Cilvələnirsən

(Cilvәlәnirsәn səhifəsindən istiqamətləndirilmişdir)
Cilvələnirsən
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016

Nədir cürmün, söylə ey şux-i bəyaz,
Niçin məndən böylə şüphələnirsən.
Bizlərə gələndə, naz üstünə naz,
Gedər, yad əliylə cilvələnirsən.

Bu dil-i məhzunum, bir dəm şad olmaz,
Hər şahin olduğu yerdə sar olmaz,
Əgər ki naz isə, böylə naz olmaz,
Hər gün də dirilir, öfkələnirsən.

İrfani, nafilə gəl savaş etmə,
Fələyə qəhr edib belini bükmə,
Vəfasız dilbərin cevrini çəkmə,
Yazıq könül sana örsələnirsən.