Camalın rövzeyi-rizvan deyilmi

(Camalın rövzеyi-rizvan dеyilmi səhifəsindən istiqamətləndirilmişdir)
Camalın rövzeyi-rizvan deyilmi
Müəllif: İmadəddin Nəsimi


Camalın rövzeyi-rizvan deyilmi?
Dodağın çeşmeyi-heyvan deyilmi?

Səqahüm rəbbihüm xəmri ləbindən,
Bəyanü ayəti-Qur’an deyilmi?

Rüxü zülfün bəyaz ilə səvadı,
Biri küfrü biri iman deyilmi?

Sənin məstanə eynin sağərindən
Cahan sərtasəri məstan deyilmi?

Şəha, eşqin yolunda canı qurban
Buyursan, qılmağı asan deyilmi?

Dili-sərgəşteyi, sultani-aləm,
Səninçün ta əbəd heyran deyilmi?

Nəsimi kəşfi-əsrarını bildi,
Anı fəhm etməyən nadan deyilmi?