Bu Mürəbbe Leyli dilindəndir
Bu Mürəbbe Leyli dilindəndir Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Giriban oldu riisvalıq əlilə çak damən həm,
Mənə rüsvalığımda dustlar tən etdi, düşmən həm.
Rəhi-eşq içrə can qıldım giriftari-bəla, ten həm,
Bu yetməzmi ki, bir dərd artınrsan dərdimə sən həm?
Əgər tutsam ğəmim eldən nihan, səbrü qərarim yox,
Və gər şərhi-ğəmi-pünhanım etsəm, ğemküsarim yox,
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarim yox,
Bu yetməzmi ki, bir dərd artınrsan dərdimə sən hem?
Olubdur əşki-xunab ilə gülgun-çöhreyi-zərdim,
Yanıbdır atəşi-hicrane cani-dərdpərvərdim,
Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim,
Bu yetməzmi ki, bir dərd artınrsan dərdimə sən hem?
Gəhi şövqi-visalü geh belayi-hicr ilə zarəm,
Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm,
öəmi-eşq içıə bir dərmani yox dərdə giriftarəm,
Bu yetmezmi ki, bir dərd artınrsan dərdimə sən həm?
Cüda senden belavü dərdi-hicran ilə tutdum xu,
Qılır hər dəm mənə bidad dərd ayru, bəla ayru,
Bəlavü dərde düşdüm ruziganm böylə, halım bu,
Bu yetməzmi ki, bir dərd artınrsan dərdimə sən həm?
Təbibi-eşqe çün izhar qıldım dərdi-pünhani,
Məni - bimarə mütləq olmadı bir səhhət imkani,
Əzəldən var min dərdim ki, yoxdur hiç dərmani,
Bu yetməzmi ki, bir dərd artınrsan dərdimə sən həm?
Füzuli, hər zaman bir tən ilə bağnm qıhrsan qan!
Əcəb bilməzmisən kim, eşqdən keçmək deyil asan?
Bilirsən düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,
Bu yetməzmi ki, bir dərd artmrsan dərdimə sən həm?