə Şəfi" mərhum Mirzə Şəfinin öz kəlamıdır ki, onu Bodenştedt farsdan nemsəyə artıq məharətlə rəvan dildə tərcümə edibdir. Bəziləri dəxi bu qövlə şərikdirlər ki, Mirzə Şəfi xud Bodenştedt özüdür ki, "Mirzə Şəfi" ləqəbini özü üçün intixab etmişdir. Amma bu qövl səhih deyil. Səhihi budur ki, Mirzə Şəfi əslən İran əhlidir. Gəncədə sakin olduğu əsnada Bodenştedtin oraya səfəri düşür onunla tanış olub bir müddət məclisində iqamət edib dilini ondan təhsil etmişdir. Bodenştedt və əsərlərində Mirzə Şəfini "ustad" ləqəbi ilə yad edir.

Bəli, Mirzə Şəfi cavan Fətəlinin ağlını, fitri zəkavət və fərasətini müşahidə edib və gözlərindən yağan anlaq və mərifət nurunu dərk edib, gələcəkdə ondan böyük xidmətlər vüqua gəlməsini Mirzəyə bəşarət verir və onunla bir neçə müddət görüşüb danışandan sonra filosof Mirzə Şəfi cavan Fətəlinin fikir və xəyalatını başqa bir səmtə çevirir. Bundan sonra cavan Fətəli ruhani olmaq fikrindən bilmərrə daşınıb, Avropa mədəniyyəti ilə aşina olmaq niyyətinə düşür və dövləti xidmətlərdən birisinə daxil olmağa meyil edir. Bu əsnada mərhum Axund Hacı Mirzə Ələsgər Həccdən müraciət edir və — necə ki, zikr olundu, — öz nəvəsinin əvvəlcə rus dili öyrənməyinə və sonra qulluğa girməyinə səbəb olur. Bu qulluqda (Qafqaz canişinlərinin mütərcimliyi mənsəbində) Mirzə Fətəli ömrünün axırına kimi qalıb, sədaqət və ixlasla öz vəzifəsini əda eləyir və hüsni-xidmətləri əvəzində neçə-neçə nişanlar və polkovnik çini alır.

Qulluq işlərindən fariq olduqda asudə vaxtlarını mirzə rus kitablarının mütaliəsinə sərf qılıb, bir çox məlumat kəsb edir. Onun artıq sevdiyi fəlsəfəyə dair, siyasi və iqtisadi elmlərinə məxsus kitablar imiş.

Mirzə Fətəli vəfat edibdir Tiflis şəhərində tarixi-məsihiyyənin 1878-ci ilində may ayının 28-də ki, tarixi-hicrətin 1294-cü sənəsinə və cəmadiyül-əvvəlin 27-ci gününə təsadüf edir[5]. Dəfn olunubdur Tiflis qəbiristanlığında.

[5]-"Kəşkül" qəzetinin verdiyi xəbərə görə, mərhum Mirzə Fətəlinnn vəfatı ittifaq düşübdür haman ildə fevral ayının 28-ci yövmündə.

Axundovun tərcümeyi-halına dair yazdığımız bu qədər məlumata iktifa edib, onun əsərlərindən və millətə göstərdiyi hüsni-xidmətlərindən filcümlə danışmağı burada lazım görürük.

Mirzə Fətəli Axundov, demək olur ki, müsəlmanların əvvəlinci reformatoru olubdur. Müsəlman məişətinin köhnə və çürümüş əsaslarını pozan və islam tərəqqisinə mane olan üsulü qəvaidin təğyirü təbdili yolunda ən əvvəl sərfi-himmət edən bu zati-ali olubdur.

İyirmi sənədən ziyadə mirzə müsəlman kitablarının mütaliəsi ilə məşğul olub, yenə onları rəvan oxumaqda özünü aciz görür. Amma rus əlifbasının vasitəsilə bir az vaxtda çox şeylər öyrənir və rus hərfləri ilə yazılmış kitabların kaffəsini asanlıq ilə oxuyur. Bu hal mirzəni mütəhəyyir edir və onun diqqətini cəlb edir. Bu qədər məktəblər küncündə ömürlər sərf edib axırda yenə bisavad və elmdən bibəhrə qalmağımızı mirzə əlifbamızın qüsurundan görür. Bu qüsuru rəfü dəf etmək üçün, oxumaq və yazmaq məsələsini asanlandırmaq üçün özü təzə bir əlifba tərtib edir.

Bu əlifbada mirzə nöqtələri götürüb, yazıda nişanı və asarı olmayan hürufi-müsəvvətə üçün və hərəkələr əvəzinə müəyyən nişanlar icad edir. Bununla oxumaq və yazmaq məsələsini bir növ yüngülləşdirir. Vəli avam xalqın qorxusundan və mütəəssib və fanatik ruhaniləri ürkütməməkdən ötrü Mirzə Fətəli müsəlman hərflərini bilmərrə dəyişməyib, onların ibtidasına və ya axırına bəzi nişanlar qoşur və bu vəch ilə yazılmış kəlmələrin düzgün olunmağını qaydaya salır[6].

[6]-Əlifbamızın qüsuru babında öz fikrü rəyimizi 1898-ci ildə "Kavkaz" qəzetinin 230, 238, 264-cü nömrələrində müfəssələn yazmışıq.

Filhəqiqə, ərəbdən götürdüyümüz sillabi xəttdə o qədər qüsur və nöqsanat vardır ki, təhrirə sığası və təqrirə gələsi deyil. Ümum müsəlman tayfalarının tərəqqi və təali yolunda Avropa əhalisindən bu qədər dalda qalmaqlarının böyük səbəblərindən birisi də həmin mayeyi-səadətimiz və məbdəyi-tərəqqimiz olan oxumaq və yazmaq alatü əsbabının qüsur ilə dolu olmağıdır. Bir əlifbanın ki, irabü hərəkəsi və qədri-kifafınca hürufi-müsəvvətəsi və müəyyən bir şəkildə hürufatı olmasın və qədim misirlilərin heroqlifinə bənzəyib, bir kəlmənin neçə tərzdə oxunmağına yol versin, onun bu tərəqqi əsrində bəqası [səlah] deyil və nə qədər təbdil və təshihinə tez çarələr bulunsa, bir o qədər də irəli düşərik və sürətlə qabağa gedərik; dünya və axirət işlərimiz qaydaya düşüb öz yolu ilə rastü rahat gedər.

Ülumü fünundan — ki, bu qədər bəhs edib, məclislərdə və məhfillərdə danışırıq, qəzetə və curnallarda yazırıq, — heç biri bizim üçün müyəssər olmur. Hürufumuz təbdil olduqda qilü qalsız asan vəch ilə cümləsindən bəhrəmənd və mənfəətbərdar olarıq.

Xətti-alfabiti[7] — ki, Avropa millətləri arasında icravü istemal olunur, — dillərdə eşidilən cəmi sövtləri əksiyi otuz, artığı otuz beş ədəd hərflərin vasitəsilə əda edilir.

[7]-Firəng dilində xətti-alfabiti o xəttə deyilir ki, kəlmələr hürufi-məqtəə vasitəsilə tərtib olunur. Amma xətti-sillabidə kəlmələr hürufi-müttəsilə vasitəsilə düzülür. Xətti-alfabitidə hər bir hərf özünə məxsus şəkildə həmişəlik qalır; xətti-sillabidə bir hərf öz məqamına görə, neçə cürə şəklə düşür. Bizim hərflər kimi kəlmənin başında bir şəkildə yazıldıqda ortasında başqa və axırında özgə şəkildə yazılır.

Az-çox tərbiyəli və ağlı salamat adam əcnəbi millətin xətti-alfabitisi ilə tərtib olunmuş əlifbasını üç-dörd saatın ərzində öyrənib oxumağa başlar. Bisavad uşaq iki ayın müddətində oxuyub-yazmağa qadir olur. Bir adam xətti-alfabiti ilə yazılmış bir səhifəni oxuya bilsə, haman xətt ilə təb olunmuş kitabların hamısını düz və asan oxuya bilər. Amma bizim çox dərin oxumuş mollalarımız aşina olmadığı kitabı oxumaqda aciz qalırlar. İki sətir güc ilə oxuyub duruxurlar; eşitmədikləri bir sözü düz oxuya bilmirlər. Bunda təqsir, əlbəttə, mollalarımızda deyil, təqsir bu sillabi xətt ilə tərtib olunmuş əlifbamızdadır. Burada həqiqət gün kimi aydın və rövşəndir.

Əqli-səlim sahibi hərgiz bu doğrunu inkar edə bilməz. Amma avamlığın zoru, adətü ayininin gücü bizim canımıza bir dərəcədə sirişt edibdir ki, həqiqəti görüb, təsdiq və qəbul etməkdə aciz olmuşuq; çətini dərk edib, asanı götürməyə cürətimiz yoxdur.

Hər halda piyada atlıya və atlı dəmir yol (vapor) ilə gedənə və havada uçana yoldaş olmayan kimi, biz müsəlman qövmü millətləri dəxi qədimi heroqlif şəklində düzülmüş əlifbamız ilə mədəniyyət aləmində bu qədər sibqət edən və hünərlər göstərən Avropa millətlərinə yoldaş deyilik və ola da bilmərik.

Mərhum Mirzə bu barədə yazır: "Əgər əlefbaye-melləte-eslam əlfabeti budi, nə sillabi və neveştən həm əz tərəfe-dəste-çəp betərəfe-dəste-rast budi, çenan ke, rəsme-xətte-əlfabetist, melləte-eslam dər aləme-sivilize, yəni tərəqqiyo mədəniyyət bər melləte-Orupa bişobhe sebqət costəndi, beelləte-in ke, dər ebteda toxmesivilize dər xake-eslamiyan ağaze-ruyidən kərd. Əmma bevaseteye-səubəte-xəttb-sillabiye-eslamiyan olumo məaref fi ma beyki-omumu-ouzafe-in mellət təmim nəpəziroft və toxme-sibilize dər xake-eslamiyan puside, zay gərdide və dər xake-Orupa bevaseteye-səhuləte-xətte-əlfabetiye-əhləş ruyənde şod.

Hezar əfsus ke, ouliyaye-melləte-esdam vocube-təğyire-əlefbaye-xodeşanra dərk nemikonənd və in mətləbe-rouşəntər əz aftabra nemifəhmənd və saere-omuratra əz qəbile-tənzimate-cədide və təmire-toroqe-cədidiyye və səfayene-boxariyye və keşidəne-cədavele-tilğerafiyye və təcdide-əsləheye-hərbiyye və əmsale-zalik ke, nesbət betəğyire-ədefba foruatənd bər in əhle-hərkar və bər in qtaybəste-hər divare-morəcceh miengarənd, zəhi bodbəxtist ke, adəm dər in mellət əz aləme-ədəm beərseye-vocud qədəm qozarəd və həqqra befəhməd və nətəvanəd ke,
behəmmellətane-nadane-xod befəhmənəd və beənduho həsrət əz donya berəvəd.

Emza: Mirza Fəthəli Axundzade".

Mirzeyi-mərhum böyük təmənnalarla tərtib qıldığı əlifbanın Rum və İranda qəbul olunmadığını, avam ve kutahnəzər İranda vəzirlərinin İstambulda müqim İran səfiri Mirzə Hüseyn xanın büğzü ədavətini və filcümlə öz hali-dilini fars dilində yazılmış
mövzun bir mənzumədə bəyan etmişdir ki, eynən və təbərrükən aşağıda dərc olunur. Bu mənzumə Firdovsiyi-Tusi əleyhirrəhmənin inşad qıldığı "Şahnamə"si tərzində yazılmışdır. Bu kəlamdan Mirzə Fətəlinin fünuni-şerdə mahir və xoştəb bir şair olduğu zahir olunur.

Mənzumənin ünvanı bu sayaq yazılıbdır:

Mənzumeist ke, Kolinel Mirza Fəthəli Axundzade --motərceme-caneşine-Qafqaz dər vəsfe-hale-xod qofteəst dər səneye-1284:

Beənduho həsrət məra ruzeqar
Sər aməd dər in deyre-napaydar.
Bebesyare-tədbirha çəngzən
Həmibudəm əz ferte-hobbe-vətən.
Nəbəxşid səyəm vəli haseli
Nədidəm dər in əsr sahebdeli.
Bozorqane-torkano İranzəmin
Həme xofte budənd ço xəlqe-Çin[1]
Cəzaniyəm rəft zəbun gəşt zur,
Cəvani nədidəm ba zouqo şur.
Səfər kərdəm əz rahe-dərya be Rum,
Əlefbae-noura dər an mərzo bum[2],
Nəmudəm beərkane-doulət təmam,
Xəyaləm bəsi poxte budo nə xam.
Yekayek beqoftənd səd afərin,
Cəhan şod beçeşməm ço xolde-bərin.
Məra paykəhe-biştər saxtənd,
Beəname-şahan benəvaxtənd --
Ke, naqah yek mərdəke-zərdçehr[3]
Be came-moradəm bər amixt zəhr.
Be pişe-vəziran ura rah bud,
Məra doşməne-dino doulət nəmud.
Bedin tohməte-an mərde-napakzad
Məra pişe-hər kəs həmikərd yad.
Bevəhşət dər əfkənd torkanra,
Bozorqane-şurayo ərkanra,
Əz u hiç şod rənce-dəhsaleəm,
Şenid aseman əz zəmin naleəm.
"Resəd pak yəzdan befəryadi-mən
Be məhşər setanəd əz u dade-mən"[4]
Şenidəm ke, babaş dər kudəki
Be Qəzvin bud əz saderuyan yeki.
Benaçar bər gəştəm əz xake-Rum --
Ke, mandən dər anca məra bud şum.
Ferestadəm an gəh be Tehran xəbər
Əz in rəftəno amədəne-bisəmər.
Neveştəm yeki nameyi-delpəzir
Bename-vəzire-olum əz əbir.
Əlefbae-noura neşan dadəməş,
Dəre-nou beferdous beqoşadəməş.
Nədanəm məgər hemmətəş pəst bud,
Nədanəm məgər ruzo şəb məst bud --
Ke, nədad bər mən cəvab in vəzir,
Nəşod bər moradəm məra dəstgir.
Vəzire-digər dər ləbe-softe bud,
Dər in məsəle rəye-xod qofte bud --
Ke, ma xəlqe-İran ze xordo bozorg,
Ze gəbro ze tərsa, ze fərso ze tork,
Həme zirəko mərifətpişeim,
Ze fərte-zəkavət porəndişeim.
Ze doşvariye-xət nədarim bak,
Bekuran səzəd rəhnoma əz məğak.[5]
Nəgirim nou xət əz hiç kəs. --
Ke mara xətto zehne-ma həst bəs.
Pəs an gəh əz in rəy balide bud,
Kəfe-dəst bər riş malide bud.
Həme səfneşinan dər an əncomən
Bedu qoft: "Əhsənət, ey rəyzən.
Behərfe-dorostət hezar afərin,
Behekmət nəgərdəd tora kəs qərin.
Delət rouşənəsto kəlamət səvab,
Nədarəd Ərəstu berəddəş cəvab".
Dəriğa şəhənşahe-bafərro huş
Ze kerdare-kuran neşinəd xəmuş.
Dəriğa ke, fərmandehe-dadgər
Nədid in əlefbara sərbesər.
Doriğa ke, dər əhde-firuze-u
Vəziri nədidəm ba aberu.
Həme portəmə, bihonəro bixerod,
Bexubi kəsi nameşan key bərəd.
Əgər çe dər ağaze-əhdəş be Şərq
Vəziri derəxşid manənde-bərq,
Vəli u vəziri çö Baris[6] bud --
Ke, dər molke-rusan vəzarət nəmud.
Ço hər kar mikərd bidəxəle-şah,
Ço Baris gərdid omrəş təbah.
Həmin rəmzra fəhməd in padşah --
Ke, ura bəqa bad çon mehro mah.
Ke, doulət pərəstare-mellət bud,
Nə mellət, pərəstare-doulət bud.
Əya çalese-məsnəde-Keyqobad,
Bər an şəhriyariyət cavid bad!
Şenidəsti axər ke, dər molke-rus
Ço xubi be mellət Alesandrus
Be hemmət, beqeyrət, benamus kərd,
Benamavəri dər cəhan gəşt fərd.
Şenidəsti axər ke, Palmereton[7]
Çe kərde bəraye-britaniyan?
Şenidosti axər to Vilhelmra[8]
Krale-xerədmənde-zielmra,
Nəyasayəd əz rənco kuşeş dəmi
Beheştəst molkeş bedourəş həmi.
Şenidəsti axər to Bismarkra[9]
Ke, əfraşt bər fərq dan fərqra.
Çe tədbirha sər zəd əz rəye-u,
Bəraye-vətən gəşte xod cəngcu.
Şenidəsti axər ke, dər parsal
Ğribaldi[10] ba zəne-məhcəmal
Çe san cənghaye-dəlirane kərd,
Vətənra mosəffa ze bigane kərd.
Behər ca ke, məşğule-peykar bud,
Zənəş dər qəfayəş vəra yar bud.
Şenidəsti axər to Linkolnra[11]
Çe sap kərd canra be mellət fəda.
Şenidəsti axər Tyerra[12] ke, hal
Ze omrəş qozəşteəst həştad sal,
Bəraye-vətən daema dər ğəməst
Nə dərbənde-asayeşo derhəm əst.
Çe kərde vəziranət, ey padşah,
Be kerdare-işan to xod şo qovah.
Vəziran nəkərdəəst bireyb hiç,
Gəh əz dər dorude, gəh əz dərde-piç.
Pəs işan nəyərzənd yek cou bər an,
Ze dərgahət, ey xosrove-xosrovan,
Vəziran ba elmo hekmət bexah,
Nəcabət rəha kon, fəzilət bexah.
Ke, ta molk arayeşe-tazei,
Bekirəd fəra xor əndazei.
Əlefbae-noura bekar avərənd,
Nehale-səadət bebar avərənd.

[1]- Bu halda Çin xalqı da qəflətdən ayılıbdır, vəli İran zəminin böyükləri yuxudan doymurlar və hirs--tamahdan bizar olmurlar.
[2]- Mirzənin Ruma səfəri hicrətin 1260-cı sənəsində olubdur ki, miladın 1863-cü ilinə mütabiqdir.
[3]- Mirzə Hüseyn xana işarədir.
[4]- İn do fərd əz Ferdousiye-Tusist ke, bemonasebətariye şodeəst. — Mirzə Fəthəli.
[5]- Məğak-- çuxur və nahəmvar yer.
[6]-Boris Qodunov — rus əyanından (boyarlardan) birisininadıdır ki, üç yüz əlli il bundan müqəddəm Rusiyada iğtişaş zamanı bir müddət vəzirlik edib, sonra məsnədi-səltənəti dəxi qəsb etmişdi. Ziyadə ağıllı və pürtədbir bir zat imiş. Vəli xəyanəti ucundan axırda bədbəxt və bədfərcam oldu. Heyfa ki, Mirzə Fətəli Borisə felü əməlində oxşayan İran vəzirinin adını zikr etməyib mətləbi pərdəli söyləyir.
[7]- Palmerston — İngilis dövlətinin vəziri olubdur ki, onun politikası sayəsində ingilis dövləti bir çox yerlərə malik olubdur və nüfuzunu Şərq və Qərbdə artırıbdır. Təvəllüd edibdir miladın 1784-cü sənəsində və vəfat edibdir 1875-ci tarixdə.
[8]-İndiki nemsə imperatoru Vilhelmin babasıdır. Ziyadə
müdəbbir və millətpərəst bir padşah imiş.
[9]-Bismark — Almaniya dövləti vəziri-əzəmi olubdur. Təvəllüd edib miladın 1815-ci ilində; vəfat edib 1898-cn sənədə. KnyazBismark öz vaxtının ən müqtədir və dəqiq politikaşünaslarından hesab olunur. Onun vəzarəti zamanından Almaniya dövlətinin şənü hörməti uca məqama yetişdi.
[10]-Harribaldi — italiyalı bir bahadırın adıdır ki, vətənini biganələrin əlindən xilas edibdir. Təvəllüdü miladın 1807-ci, vəfatı 1882-ci sənəsində vaqe olubdur.
[11]-Linkoln — yeni dünyanın — Amerikanın cümhuriyyət rəisi olubdur. Amerikada həbəşlərin (qara qulların) hürriyyəti yolunda bahadıranə cəng edib, onları əsirlikdən azad edibdir. Təvəllüdü miladın 1809-cu, vəfatı 1895-ci sənələrində olubdur.
[12]-Tyer — Firəngistanın məşhur müvərrixi və sonradan bir çox böyük xidmətləri ifa edəm millət hamisi və hürriyyət tərəfdarı olan böyük bir zat imiş. Təvəllüdü miladın 1797-ci və vəfatı 1877-ci illərində vaqe olubdur.

Xetab bər duste-xod ke, ebarət əz Ruhol-qodsəst:

Bəsi şekve xordəm, soxən şod deraz,
Qozəştəm, nəxahəm tora did baz.
Sepordəm beəhde-to in karra,
Sərəncame-in rənco bimarra.

Mirzə Fətəlinin bu mənzum şikvəvü naləsi Firdovsi əleyhirrəhmənin Sultan Mahmud Qəznəvi haqqında yazdığı həcvə bənzəyir. Hər iki kəlamın mənbəi bidadlıq və ədalətsizlikdən nəşət edən nalələrdir.

Axundov ustadi-kamili məqamında olan Firdovsiyi şirinkəlama peyrəvilik etməkdə artıq dərəcədə məharət büruz etmişdir. İranzəmin vəzirlərinə elə bir qara ləkə və həcv sikkəsi vurubdur ki, qiyamətədək baqi qalacaqdır və yumaq və qazımaq ilə getməyәcəkdir.

Mirzeyi-mərhum müsəlman əlifbasının təğyiri və təshili uğrunda çox zəhmətlər çəkib, töhmət və məzəmmətlər eşitdi; ömürlər sərf qıldı, vəli işin axırını bir yana çıxarda bilmədi və ürəyi həsrətlə bu dünyadan getdi.

Əlifbanın təğyiri babında fars və türk dillərində bir neçə tutarlı məqalələr yazıb, möhkəm dəlillər ilə onun qüsurunu və islam aləminin tənəzzülünə bais olmasını sübut etmişdir.

Fransa ədib və mütəfəkkirlərindən Şarl Mister Osmanlı dövlətinin sədri-əzəmi Əli paşaya müsəlman əlifbasının qüsuru babında yazdığı məqaləni firəng dilindən farsa tərcümə edib Tehrana vəziri-əzəmə göndərdi. Və bundan əlavə "Fəqəreyi-əcibə" ünvanında əlifbamızın qüsuruna dair fars dilində türfə bir hekayə təhrir qılıbdır ki, oxuyanları İran tüccarının sadədilliyi və tərəfkirliyi heyrətə salır.

Mirzə Fətəli Axundovun bu yolda əkdiyi toxumlar indiyəcən səmər verməyibsə də, çürüyüb tələf də olmayıbdır; o toxumlar yavaş-yavaş göyərib bitməkdədir. Əlifbamızın pürqüsur olmağı hər yerdə anladılıb, rəfinə əlac və çarə axtarılmaqdadır. Təzə əlifba tərtib etmək fikrinə düşənlərin də ədədi çoxalmaqdadır. Əlan bu məsələ Osmanlı məmləkətində və İranda üləma, vüzəra və üdəbanın fikrü xəyalını işğal etməkdədir.

Təzə kitab yazanlar, üsuli-imla tərtib qılanlar, qəzet və curnal verənlər hər birisi bir növ imla və üsuli-təhrir ittixaz etməklə çalışır ki, qarei onun yazdığını düz oxuyub, fikrini və mətləbini anlasın. Sabiqdə müsəlman əlifbasının qüsur və təbdilinə etina etməyən mərhum İsmayıl bəy Qasprinski axır vaxtlarda üsuli-imlanı bilmərrə pozub və kəlmələri, --xah türki olsun, xah ərəb və əcəmi, — öz istədiyi tərzdə parçalayıb təzə bir səbkdə müsəlman hərfləri ilə "Tərcüman"da məqalələr və sair əhvalat yazır idi. Üsuli-imlada vüqua gələn və yazımızda müşahidə olunan bu inqilabın, bu reformanın baisi mərhum Mirzə Fətəli olubdur.

Əlbəttə, çox müddət çəkməz ki, bu mühüm məsələ həll olunar və müsəlmanların əlifbası dəyişdirilib və asanlaşıb sair mədəniyyətli millətlərin əlifbası kimi, ülum və maarifin intişarına mükəmməl və mübərhən bir alat olar; inşaallah-taala….

Mirzə Fətəlinin komediyalarına gəldikdə qəti surətdə deyə bilərik ki, rus drama yazanlarının babası Qoqol və firəng drama yazanlarının babası və ustadı Molyer olan kimi, türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni mərhum Mirzə Fətəli Axundov olubdur. O yazdığı komediyaların mislini təzə yazıçılarımız hələ yazıb bitirə bilməyiblər. Vəli onun sayəsindən bir neçə müqtədir ədiblər vücuda gəlibdir. O cümlədən Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyev, Nəriman bəy Nərimanov və Mirzə Cəlil Məmmədquluzadə cənablarıdır ki, hər birinin bir neçə komediyaları və dramaya məxsus əsərləri vardır ki, indiki məişətimizin bəzi övzavü əhvalını və əhli-zəmanənin fikrü xəyalatını və nə yolda çalışmaqlarını eyni ilə yazıb öz əsərlərində göstərirlər. Bu ədiblərin və Mirzə Fətəliyə peyrəvlik edən sair dramanəvislərin vücuda gətirdiyi əsərlər barəsində öz məqamında müfəssəl məlumat veriləcәkdir.

Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu növündə əsərlər vücuda gətirmək üçün elm və savaddan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyat dəxi lazımdır. Bunlardan əlavə fitri bir istedad və yaradıcı bir qüvvə, bir təbi-füsunsaz, beistilahi-türki "allah vergisi" lazımdır ki, bir yandan görüb-eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikrü xəyalatı ilə yoxdan var etsin.

Bu "allah vergisi", yoxdan vücuda gətirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kəmalınca var imiş. Bu sözlərin doğru olmağına onun komediyaları möhkəm dəlil və adil şahiddir. Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu, Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bəzi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Molla İbrahimxəlili, Namazı, Zalxası, Ağa Kərim Miyançısı və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz felü əməllərini işlətməkdədirlər.

Mirzə Fətəlinin komediyaları yazılan zamandan bizim vaxtadək -altmış-yetmiş sənə gəlib keçibdir. Bu uzun müddətin ərzində — ki, yarım əsrdən ziyadədir, --məişətimizdə, dürüst diqqət olunsa, artıq bir tərəqqi əsəri görünməz; ata-babadan qalma köhnə adətlər və ayinlər üzrə güzəran edib yaşamaqda varıq. Xeyir və şər ittifaqlarda işlənən bihudə məsarif və məxaricə diqqət olunsa, sözümüz təsdiq olunar.

Ata-babalarımızın batil əqidələrinə, kəsalət və bətalətlərinə varis olmuşuq. Bu axır vaxtlarda şəhərlərdə az-çox tərəqqi və təməddün əsərləri görünürsə də, əhli-dehat irəliki qərar üzrə avamlıq halında yaşayırlar; onların imdadına yetən yoxdur. Amma onları soyan və qarət edən çoxdur; bir tərəfdən tamahkar ruhanilər, bir yandan zülmkar polisə məmurları və üçüncü tərəfdən yalançı millət dostları ki, ibarət olsun yarımçıq elm kəsb edənlərimizdən və quru isim ilə mədəni olan nücəbamızdan. Bu xüsusda Qasım bəy Zakirin tərcümeyi-halından və əsərlərindən məlumat verdikdə filcümlə söyləmişik. Dübarə təkrari-kəlam edib, mətləbə tul-təfsil verməyi artıq bildik.

Hər halda mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təәccüblü bir aynasıdır ki, zahirimizi də və batinimizi də eynilə göstərir.

Müruri-əyyam ilə bu aynanın üzünə toz qonubdur. Bu tozu silib, aynanın üzünə sığal verib diqqət ilə ona baxsaq, öz surətimizi onda görərik və biri-birimizi tanıyarıq. Batini aləmimizə, əmali-naməşruəmizə və əfali-şəniəmizə diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində çox da uzaq getməmişik, cüzi dəgşiriliyimiz və təfavütümüz olubsa, o da zahiridir. Batini tərəfimiz mənən və əxlaqən irəliki qərar üzrə baqidir. Odur ki, Axundovun komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də ağlayıb göz yaşı tökür. Gülmək görünür, amma ağlamaq görünmür; onun ağır damcıları ürəyin üstünə düşüb, onu yaralayır, dəlir….

Mirzə Fətəli komediyalarına müqəddimə olaraq ifadeyi-məram üçün komediya nə deməkdir və nə qisim təsnifatdan ibarətdir, teatr nədir və ondan təhzibiəxlaqü adaba dair böyük mənfəətlər yetişməyini müxtəsərən bəyan edir və türk dilinin imlası barəsində öz təsəvvüratını bildirib, komediya oxuyanlara və oynayanlara (artistlərə) bir para lazım olan bəyanat və düsturül-əməllər verir. Necə ki, mərhum yazır: "İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur; biri qəm və o biri fərəh. Ağlamaq əlaməti-qəm olduğu kimi, gülmək də əlaməti-fərəhdir. İnsana bir müsibət üz verəndə qəmnak olur. Əgər müsibət ağır isə, ağlayır və biləks ona bir şadlıq və fərəh üz verəndə gülür və könlü açılır.

İnsanın gülməyinə və ağlamağına fərəhin və müsibətlərin təqriri və təhriri dəxi səbəb ola bilər. Təqrir və təhrir surətində kiryə və xəndəyə ümdə müəssir vəzi-hekayətdir.

Əksər övqat namərğub vəz ilə zikr olunan müsibətdən adam mütəəssir olmaz və lakin haman müsibət özgə pəsəndidə vəz ilə nəql olunduqda kəmayənbəği təsir bağışlar. Necə ki, naqis və kamil mərsiyəxanların məclislərində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik.

Əgər nəqli-müsibət və ya behcət təbaye və əxlaqi-bəşəriyyəni kəmali-filvaqe bəyan etməklə təbiəti-müstəmiə məqbulü müəssir düşdü, haman nəqlin vazeinə və müsənnifinə həkimi-rövşənrəvan və arifi-təbayei-insani deyirlər və naqili-kamilinə süxənguyi-qabil"….

Burada naqil, süxənku və raviyi-şirinməqal ilə bizim işimiz olmayıb da, müsənnifi haqqında — yəni mərhum Mirzə Fətəli barəsində kəmali-cürət ilə deyə bilərik ki, onun komediyalarını oxuduqda bizə yəqinlik hasil olur ki, bunların müsənnifi əlhəqq "həkimi-rövşənrəvan və arifi-təbayei-insani"dir. Çünki bizim komediya yazanların heç biri Mirzə Fətəli kimi nə ürəkdən güldürür və nə də doğrudan ağladır. Bu bacarıq və qabiliyyət və təbayei-insaniyyəyə bələdiyyət, bu ruhşünaslıq ancaq o mərhumun təmsilatında görünür. Mərhumun dramanəvislikdə izhar qıldığı qabiliyyət və kəmalat doğrudan da vəsfə gələsi deyil.

O təmsilatdan ələ alıb oxuduqda olduğumuz övzavü zamanı bilaixtiyar unudub, özümüzü mirzeyi-mərhumun yazdığı zamanda, vəsf qıldığı övzavü mühitdə və əlvan dəstgah içində görürük. Əfradi-məclis guya bir-bir gözümüzün önündən növbənöv libaslarında gəlib keçirlər. Biz onların hərəkatü sükənatını, necə ki, var, müşahidə edirik; danışdıqları söhbəti eşidirik; gülənlər ilə gülüb, ağlayanlar ilə ağlayırıq.

Burada Axundovun yazdığı komediyalar ilə oxucularımızı aşina etməyi artıq bilirik. Zənni-acizanəmizcə əhli-savaddan az adam tapılar ki, məzkur komediyaları oxumamış olsun və bundan əlavə onlardan hər birisi dəfaat ilə səhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elə bir şəhəri və qəsəbəsi yoxdur ki, mərhum Axundovun komediyalarından bir-ikisi oynanılmamış olsun. Şayani-diqqət Axundovun komediyalarında səhneyi-tamaşaya gələn ünas tayfasıdır.

Məlum olsun ki, Axundovun əsrində arvad məsələsi məhəlli-müzakirəyə qoyulmamışdı. O vaxtlarda müsəlman aləmində arvadların hüququ, hürriyyət və müsavatı barəsində bir söz də danışılmazdı və danışmaq da olmazdı. Əvvəl kəsi ki, arvadları da insan dərəcəsinə qoyub, onların haqqü hüququ barəsində söz açıbdır və oiları səhneyi-tamaşaya gətiribdir, o, mərhum Mirzə Fətəli olubdur.

Arvadların dolanacaqı, fikrü xəyallarını, kişilər ilə rəftarü əlaqələrini və onların əhvali-ruhiyyələrini və sair müxtəlif sifətlərini mərhum mirzə artıq məharətlə təhrir qılıbdır. Demək olar ki, Mirzə Fətəli bu vaxtacan gizlində, qara pərdələr altında və zülmat içində yaşayan ana-bacılarımızın üzərinə bir işıq qapısı açıbdır; onların nicat və səadəti üçün yol göstəribdir. Müsəlmanlar üçün təzə bir aləm kəşf edibdir ki, onsuz diriliyimiz, tərəqqi və səadətimiz qeyri-mümkündür.

Mirzənin müsəlman arvadlarını səhneyi-tamaşaya gətirməsi, əlbəttə, müasirlərinə xoş gəlməzdi. O cəhətə ona gizlində və aşkarda lənət oxuyub, olmazın sözləri haqqında deyirdilər.

Möhtərəm Əbdürrəhim bəy Haqverdiyev "Xəyalat" adı ilə yazdığı əsərində Hatəmxan ağa ilə Mirzə Fətəlinin arasında vüqua gələn nizavü davanı təhrir qılıb, Hatəmxan ağanın dilindən deyir: "Hələ bunlar hamısı dursun kənarda, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç. Bu övrət-uşaq ilə nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənarsan, amma yenə nə qədər olsa, sənin qanın müsəlman qanıdır. Heç sənə müsəlman ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyib olsun sənin üçün, çox eyib olsun!"

Hatəmxan ağa nəinki öz arvad-uşağının səhnəyə çıxmağına, hətta qeyriləri onların adlarını bilməyə də razı deyil. Belə şeylər onun qeyrət və namusuna toxunur, onu xalq içində bədnam edir. Bunların cümləsinə yenə haman bidin, laməzhəb mirzə səbəb olubdur.

Bu da məişətimizdə yeni bir "reforma", təzə bir dəgişirilik, təzə adət və qanun…. Bu yolda dəxi mirzənin çəkdiyi cəfalar, eşitdiyi föhşlər və nalayiq sözlər və hər qisim tənələr hədsiz və hesabsızdır və təqrirə gələsi deyil….

Diqqət yetirməli burasıdır ki, mərhum Mirzə Fətəli komediyalarında yazdığı arvadların cümləsi qeyrət, namus, ismət və hünər sahibləridir. Bu komediyalarda bir arvad nəzərə gəlməz ki, bihəya, bacarıqsız və yasar olsun. Bəzilərinin öz kişilərindən zirək və bacarıqlı olmaqları müşahidə olunur.

Mirzə Fətəlinin təsnif qıldığı altı komediyalarının ancaq birində — "İbrahim Xəlil kimyagər"də arvad tayfasından bəhs olunmur. Yerdə qalan beş komediyaların hamısında kişilər ilə arvadlar da bərabər səhneyi-tamaşaya gəlib, öz fikirləri, işləri və dolanacaqları ilə bizi tanış edirlər. Sözümüzü sübuta yetirmək üçün mətləbə bir az tulü təfsil vermək lazım gəlir.

Mirzə Fətəli komediyalarında həyat səhnəsinə gətirdiyi arvadlar bunlardır:

1. "Müsyö Cordan" təmsilində Hatəmxan ağanın arvadı Şəhrbanu xanım. Hər cəhətdan öz kişisi Hatəmxan ağadan qoçaq, cürətli və bacarıqlı olduğu görünür.

Şahbaz bəy — ki, Hatəmxan ağanın qardaşı oğludur və qızı Şərəfnisa xanımın nişanlısıdır, — istəyir həkimi-nəbatat Müsyö Cordan ilə Paricə gedib, orada firəng dilini öyrənsin və mərifət kəsb etsin. Şəhrbanu xanım Şahbaz bəyin bu fikrindən duyuq düşüb istəyir mane olsun. Qeyz ilə Şahbaz bəyə deyir ki, "Sən azıb yolundan və izindən çıxıbsan. Heç vaxtı Paricə gedə bilməzsən. Sən istəyirsən gedib orada üzüaçıq gəzən firəng arvadları ilə vaxtını keçirəsən və gülüzlü balamı gözüyaşlı qoyasan?! Müsyö Cordana bir toy tutaram ki, gəldiyi yolu da azar və Parici də unudar".

Hatəmxan ağa Şəhrbanu xanım ilə bacarmır və Şahbaz bəyin Paricə getməyi baş tutmur. Komediyanın axırında Xanpəri nənə deyir: "Eh, xanım! Əgər kişilərin ağlı var, niyə biz onları hər qədəmdə min yol alladırıq və öz bildiyimizi edirik?!"

2. "Hekayəti-xırsi-quldurbasan"da Namazın arvadı Zalxa Bayramın işini düzəltməkdə və tədbir tökməkdə artıq dərəcədə ağıl və fərasət büruz edir. Axmaq, qorxaq və bivec Tarıverdini alladıb yoldan çıxardır və bacarmadığı işə, yəni quldurluğa göndərir. Zalxa bu barədə fikirləşib öz-özünə deyir: "Vallah, əgər Tarıverdi mənim sözlərimdən quldurluğa getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyiyə deyən yoxdur ki, niyə biçarə gədələri oğurluqdan və quldurluqdan ötrü incidirsən? Bacarırsan, ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamin ki, qurd qoyun ilə otlaya".

Zalxanın bu sözlərində olan doğruluğa şübhə yoxdur. Qız tayfasının sevdiyi oğlan gərəkdir qoçaq və zirək olsun, aciz və qorxaq kişini ünas tayfası dost tutmaz. Xüsusən, keçmiş əsrlərdə, bas-tut, vur-öldür əyyamında qızın sevdiyi ancaq rəşid, qoçaq, quldurluqda adı çıxan oğlan olarmış.

Haman bu komediyada sadə bir kəndçi qızı Pərizadın cavan və qoçaq Bayrama olan təmiz eşqi və eşqində göstərdiyi dəyanət və səbat adamı heyrətə salır.

3. "Hekayəti-mərdi-xəsis"də Hacı Qaranın arvadı Tükəzin ərindən min kərə qoçaq, ağıllı və yaxşı olmağı görünür. Tükəz öz əri Hacı Qaraya deyir: "Sən xəsis, ölməli murdarsan. Səndən ömründə bir kəs bir xeyir görmür. Uşaq aşıq yığan kimi, sən də pulu yığmısan. Boğazın elə qurusun ki, su da ötməsin!…" Hacının acizliyini və qorxaqlığını zikr edib deyir: "Bu yaraqların iyirmisini üstünə taxsan da, mən arvadlığım ilə yenə sondən qorxmaram!…"

Həmçinin bu "Mərdi-xəsis" təmsilində gözəl, ağıllı və dəyanətli Sona xanım naçalnikə zamin olub, nişanlısı Heydər bəyi həbsdən və bazxastdan xilas edir və onu əyri yola getməkdən daşındırır.

4. "Sərgüzəşti-vəziri-xani-Sərabi"də vəzirin hərəmləri Ziba xanım və Şölə xanım və qaynanası Pərixanım sadədil vəzirin başına kələk gətirirlər; onun başına badya geydirib Teymur bəyi evdən çıxardırlar. Arvadlar biri-birini günüləyir, bir-birinin üstünə şər atır, bir-birinin ayağından çəkir, amma öz sahiblərinə xəyanət göstərmirlər.

Nə Şölə xanımın və nə Ziba xanımın Teymur ağa ilə gizlində heç bir əlaqəsi yoxdur. Şölə xanımın qız bacısı Nisə xanım hökumət və dövlət sahibi olan xana getmək istəməyib, can-dildən sevdiyi Teymur ağanı ona tərcih verir. Zülm və mürüvvətsizlik müzməhill olub, haqqü ədalət onlara qalib gəlir.

5. "Mürafiə vəkillərinin hekayəti"ndə Səkinə xanım o qədər mətanəti-qəlb, cürət, əqlü tədbir göstərir ki, adamın ağlı heyrətdə qalır ki, nə sayaq elm və tərbiyə görməmiş bir yetim qızda bu qədər kamal, mərifət və dərrakə olsun.

Bir tərəfdən qardaşının mütədən dul qalmış arvadını Təbrizin şeytan fikirli mürafiə vəkilləri əldə dəstaviz edib, ondan irs tələb edirlər, bir tərəfdən Ağahəsən tacirbaşının hiyləvü dəsisələri onu rahat qoymur, üçüncü tərəfdən onun şöhrətpərəst bibisi Zibeydə xanım istəyir onu könülsüz tacirbaşıya versin.

Hər tərəfdən bədxah, mühil və tamahkar adamlar…. Səkinə xanım bu qədər hiyləsazların və tamahkarların hücumundan özünü itirməyib, vəsfə gəlməyən hünərlər zahir edir və düşmənlərinə qalib gəlir, bibisinə açıq deyir ki, "Mən Ağahəsənə getməyәcəyəm. Zira ki, o nadürüst oğlu altmış min tümən adın eşidib, onun üçün məni istəməyə talib olubdur. Yoxsa o, məni sevdiyindən ki, almaq istəmir! Əgər o, məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı?"

Səkinə xanım Ağahəsənin özünə də deyir ki, "Mən sənə getməyәcəyəm!"

Ağahəsən deyir: "Xanım, məndən nə təqsir sadir olubdur ki, məni özündən uzaq edirsən?" Səkinə xanım cavabında deyir ki, "Heç təqsir sadir olmayıbdır. İndi mən özüm öz vəkiliməm. Mən sənə getmək istəmirəm; mən səni sevmirəm. Könülə ki, güc yoxdur?"

Ağahəsən deyir: "Xanım, bu söz sənə çox zərər gətirər, belə buyurma!"

Səkinə xanım cavabında deyir: "Hər nə bacarırsan, elə, əlindən gələni əsirgəmə, əsirgəsən, namərdsən!"

Ağahəsən axırda daralıb dürüştlük ilə deyir: "Yaxşı! Sənə mən oyun tutum ki, dastanlarda deyilsin. Өlənədək dadı damağından getməsin!"

Səkinə xanım deyir: "Get! Səndən qorxan səndən əskikdir, əlindən gələni beş qaba çək!"

Axırda Səkinə xanım müddəilərinə qalib gəlib cümləsini məyus və məhkum etdirir.
Bu minval üzrə oxucular özləri görürlər ki, Mirzə Fətəlinin təmsilatında zikr olunan arvadlar aciz və bacarıqsız adamlar deyillər, bəlkə onların əksəri kişilərdən qoçaq və hünərlidirlər.

Əlbəttə, bu qisim aqilə və cəmilə arvadların səhneyi-tamaşaya gətirilməsi səbəbsiz deyil. Mirzə Fətəli altmış sənə bundan müqəddəm öz müasirlərinə göstərir ki, sizin içinizdə belə gözəl canlar, belə mamuslu və qeyrətli ana-bacılarınız, etibarlı arvadlarınız vardır. Vəli siz onları vücud hesab etməyib, hər qədəmdə hüquq və ixtiyarlarını tapdalayırsınız; haqsız incidib, xarü zəlil edirsiniz və belə cahilanə hərəkətinizdə məişətinizi pozğun edib, özünüzü və nəslinizi fəlakətə salırsınız….

Mirzə Fətəli Axundovun komediyaları bunlardır:

1. "Hekayəti-Molla İbrahimxəlil kimyagər". Keyfiyyəti dörd məclisdə bəyan olub itmama yetir. Təsnif olunubdur hicrətin 1267-ci tarixində.

2. "Hekayəti-müsyö Cordan həkimi-nəbatat və dərviş Məstəli şah məşhur cadugər". Təmsili-güzarişiəcib. Keyfiyyəti dörd məclisdə bəyan olur. Yazılıbdır 1267-ci sənədə.

3. "Hekayəti-xırsi-quldurbasan". Keyfiyyəti üç məclisdə bəyan olub itmama yetir. Yazılıbdır 1268-ci sənədə.

4. Sərgüzəşti-vəziri-xani-Sərab". Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olub itmama yetir. Yazılıbdır hicrətin 1267-ci sənəsində.

5. "Sərgüzəşti-mərdi-xəsis — Hacı Qara". Təmsili-güzarişi-əcib. Keyfiyyəti beş məclisdə bəyan olur. Yazılıbdır 1269-cu tarixdə.

6. "Mürafiə vəkillərinin hekayəti şəhri-Təbrizdə". Qəribə bir təmsildir. Keyfiyyəti bəyan olur üç məclisdə. Yazılıbdır 1272-ci tarixdə.

Ədəbiyyatın bu növü Mirzə Fətəli kimi qabil ədibin qələmindən əvvəlinci dəfə olaraq Azərbaycan türklərinin arasında vücuda gəldikdə cümləni heyrətə salır. Mirzə Fətəlinin zamanına kimi bu qisim əsərlər, yəni komediyalar müsəlmanlar arasında görülməmişdi.

Bu əsərləri mütaliə etdikdə guya hər kəs özünü, qohum-qardaşını və dost-aşnasını və filcümlə ətrafında dolanan adamları görür, onlar ilə danışır, söhbət edir….

Əvvəlinci imtahan, o da belə kamil və gözəl surətdə, eybdən xali, qüsurdam uzaq, nəzafət və mühəssənat ilə dolu; Azərbaycan türklərinin dolanacağının, adatü adabının həqiqət göstərici bir aynası.

Əlhəqq bu komediyalar xəzinə malıdır. Ərbabı nəzərində bunlar üçün qiymət bulunmaz. Odur ki, bu komediyalar səhneyi-tamaşaya qoyulduqda və çapdan çıxdıqda hamının fikrü diqqətini öz tərəfinə cəlb edir.

Əcnəbi qövmü tayfalarının gözü önündə təzə bir dünya açılır. Bizim məişətimizin və dolanacağımızın üzündən Mirzə Fətəli pərdəni çəkib, bizim varlığımızı və həyatımızı dünyaya kəşf edir. Ol səbəbdəndir ki, Mirzə Fətəlinin komediyaları hələ türk dilində çapa verilməmiş rus dilinə tərcümə olunaraq 1853-cü tarixdə — ki, hicrətin 1269-cu sənəsinə mütabiqdir, — təbdən çıxır[8]. Bu komediyaların şöhrət və sədası sürətlə hər yerə dağılır, onların barəsində rus və Avropa dillərində çıxan curnal və qəzetlərdə gözəl məqalələr yazılır, hər yerdə onların tərifi olunur. Çox çəkmir ki, Axundovun komediyaları İran məmləkətində də şöhrət kəsb edir. Şahzadə Cəlaləddin Mirzənin sərkatibi (sekretarı) Mirzə Cəfər onları türkdən fars dilinə tərcümə edib Tehranda çapa verir. Heyfa ki, bu tərcümə indi nadir tapılan əsərlərdən olubdur.

[8]- Mirzə Fətəlinin komediyaları "Aldanmış kəvakib" ilə bir yerdə türk dilində ancaq altı il rus çapından sonra — 1859-cu sənədə təb olunur.

Avropa üdəba və lisaniyyunu bu komediyalardan bəzini öz dillərinə tərcümə ediblər. 1882-ci sənədə İngiltərədə "Sərgüzəşti-vəziri-xani-Sərab" təmsili ingilis dilinə tərcüməsi ilə bir yerdə çapdan çıxır. Bu tərcüməyə əlavə olaraq məxsus lüğat və bir para qeydlər qoşulur.

1886-cı tarixdə məşhur ədib Varbie de Meunard! Paricdə "Yournal Asiatigue" adlı cəridədə "Hekayəti-İbrahimxəlil kimyagər"i çap eləyir.

1889-cu ildə Stokholm lisaniyyun cəmiyyətinin curnalında "Hekayəti-xırsi-quldurbasan" təb olunur və haman sənədə Alfons Silyer (Alfons Cillere) ismində bir şəxs fars dilində "Vəziri-xani-Sərab" ilə "Mürafiə vəkilləri"ni çap etdirir. Və yenə haman sənədə Vyana şəhərində professor Vurmund "Həkimi-nəbatat müsyö Cordan"ın fars dilindəki təcrüməsini lüğatı və bəzi qeyd və bəyanatı ilə məən çap etdirir. Və həmçinin 1882-ci sənədə Tiflis şəhərində Nikolay Qulak ismikdə bir şəxs ki, əlsineyi-Şərqiyyəyə, xüsusən fars dilinə dara idi, Mirzə Fətəlinin komediyalarını nemsə dilinə tərcümə edir[9].

[9]-Məlum ola ki, Qulak sabiqdə Tiflisdə əvvəlinci gimnaziyada nemsə dilinin müəllimi idi. Sonradan artıq sinnə dolmağa görə, qulluqdan çıxıb, ədəbiyyatla məşğul olardı. Həkim Xəyyamın "Rübaiyyat"ını və Füzulinin "Leyli və Məcnun"unu nəzm ilə rus dilinə tərcümə edirdi. O tərcümələrdən bəziləri "Kəşkül" qəzetində hissə-hissə dərc olunardı.

Mərhum Mirzə Fətəli Axundov yuxarıda zikr olunan komediyalardan başqa tarixi-islamiyyənin 1273-cü sənəsində-- ki, miladın 1857-ci ilinə mütabiqdir,--"Aldanmış kəvakib" və yaxud "Hekayəti-Yusif şah" adında qəribə bir hekayət yazıbdır. Bu qəziyyənin vüquu səfəviyyə padşahlarından Şah Abbasın zəmani-səltənətinə təsadüf eləyir. Bu təәccüblü əhvalatın İran-zəmində həqiqətdə vaqe olub, ya olmamağına söz verə bilmərik. Amma yəqinən deyə bilərik ki, bu qisim əhvalat və qəzayat orada baş verə bilər. "Aldanmış kəvakib"də Mirzə Fətəlinin ümdə mətləbi İran vəzirlərinin səyahət və avamlığını və öz ali mənsəblərinə əsla layiq olmamaqlarını göstərmək imiş.

İnsafən bu mətləbi müsənnifi-mərhum böyük məharət ilə bəyan edibdir. "Aldanmış kəvakib"i oxuduqda yəqinlik hasil olur ki, İran kimi böyük bir dövlətin viran olmağına, "dövləti-əliyyənin" belə zəif və nəhif hala düşməyinə "ümənayi-dövlət" və "üləmayi-giram" və "vüzərayi-zülehtiram" olublar. Bu rəy və qövlün haqq və doğru olmağını Şah Abbasın müqərrəb vəzirləri və ərkani-dövlət onun hüzurunda lisani-bəlağətsənci ilə sübuta yetirirlər. Onlardan hər biri öz qəbahət və səfahətlərini kəmali-iftixar ilə bəyan edir.

Qədim şövkətli və əzəmətli İranı xarab edən və pozğun hala salan vüzəra cahilanə işlərini və tədbirlərini hüsni-xidmət və böyük hünər məqamında qoyub, dövləti-əliyyəyə sədaqətlə xidmət etməklərini sübuta yetirmək istəyirlər. "Aldanmış kəvakib"i oxuyandan sonra Mirzə Hüseyn xanın mərhum Mirzə Fətəli Axundova nisbət büruz etdiyi büğzü ədavət hansı mənbədən cuş etməyi vazeh olur.

Axundovun komediya yazan müsənniflərə və həqiqi ədibə məxsusi olan qabiliyyətlərindən birisi də budur ki, mərhum öz təmsilat və hekayətlərində əhvalatı və keyfiyyəti söylənən adamların hər birini öz dili ilə danışdırır.

Əkinçidən tutmuş vəzirə və padşaha kimi hər hansı sinfin dilindən söz açırsa, elə bir sayaqda söyləyir ki, guya müsənnif haman o sinfin və dairənin özündəndir və yainki onların sözlərini eşitdikcə bir-bir sinəsinə yığıbdır. Bu qabiliyyətdən əlavə Mirzə Fətəlinin dilində artıq dərəcədə nəməkrizlik, zarafat və şirinlik var. Hər kəs onun kəlamını oxuyur isə, könlü açılır və dodağı altında öz-özünə gülür. Mirzənin təbiətindən zövqü xoştablıq mayası və yaranmasında zarafat və lətafət xəmirəsi olduğu üçün həmişə onun meyli zarafatçı, lətifəku və güşadəqəlb adamlar ilə imiş. Məzəçilik və zərifanə danışıb-gülmək onun təbiətinin təqazası olduğu üçün bəzi işləri və danışıqları dəxi başdan-ayağa gülünc və zarafat imiş. Onun baməzə işlərini və dilindən söylənən lətifələri və türfə sözləri cəm etsək, gözəl bir kitabça əmələ gələr.

Şah Abbasın vəzirləri padşahın hüzurunda ulduzların sədəmeyi-üzmasını dəf etmək üçün artıq vüqar və təmkin ilə danışdıqları sözlərə diqqət yetirilsə, haman sözlərin tamamisi boş və biməzmun və mayeyi-istehza olmağına şübhə qalmaz. Belə ki, sərdar Zaman xan özünün sahibi-əqlü tədbir olmağını hüzzari-məclisi-xassəyə bəyan etmək üçün əsla mətləbə dəxli olmayan Osmanlı qoşununun İran üstünə hücumundan söz açıb deyir: "Əgərçi bizim qoşunumuz hesab və ədədcə tayifeyi-osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyənin qoşununu güruhi-zallənin müqabilində tələfə verdirəm. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki Azərbaycan tamam dehatın ziraətini xarab etsinlər və yolları pozsunlar.

Vəqti ki, Bəkir paşa (Osmanlı əskərlərinin sərkərdəsi) sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xarab olunmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadası ilə ənvai-zəhmətdən sonra Təbrizə varid oldu və hər tərəfə dəstələr göndərib, zəxirə təhsilinə iqdam etdi. Əlinə bircə həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftanü xizan, ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı. Bu tədbir ilə mülki-İran tayifeyi-biganənin hücumundan məhfuz qaldı.

Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir paşanın qaçmağından sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə bu tayifeyi-biganənin ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərin dəxi burnu qanamayıb, əsagiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salim qaldı. Belə işlər xüsusunda astaneyi-əliyyənin qoca iti tədbir göstərməkdə aciz deyil. Amma kəvakib ilə müxalifət etməkdə ağlım hər bir əlacdan qasir görünür".

Sərdar Zaman xanın bu gunə öz hüsni-xidmətlərini tərif etməyi, ağıllı və tədbirli binagüzarlıqlarını vəsf qılmağı doğrudan da adama gülünc gəlir; "əsakiri-mənsurə" "güruhi-zallə"nin hücumuna davam gətirə bilməyib qaçır. Vətənin uğrunda, onun mühafizəsi üçün bir damcı da qan tökülmür. Bu heç…. Məqami-heyrət burasıdır: öz əlləri ilə vətənin viran olmağı, əkinçilərin ziraəti, bağbanların bağü bostanları dağılıb altı-üstə çevrilməyi, malü məvaşinin pərakəndə olması; yolların xarablığı, körpülərin uçurulub dağılmağı kəmali-iftixarla şahın hüzurunda söylənir və bu sözlərdən padşahın "astaneyi-əliyyənin qoca iti"nə əsla qəzəbi tutmur. Bu çox qəribə haldır!… Sərdari-rövşən zəmirin tədbir və səlahdidi ilə yolların dağınıq və körpülərin uçuq halda qalmağı bir dərəcədə səlah göründü ki, onları bu qərarda baqi saxlamağa hökm olundu, zira ki, tayifeyi-biganənin hücumundan ehtiyatda olmaq lazımdır.

Həqiqətdə həm gülməli və həm ağlamalı haldır!… Ümuri-məmləkət belə şəxslərin ixtiyarında olduğu əsnada abadiyi-vətən və tərəqqiyi-məmləkət, əlbəttə, qeyri-mümkündür:

Xanemani ke, to başi məhrəm,
Vay bər siyrəte-an əhle-hərəm.

Həmin bu qərar üzrə "məclisi-xassın" sair üzvləri dəxi — ki, ibarət olsun vəzir Mirzə Möhsündən, müstövfi Mirzə Yəhyadan və mollabaşı Axund Səməddən --öz əhməqanə tədbirləri ilə və xilafi-əqlü qanun əməlləri ilə qoca və şöhrətli İranı belə fəna hala salmaqlarını, əhaliyə həddindən ziyadə zülm etməklərini, dini-paki-Məhəmmədini pozub, başqa bir hala salmaqlarını iftixar ilə şərh qılıb həmaqət və səfahətlərini bəyan edirlər. Əgər doğrudan da işin künhünə diqqət yetirilsə, İranın viran olmasına və bundan sonra onun bir də həyat və ricətinə ümid qalmamasına ümdə səbəb tamahkar, şöhrətpərəst, dünyadan bixəbər, avam və cahil vüzəra ilə üləma olublar.

Mərhum Mirzə Fətəli Axundov öz zamanının fəridi və ürəfavü üdəba dairəsinin ruhu məqamında imiş, Cümlə əhli-qələm və sahibi-elmü idrak ilə tanış imiş; cümlə şüəra və üdəbaya ol mərhumun hüsni-təsiri keçibdir. Necə ki, sabiqdə zikr olundu, onunla Qarabağın müqtədir şairi Qasım bəy "Zakir" təxəllüsün mabeynində dostluq və yaxınlıq var imiş və bu dostluğa ümdə səbəb hər iki ədib və şairin qələmi, türfə kəlamı və təblərində olan zərafət və nəzakət olubdur.

Zakir Qarabağ mahalında vüqua gələn əhvalat və güzarişatdan və orada sakin olan nücəba, ürəfavü üləma sinfinin əfalü əmalından və xususən divan əmələsinin bəd və bihesab işlərindən, elat və dehat əhlinin dolanacağından və tərzi-məişətindən məlumat tonlayıb, vaxtbevaxt sadə və gözəl şerlər vasitəsilə yazıb dostuna göndərərmiş.

Zakirin tərcümeyi-halını yazdıqda məzkur namələrdən nümunələr göstərmişik; oraya rücu etməli.

Zakir xalqının dilini və dolanacağını çox yaxşı bildiyi uçün Mirzə Fətəliyə yazdığı namələrdə özünün həqiqi milli bir şair olduğunu göstərmişdir. Mirzə Fətəli isə hər şeydən artıq dost tutduğu öz millətinin sadə dili və sadə dolanacağı olduğu üçün Zakirin bu milli ruhuna və milli ədasına artıq dərəcədə əhəmiyyət verərmiş və necə ki, yuxarıda zikr olundu, bəzilərin rəvayətinə görə, "Hacı Qara" təmsilatının əslü binasını və Mərdi-xəsisin keyfiyyəti-halını Mirzə Fətəliyə mərhum Qasım bəy nəql edibdir və həmçinin həkimi-nəbatat Müsyö Cordanın sərgüzəştinə dair bir para təfsilatı mərhum Axundov Zakirin dilindən yazıbdır. Vəli Mirzə Fətəli bu hekayətləri qəribə bir dona geydirib, mislü bərabəri olmayan komediyalar vücuda gətiribdir.

Sabiqdə zikr olunduğu üzrə mərhum Mirzə Fətəli dostluqda artıq sədaqət və etibar göstərib, Qasım bəyin xilası yolunda çox çalışıb və axırda onun təmizə çıxıb vətəninə qayıtmağına səbəb olur. Bu barədə Zakir dostunu tərif edib yazır:

Aşina, müsahib, yaru həmsayə
Lazımdır yetişə qövrə, harayә;
Kitabətin dəyər mülki-dünyayə,
Nə hacət istəmək simü zər səndən.

Tək yaradıb səni vahidü yekta,
Əxlaqına, ətvarına mərhəba!
Neyləmisən Molla Səfi, Bəybaba --
Məmnundu, əzizim, bu qədər səndən?

O vilanın yoxdur bu yer tək pisi,
Təqəllübü, hərzəkarı, xəbisi;
Yaxşı gördüm tamam əhli-Tiflisi,
Razıyam, nəhayət, biştər səndən.

Mirzə Fətəlinin Qasım bəyə yazdığı namələrdən ancaq bir mənzumə ələ düşdü ki, burada dərc olunur. Bu məktubu Mirzə Fətəli dostu Zakirə yazıbdır 1271-ci tarixdə məhərrəm ayının ibtidasında Mehdiqulu xanın qızı Xurşidbanu bəyim Natavan haqqında. Məktubdan belə məlum olur ki, o vaxtları Qasım bəy xan qızına yaxın imiş. Mirzeyi-mərhumun yazdığı qafiyələr zarafat təriqi ilədir:

Qasım bəy, eşitdim yaxın olubsan --
Xan qızına, axır nədir bu rəftar?
Edibsən xubları yüz il imtahan,
Eylərsən onlara yenə etibar?

Yeyib otağında şamü naharın,
Kəsdiribsən yasdığının kənarın,
Eşidirsən şirin-şirii göftarın,
Kişi, sənin, vallah, əcəb işin var?

Dediyin qafiyə ona xoş gəlib,
Qaçan bəxtin indi sənə tuş gəlib,
Sevdalı başına təzə huş gəlib,
Tәәccüb eylərəm büsyarü büsyar.

Səni pərivəşlər salıb bu halə,
Döndəriblər əlif qəddini dalə,
Çəkərdin onlardan həmişə nalə,
Nədir yenə dildə əzbər olub yar?

Xan qızı məhvəşdir, el bilir, aləm
Məhvəşlər atəşdir, bizik əqli kəm,
Yüz il xidmət edə oda bir adəm,
Yenə düşən dəmdə ona, bil, yanar.

Xudadan istərəm versin muradın,
Yamanlığa hərgiz çəkməzəm adın,
Yolunda zəhmətin, rənci-ziyadın
Mən çəkdim, o etdi məni şərmsar.

Өzgə cəfalarım dursun kənarə,
Nə lazım hər birin salmaq şümarə?
Xeyr işinə onun mən o diyarə
Şadü xürrəm getdim, qayıtdım bəs xar.

O qafiyən mənə çox etdi əsər,
Qalmadı könlümdə ondan bir kədər;
Novcəvandır, təkdir, izədi-davər
Eyləsin ömründə onu kamkar.

Rəvadırmı çəkə bixürdü bixab
Bəstəri-möhnətdə bu qədər əzab?
Duayi-xeyrinə eyləyin şitab
Siz də mənim kimi hər leylü nəhar.

Belə pəriruyin, heç səni tarı,
Rəvadırmı qəmdən sola üzarı?
Həm xələfdən xali ola kənarı?
Olsun ona mövlam yavərü qəmxar.

Mənim var gərçi bir az günahım,
Sən get hüzuruna, ol üzrxahım,
Söylə ki, ey şahım, ey qibləgahım,
İncimə, gər etdim şikayət izhar!

Mirzə Fətəlinin bu qafiyələri sadə və rəvanlıqda Zakirin kəlamına bənzəyir. Çox ehtimal var ki, Zakirə dəxi bu şivədə açıq lisan ilə şer yazmağı Mirzə Fətəli öyrətmiş olsun. İbtidayi-kəlamda Mirzə Fətəli Xurşidbanu bəyimdən bir azacıq gilayə edib, onun mirzəyə nisbət izhar qıldığı kəmetinalığına işarə edir. Bundan məlum olur ki, onların mabeynində cüzi bir soyuqluq bəhəmə gəlibmiş. Vəli kəlamın axırında pakzəmir mirzə öz xətasını müqirr olub, dostu Zakirdən təvəqqe eləyir ki, xan qızının hüzuruna gedib üzrxahlıq etsin və şikayət izhar qılmağından rəncidə-xatir olmasın.

Mirzə Fətəlinin bu kağızı Xurşidbanu bəyimin bəstəri-qəmdə mərizə olduğu zamanü hala təsadüf edir və yəqinlik hasil olur ki, mirzeyi-mərhum bu şerləri Qasım bəyin kəlamını oxuyandan sonra yazıbdır. Qasım bəyin kəlamından belə anlaşılır ki, Xurşidbanu bəyimin knyaz Xasaya getdikdən sonra bir müddət övladı olmayıb və övlad ümidi ilə ol mərhumə özünə müalicə etdirib ondan naxoş olubdur. Bu əhvalın haqq və doğruluğu Zakirin və Mirzə Fətəlinin qafiyələrindən aşikarən görünür.

Zakir yazır:

Sipəhri-bərinin hilalı sənsən,
Şərafətdə mələk misalı sənsən,
Gülşəni-Xəlilin nihalı sənsən,
Barvər istərəm xudadən səni.

Məsihi çıxardan ərşi-alayə,
Salan üftadələr başına sayə,
Yetmişdə İshaqı verən Sarayə
Qurtarsın bu rəncü inadən səni.

Xan qızının müalicə etməyinə işarə:

Çubi-çini nədir, qibləsən, nəsən,
Tәәccüb eylərəm bu əhvalə mən;
Dəstgirin olsun Hüseynü Həsən,
Fərağət olasan cəfadən səni.

Axundov yazır:

O qafiyən mənə çox etdi əsər,
Qalmadı könlümdə ondan bir kədər,
Nocəvandır, təkdir, izədi-davər
Eyləsin ömründə onu kamgar.

Belə pəriruyin, heç səni tarı,
Rəvadırmı qəmdən sola üzarı?
Həm xələfdən xali ola kənarı?
Olsun ona mövlam yavərü qəmxar.

Eşitdiyimizə görə, Mirzə Fətəlinin burada zikr olunan əsərlərindən əlavə yenə də bir çox farsi və türki əşarı vardır və lakin, məəttəəssüf, onları ələ gətirə bilmədik və həmçinin Rzaqulu xan "Hidayət" təxəllüsün tarixinə yazdığı tənqidini və Tehran şairi "Süruş" təxəllüsün qəsidəsinə təhrir etdiyi iradları axtardıq, tapa bilmədik. Bu əsərləri Axundovun möhtərəm fərzəndi Rəşid bəy bizə vəd etmişdi, heyfa ki, ona da əcəl fürsət vermədi.

Mirzə Fətəli Axundovun əsərləri əlli-altmış sənə olar ki, çapdan çıxıb aramızda intişar tapıbdır. Vəli onların bizə çəndan təsiri keçməyibdir və mirzeyi-mərhumun qədri bilinməyibdir.

Əgər müsəlmanlar bilümum və Zaqafqaziya türkləri bilxüsus o mərhumun qədrini bilsə idik, haqqında bir yaxşılıq və ehsanat edərdik; yadigaranəsi üçün onun adına məktəblər, kütübxanalar, teatrlar açardıq, stipendiyalar təyin edərdik və bir çox gözəl işlərimiz ilə qədirşünaslıq vəzifəsini ifa edərdik. Hələ ki, meydanda gözə gələn bir şey yoxdur, bəqeyr əzan ki, 1911-ci tarixdə mərhum Axundovun təvəllüdündən yüz il keçmək münasibətilə Bakıda, Tiflisdə və Zaqafqaziyanın sair şəhərlərində yubiley tərtib olunub, onun komediyalarından bəziləri səhneyi-tamaşaya qoyulub və xatirinə bir neçələri tərəfindən mütəəssir nitqlər söylənib, bununla qədirbilməklik və haqqşünaslıq vəzifəsi əda olundu.

Bu yubileydə söylənən nitqlərdə çox böyük vədələr verildisə də, çox arzulardan dəm vuruldusa da, vəli heç birinə əməl olunmadı. Hətta Axundovun əsərlərinin — ki, əlan onlar nadir tapılır, — təzə çapına da şüru olunmadı. Bu yubileydən nəticeyi-xeyir olaraq ancaq iki xırdaca əsər qaldı. Onlardan birisi möhtərəm Əbdürrəhim bəy Haqverdiyevin yazdığı "Xəyalat"dır ki, bir məclisdə mərhum Mirzə Fətəlinin yüz illik yubiləsi (yövmi-alisi) münasibətilə tərtib olunmuşdur. İkincisi həqirin "Mirzə Fətəli Axundov" sərlövhəsilə yazdığı risaleyi-yadigaranədir ki, bu da mərhumun təvəllüdündən yüz il mürur etmək münasibətilə təhrir qılınmışdır[10].

[10]-Mirzə Fətəlinin yövmi-alisi münasibətilə yazılmış mənzumatdan bərgüzidəsi möhtərəm Abbas ağa Qaibov Nazirin kəlamıdır ki, aşağıda dərc olunacaqdır.

Mirzə Fətəlinin qədrü qiymətini bilmədiyimiz üçün onun əsərlərinə də əhəmiyyət vermədik; onlardan hissə almadıq. Əgər mirzənin yazdıqlarına diqqət yetirsəydik və onlara əməl etsəydik, əlbəttə, bu qədər tənəzzül etməzdik və bu qədər dalda qalmazdıq. Başlayaq bir-bir sadalamağa:

Birinci bu ki, əgər əlifbamıza təğyir verib hürufatımızı asanlaşdırsaydıq, oxumaq və yazmaq alatü əsbabını qaydaya salsaydıq, təlim və tədrisdə bu qədər çətinliyə düçar olmazdıq. Az vaxtda oxumaq və yazmaq öyrənib, çox elmü fənnlərə dara olardıq. Məktəblər küncündə cavan və gözəl ömürlər çürüyüb badi-fənaya getməzdi. Bizim içimizdə dəxi böyük və məşhur üləma və hükəma zühur edərdi; müqtədir ədiblər və qabil yazıçılar, şairlər görsənərdi; dilimiz və yazımız qaydaya düşüb rövnəq tapardı.

İkinci, Axundov komediyalarında göstərdiyi eyiblərimizə diqqət yetirib, onların dəfinə və islahına çalışsaydıq, bu qədər avam qalmazdıq, içimizdə, dolanacağımızda müşahidə olunan küfrü zəlalət və xilafi-əqlü qanun əməllər cari olmazdı. Oğruluqdan və əyrilikdən ikrah edib daşınardıq; halal kəsb dalısınca gedib şənü hörmət kəsb edərdik; zindanxanalar və məhbəsxanalar müsəlmanlar ilə dolu olmazdı.

Üçüncü, arvadlarımıza təlim və tərbiyə verib, onlar ilə hüsni-müamilə etsəydik, hüquq və ixtiyarlarını müraat edib zülm etməsəydik, bu vaxta qədər avam halında qalmazdılar, caduya və bitiyə inanmazdılar; övladlarına gözəl tərbiyə verərdilər; ərlərinə və qardaşlarına çox işlərdə köməkçi olub, məişətimizə rövnəq və ziynət verərdilər; yaxşı işlərə bizi qeyrətləndirib, fəna işlərdən və qəbih əməllərdən çəkindirərdilər, daşındırardılar; vətənpərvərlik və millətpərəstlik və dindarlıq kimi uca və müqəddəs hissləri bizim qəlbimizdə oyadıb bəslərdilər.

Dördüncü, müsəlman məmləkətlərində, xüsusən İranzəmində ümuri-dövlətə mübaşir olan vüzəravü vükəla və sair ərkani-səltənət — ki, Mirzə Fətəlinin əsrindən indiyə kimi gəlib gediblər, — "Aldanmış kəvakib"də zikr olunan qüsurlarına diqqət yetirib məmləkətlərinin məmuru və səlahı üçün sərfi-himmət etsəydilər, Yusif şah öz müvəqqəti əyyami-səltənətində işlətdiyi binagüzarlıqları və tədbirləri icra etsəy-
dilər, müsəlman məmləkətləri hərgiz belə fəna və pozğun hala düşməzdi və əcnəbi millətlərin çəngali-təsərrüfünə keçməzdi. Onlar da sair dövlətlər kimi qüvvət və miknət kəsb edib əmnü asayiş üzrə yaşardı.

Bu tedad etdiyimiz eyib və nöqsanlarımızdan maəda Mirzə Fətəli yenə də bir çox təsəvvürlərimizi, köhnə adat və ayinlərimizi istehza təriqi ilə öz komediyalarında göstəribdir. Amma onlar bizim diqqətimizi cəlb etməyibdir və haman köhnə adətlər və batil əqidələr üzrə yaşamaqda varıq. Mirzə Fətəlini, necə ki, lazımdır, biz tanımamışıq və əsərlərini diqqət ilə oxuyub öyrənməmişik. O mərhum öz əsrinin həkimi-rövşənzəmiri və filosofu olubdur. Onun kimi dərin fikirli, dəqiq və ruhşünas bir ədib Azərbaycan türklərinin arasında bu vaxtadək vücuda gəlməyibdir.

Axundov öz zamanının Tolstoyu və Musabəyovu olubdur. Vəli onun qədri bilinməyibdir. Azadə fikirli, saf əqidəli və əqli-səlimə itaət edici bir vücud olduğu üçün çoxları onu bidin və laməzhəb adlandırıb təkfir edərlərmiş. Əqidəsi ucundan onun ən yaxın dostları və əqrəbası axırda ondan üz çöndərib iba etmişlər və vəfatında təşyiyi-cənazəsinə və namazına bir kəs gəlməyib, dörd nəfər hammal artıq əhanətlə ol mərhumun tabutunu məzarıstana aparıb, namazsız, duasız və təlqinsiz dəfn etmişlər.

İndi də Mirzə Fətəli Axundovun adı zikr olunanda üzlərini turşaldan saluslar az deyildir. O cümlədən, "Riyazül-aşiqin" sahibi M. Müctəhidzadə kitabının dibaçəsində vəsf qıldığı İskəndər bəy Rüstəmbəyovdur ki, bəndeyi-həqirin Mirzə Fətəli Axundovun təvəllüdündən yüz il mürur etmək münasibətilə tərtib etdiyi risaleyi-yadigaranəni görüb də mütəğəyyirhal olmuşdur və bizim haqqımızda nasəza sözlər söyləmişdir ki, "Mirzə Fətəli Axundov kimi laməzhəb şəxsi yad edib, onun şənində kitab yazan özü də gərəkdir mürtəd olsun".

Bilmək gərəkdir ki, İskəndər bəy Rüstəmbəyov özü də ədiblik iddiasında olub, şer və qəzəl deməklə fəxarət eləyir. "Riyazül-aşiqin" sahibi kitabını onun səlahdidi ilə tərtib qılmışdır və ol cənabı bu günə vəsf edir: "Hicrətin min üç yüz iyirmi beşində bir gün cənab sərkar İskəndər bəy Rüstəmbəyov — ki, cümleyi-əyani-vilayətdən darayi-zəkavətü mərifət [idi] və iqlimi-danişu kiyasətdə vaqeən İskəndəri-zaman və zülmati-Qarabar içrə abaən cədd çün abi-həyat mənbəi-cövdü ehsani idilər, — hüzuruna müşərrəf olub, ayineyi-qəlbimdə müsəvvər olan müddəamı nişan verdim və şəraiti-bəndəliyi yerinə yetirdim. Mumaileyh isə zəbani-gövhərnisarı ilə buyurdular ki, gərək bir töxmi-yadigar məzrəeyi-ruzigardə əkmək ki, əbnayi-vətən ondan nəfbərdar olsunlar və mütaliəsindən [fayda) təhsil edənlər müəllifinə rəhmət oxusunlar. Və bir məcmuə yazılmaq gərəkdir ki, hər səhifəsi qeyrəti-arizi-hur və hər sətri rəşki-zülfi-qılmani-behişti-biqüsur ola və röyət edənlər mail və qəmləri zail olub, bu sözlərə mütərənnim olsunlar:

Vəh-vəh bu nə riyazdır, ey əndəlibi-can,
Yoxsa behişt qitəsidir olmayır xəzan" i. a.

Bəli, "iqlimi-daniş və kiyasətdə vaqeən İskəndəri-zaman və zülmati-Qarabağ içrə çün abi-həyat mənbəi-cövdü ehsan" olan Rüstəmbəyov cənabları Mirzə Fətəli Axundov kimi müqtədir ədiblərimizə və böyük mütəfəkkir və reformatorlarımıza lən oxuduqda işlərimiz artıq sürətlə surət tapar, daha tərəqqi etməyimizə şübhə yeri qalmaz….

Beş yüz sənə bundan müqəddəm Konstantski sobor ictimaı qərardadı ilə Avropada Yan Qusu əqaidi-diviyyəsi və azadeyi-əfkarı ucundan oda atıb yandırdılar. İndi bizim ondoqquzuncu əsrin axırlarında və iyirminci əsrin ibtidasında, bu tərəqqi dövründə yaşayan millət və camaatımız cəhalət və təəssübdə Qusun əsrində yaşayan fanatiklərdən dalda qalmayıblar. Əgər Mirzə Fətəlinin və Hacı Seyid Əzimin müasirləri əlində ixtiyar və hökumət olsaydı, bilaşübhə, hər ikisini oda atıb yandırardılar.

Yan Qus oda atılmazdan qabaq düşmənlərinə xitabən dedi: "Yüz ildən sonra bir laçın uçub gələr, onu tutub yandırmaq sizə müyəssər olmaz". Filhəqiqə, Qusun oda atılmasından yüz il keçmiş məşhur reformator Martin Lüter gəldi və Rim papasları pozğun hala saldığı həzrət İsanın dinini qəllü qəşdən təmizləyib safa çıxartdı.

İndi görək Mirzə Fətəli Axundovdan və Hacı Seyid Əzim Şirvanidən sonra — ki, onlar müdam avam və hiyləgər ruhanilərin təzvir və fəsadları ilə cəngdə olub, — rütbəsiz bu dünyadan getdilər, müsəlmanların da Lüteri zühur edib onları haqqa irşad qılacaqdırmı?

Mirzə Fətəli Axundovun yüz illik yubiləsi münasibətilə Abbas ağa Qaibzadə "Nazir" təxəllüs yazdığı kəlamı burada dərc etməklə onun barəsində bu qədər yazdığımıza hələlik iktifa edirik.

Kəlami-Nazir:

Ey ədibi-şəhiru bihəmta,
Mayeyi-fəxri-milləti-islam!
Ey xirədməndi-arifu dana,
Əhli-fəzlü kəmal, mərdi-tamam!

Vətən övladı cəm olubdu bu gün --
Ki, səni layiqincə yad etsin.
Göstərib izzü ehtirami-bütün,
Sənə ixlasın izdiyad etsin.

Bu nə xoş gün, nə yaxşı saətdir,
Səni fəxr ilə yad edir millət;
Vətən üçün zəhi səadətdir --
Ki, oxur ruhi-pakına rəhmət.

Millətə şahrahi-elm açdın,
Mərhəba, ey mühəndisi-qadir!
Vətənə töxmi-mərifət saçdın
Sən, ey ustadi-kamilü mahir!

Eybü nöqsani-milləti bildin,
Etdin anı beeynihi təsvir;
Əməli-fasidin əyan qıldın,
Ta ki, islahına edə tədbir.

Yəni yazdın sən altı təmsilat,
Bir hekayət də mülhəq etdin ona;
Eşidən onu qaldı valehü mat,
Əl çalıb afərinlər etdi sənə.

Millətin müşkülata uğramağı
Xətti-müşküldən olduğun duydun;
Bilibən özgə çarə olmamağı
Xətti təğyir üçün sən əl qoydun.

Bir əlifbayi-tazə tərh etdin,
Şivəsi xoş, oxunmağı asan;
Rəsmi-təlimi zikrü şərh etdin,
Qoymadın bir qüsuru bir nöqsan.

Mətləbi qanmamış əgər də avam,
Sənə bərəks getdi keçmişdə;
Bilməmiş məqsədü məramı tamam
Oldu mane sənə bu xeyr işdə.

Bilmədi ol ki, fikri batil imiş,
Sərbəsər xam imiş xəyalatı;
Məhz səndən nicat hasil imiş,
Sən imişsən açan mühimmatı.

Vətənin borcunu sən etdin əda,
Qəlbü vicdanın eylədin rahət;
Borclu qaldı vətən və leyk sənə,
Onu vadar edir bu gün qeyrət --

Ki, sənin borcunu əda etsin,
Ta ki, qəlbi tapa onun təskin
Cümlə evladını nida etsin --
Ki, bu işdə ola şərikü müin.

Nə sayaq borcu ol əda edəcәk?
Deyə bilməm onu ələttəyin;
Şəninə layiq iş bina edəcәk?
Deyə bilməm bunu sərihü yəqin