Hədiqətüs-süəda/Onuncu bab/Fəsli-əvvəl
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 271–310 |
Çün müttəfiqi-əleyhi-ərbabi-’üqul və mö’təqidi-əshabi-qəbul oldur ki, ədl
ümuri-mütəvəssiti-mütəsaviut-tərəfeyndən ibarətdür və cövr ifratü təfritdən bir
kinayətdür, lacərəm təriqi-əməldən hər üdula iki cövr mülazim olur. Bu səbəbdən
qilləti-ədl və kəsrəti-cövr lazım gəlməgin əksəri-xəlqi-cəhan ərbabi-fitnəvü fəsad
olub, əqəlli-əhlizəman əshabi-səlahü sədaddır. Şe’r:
Ümuri-mərtəbeyi-ədldir təvəssüti-hal,
Üduli mövcibi-ifratü baisi-təfrit.
Səbəb budur ki, olub ’ədl cövr məğlubi,
Həmişə fitnədən olmaz bəri büsati-bəsit.
Hər ayinə sultani-təbiət müstəxdimi-əsnafi-cövr olmağın və şəhriyari-əql iqtibasi-ənvari-ədl qılmağın peyvəstə biri-birinə münaze’dir və münaziətləri cəm’iyyəti-əsbabi-nizamü intizama mane’dir. Şe’r:
Təbiət talibi-zövqü tərəbdir,
Təriqi-əql qanuni-ədəbdir.
Təbiətdir məzidi-rif’ətü cah,
Muradi-əql tərki-masivallah.
İlahi, pərtövi-inayətindən ianət istid’a qılınur ol dəm ki, sultanitəbiət diyaribədəndə sipahi-rəzilət cəm’ edüb, əsləheyi-mənahi və məlahi mürəttəb qılub, şəhriyari-əqlin ləşkəri-sidqü səlahın mütəfərriq edüb məğlub qıla. Və əsəri-mərhəmətindən müavinət iltimas olunur ol saət ki, mülki-təndə istilayi-hücumi-ləşkəri-həvadan məliki-ruh müztərib və mütəhəyyir qala. Netə ki, təğəllübü tüğyani-ləşkəri-Yezidi- pürcəfadan şəhidi-badiyeyi- Kərbəla və hücumi-hümumiə’dadan Hüseyn bin Əliyyi-Murtəza. Şe’r:
Surəti-təhrirə gəlməz olsa dəryalar midad,
Şərhi-bidadü bəlayi-rəzmgahi-Kərbəla.
Kərbəlada həsr olub aləmdə hər möhnət ki, var,
Bənd qılmışdır təriqi-səbri Şahi-Kərbəla.
Raviyi-rəvayəti-cigərsuz və naqili-hekayəti-qəmənduz bu tərzlə tərtibi-süfufi-mə’rəkəyə kəlam vermiş və bu tərzlə silsileyi-rəvayəti təhrikə gətirmiş ki, çün şəbi-Aşura Həzrəti-Sultani-Kərbəla ləşkəriə’dadan tətmimi-şəraiti-ibadət və təğdimi-mərasimi-üzri-əshabiita’ət üçün möhlət tələb qılub və ol istid’a icabətə yetüb, əndişeyi-hərbdən filcümlə fariğ olub, təvabe’ və ləvahiqlə ibadətə iştiğal etdi və sabahadək zükurü ünasdan zəmzəmeyi-təkbirü təhlil səvame’imələkuta yetdi. Ol gecə sükkani-süradiqi-ülvi mütəğəyyirül-əhval olub və ümmali-əvalimi- süfli heyrət və dəhşətdə qalub fələk şərmsar idi ki, aya, bu nə tədbiri-nasəvabdı və zəmin müztəribü biqərar idi ki, aya, bu nə bidadi-bihesabdı? Sitarə tə’sirü tədbirdən aciz olmaz, bəlkə dideyi-bidar açub mütəhəyyir qalmış, ərusi-aləm libasi-matəm geyüb xəvatini-hərəmsərayi-ismət üçün matəmdə idi və xosrovi-əncüm matəmkədeyi-zülümatə girüb şühəda üçün qəmü ələmdə idi. Şe’r:
Asiman açmışdı əbvabi-məlal,
Əxtəri-iqbala yetmişdi vəbal.
Fövt olub sərrişteyi-tədbiri-kar,
Müztərib qalmışdı dövri-ruzigar.
Münfə’il dövran müxalif dövrdən,
Münzəcir aləm müşəvvəş tövrdən.
Əgərçi Məsiha daməni-xurşidi dutub tülu’indən mən’ edərdi ki, əşi’eyi-ənvar şəhidi-Kərbəlaya sihami-bəla olmaya və gərdun səhər əbvabın məsdud etmişdi ki, sübhi-kazibin dəmi-sərdindən ŞahiKərbəlanun şəm’i-həyatı intifa bulmaya, əmma iqtizayi-iqbalişəhadət sür’əti-dövrana isti’cal edüb, təli’eyi-sübhi-sadiq canibi məşriqdən hüveyda oldu. Rəvayətdir ki, ol dəm asimandan bir nida gəldi ki, "Ya xəlilullah ədrukni"[1] və ol sədadan Ümm Külsüm müztərib olub, tə’cillə Həzrəti İmamın mənzilinə gəlib ayıtdı: "Ey bəradəri-əziz, bu sədadan vaqif oldunmu?". Hüseyn ayıtdı: "Bən vaqif oldum. Hala Həzrəti-Rəsulu vaqi’əmdə gördüm. Ol həzrət bana müjdeyi-şəhadət verüb buyurdu ki: "Ey Hüseyn, səvakini-aləmi-bala və zümreyi-məlai-ə’la ərvahi-müqəddəseyi-ənbiyayla istiqbali-ruhişərifin qılub intizarindədür. Cəhd et ki, bu gecə hüzurumuzda iftar edəsən". Və bu hala müqarin bir firiştə gördüm əlində bir şişə. Dedim: "Ya Rəsulullah, bu firiştə əlində bu şişə nədir?" Buyurdu ki: "Ya Hüseyn, bu firiştə mə’murdur ki, zalimlər sənin qanın tökdükdə bu şişəyə doldurub asimana ilətə". Ümm Külsüm ol halətə giryan olub, Hüseyn ayıtdı: "Ey məzlumə, əhli-beytimi hazır et ki, həngamivida’dır". Şe’r:
Əlvida’, ey dustlar kim, gəldi həngami-səfər,
Ərş pərvazinə mürği-ruhum açdı balü pər.
Yusifi-Misri-qəbuləm, çəkməz oldum həbsi-tən,
Eylədim zindani-təngi-dəhrdən qət’i-nəzər.
Necə ehmal eyləyəm mülki-bəqa əzmində kim,
Şəm’i-ömrüm eylədi izhari-asari-səhər.
Müztəribdir şövqi-təşrifimdə Şahi-Övliya,
Müntəzirdir ləzzəti-didarimə Xeyrül-Bəşər.
Əlqissə, müxəddərati-sərapərdeyi-təharət və rəyahini-riyazi-vilayət hazır olub, Həzrəti-İmam anları bir-bir bağrına basub, vida’ edüb derdi ki, ey məzlumlar, aya, badiyeyi-qürbətdə bu zalimlər içində əhvalınız nola və əvaqibiniz nə surət bula?" Şe’r:
Dərda ki, rəhgüzari-həvadisdə uğradı
Bidad girdbadinə şəm’i-cəmalınız,
Ey mə’dəni-təharətü ismət gühərləri,
Ya Rəb, nə ola xaki-məzəllətdə halınız?
Bir tərəfdən Şəhrbanu giribani-təhəmmül çak edüb derdi ki: "Ey biçarələr qəmxarı və ey şikəstələr qəmküsarı! Bu şahzadələri yetim qoyub, kimin öhdəsində buraxıb gedərsən və bu əmanətləri kimə təslim edərsən?" Şe’r:
Hiç kim, ya Rəb, bana manənd məhzun olmasun,
Surəti-hali-həvadisdən digərgun olmasun!
Bir yana ənduhi-qürbət, bir yana hicrani-dust,
Necə dil püriztirabü didə pürxun olmasun?!
Və bir tərəfdən Ümm Külsüm naxuni-ənduhla rüxsareyigülgünün parə-parə qılub növhə qılurdı ki: "Ey çiraği-xanədanirisalət və ey şəm’i-şəbistani-İmamət! Əliyyi-Mürtəza mütəvəccihirövzeyi- rizvan olduqda atəşi-fəraqına mövcibi-təskin olan HəsəniMüctəba idi. Və ol Həzrət intiqal etdikdə sənin sayeyi-atifətin bizə mə’məni-riza idi. Aya, səndən sonra məhrəmimiz kim ola və xatirimiz kiminlə təsəlli bula? Şe’r:
Bu müsibət qəfləti-mövt ilə asandır bana
Kim, qılur gərduni-gərdan canımı təndən cüda.
Bu müsibət andan əfzundur təəmmül eyləsən
Kim, bəni səndən cüda eylər, səni bəndən cüda.
Və gahi bu sürudla növhə bünyad edərdi. Şe’r:
Çərxi-zalim aqibət mülkin xərab eylər, diriğ!
Əmri-naməqbulü fikri-nasəvab eylər, diriğ!
Zülməti-hicran ilə tarik edüb aləmləri,
Əbri-bidadi niqabi-afitab eylər, diriğ!
Bu müsibətdə ikən əsəri-sübh peyda olub, Həzrəti-İmam afitabvar hərəmsəradan mütəvəccihi-səhra olub, təyəmmüm qılub cəmaətlə nəmaza məşğul oldu.
Rəvayətdir ki, əvradi-nəmaz ixtitama yetmədən və Həzrəti-İmam duayi-namazı təmam etmədən mə’siyət sərməstlərindən sədayi-cuşü xüruş qübbeyi-əflaka çıxub və bişeyi-bid’ət bəhayimindən sədəmati-əsvati-namülayim guşi-gərduni kər qılub, naleyi-nayi-rəzmi və sədayi-kusi-hərbi mübarizlərə səlayi-hərb urub, zalimlər ərseyiKərbəlaya ələmlər yürütdülər və sipahi-zəlalət fövc-fövc səvarü piyadə mütəvəccihi-meydan olub, ğübari-tirədən ayineyi-ruyi zəmini mükəddər etdilər. İbn Sə’di-səfih tə’biyeyi-səfi-sipah edüb, meyməneyi-naməysuri Ömər bin Həccaca müsəlləm edüb, meysəreyi-nameysuri Şimri- Zilcövşənə namizəd qılub, kəndü qəlbisipah oldu. Şe’r:
Zəhi bədbəxt kim, kəsbi-şəqavət ixtiyar etdi,
Özün dünya üçün bədnami-ruyi-ruzigar etdi.
Zəhi-müdbir ki, məğlubu olub aləmdə şeytanın,
Fəsad etməkdə insanı mələkdən şərmsar etdi.
Və bir canibdən dəxi meydani-mücahidət cansiparləri və ərseyi-şəhadət vəfadarləri ol cuşü xüruşdan mütənəbbeh olub, bəlkə bəzmi-bəlada ol təranələrdən zövqlər bulub, bir-bir nə’reyi-məstanə və xüruşi-mərdanə ilə künyətlər verub ol sultani-mülkastanın astaninə gəldilər və rüxsəti-meydan bulub təsbihü təhlillə ərseyi-karzara mütəvəccih oldular. Və Həzrəti-İmam dəxi kəsrəti-sipahi- ə’dadan mütəvəhhim olmayub və qilləti-əhibbadan təğəyyür bulmayub, fərqi-mübarəkin əmameyi-Rəsulla müzəyyən və bədəni-lətifin dürraeyirisalət birlə mürəttəb qılub, Rəsul Həzrətlərinin Fəriha nam mərkəbin rikabi-hümayuna çəküb və şəmşiri-zəfərməasirin həmayil edüb, cövlan edərək səfi-sipaha gəldi və sipahi-səfərpənaha tərtib verüb, məyməneyi-meymuni Züheyr bin Mücəllaya rucu’ edüb, meysəreyimeysuri Həbib bin Müzahirə müqərrər qılub, rayəti-fəthayəti Əbbas bin Əliyyi-Murtəzaya tapşırub, kəndü bizzat iman kibi mö’minlərin qəlbində qərar dutub şəhadətə müntəzir oldu.
Ol gün ərusi-xəlvətsəray üfüqi-matəmkədeyi-dünyaya xəraşidəruy və pərişanmuy çıxdı və piri-sipehri-xəmidəqamət təriqi-tə’ziyət dutub daməni-libasi- nilgunə çaklər bıraxdı və əbkari-əncüm tabi-nəzzareyi-məsaibi-xəvati-nihərəmsərayi- nübüvvət gətürməyüb pərdeyi-hicaba girdi və nəsimi-səhər şühəda üçün dəmadəm ahi-sərd çəküb məzaci-kainata küdurət gətirdi. Rizvan riyazi-cinana zinət verdi ki, ruhi-şəhidi-Kərbəla mehman olur və hura dideyi-iştiyaq açub mütərəssid oldu ki, nuri-dideyi-Zəhra gəlür. Şe’r:
Çıxdı gün, ya sineyi-gərduna urdu tazə dağ
Bərqi-ənduhi-dili-övladi-Xeyrül-mürsəlin?
Sübh pərtöv saldı, ya məzlumlar halın görüb,
Qüssədən bimar olub zərd oldu rüxsari-zəmin?!
Rəvayətdir ki, iki canibdən süfufi-müharibə mürəttəb olduqda və keyfiyyəti-həqqü batil və küfrü iman imtiyaz bulduqda HəzrətiSultani- Kərbəla səfisipahindən çıxub, ol bisəadətlərə müqabil durub səlabətü sövlətlə bu beyti inşa qıldı. Şe’r:
Ənəbnə nəbiyyə’t-tuhri min ali-Haşım,
Kəfani bi-haza məfxəri hinə əfxəru[2].
Yə’ni bən fərzəndi-Pəsuli-Xudayam və nütfeyi-sərvəri-ənbiyayam. İftixar etdikdə bana bu fəxr kifayət edər və mübahat qıldıqda bana təfaxür bu yetər. "Ey qövmi-birəhm, başımdakı əmmamə və belimdəki tiğ və əgnimdəki dürra’ə və rikabımdakı mərkəb Həzrəti-Rəsulullahındır. Və bən varisi-elmi-Rəsulam və nuri-dideyi-Bətulam. Hərgiz kizbü gəzafa iqdam etməmişəm və mütləq təriqi-müxalifəti-Xuda və Rəsul dutmamışam. Mədinədə mücaviri-rövzeyi-Rəsul ikən bana təmkin vermədiniz və Məkkədə mö’təkifi-zaviyeyi-qənaət olduğumu rəva görmədiniz. Həqqa ki, bana məkatibü mərasil irsal edüb, üzərimə hüccətlər bıraxub bu diyara siz gətirdiniz və bu fitnəyi təhriki-səlasili-əsbabla siz bu məqama yetirdiniz. Ey Ömər bin Sə’d, vey Ömər bin Həccac, vey Şis bin Rəbi’i, bu nə qəddarlıqdır, və ey Sinan bin Ənəs, və ey Şimri-Zilcövşən, bu nə məkkarlıqdır?" Şe’r:
Məkr bünyadı üstüvar olmaz,
Hiylə asarı paydar olmaz.
Ol cəmaət ittifaqla inkar etdilər. Həzrəti-İmam məktubların hazır edüb, anlara hüccəti-təmam etdikdən sonra ol məktubları oda yaxdırdı. Aqibət, Ömər bin Sə’d müqabilinə gəlüb ayıtdı: "Ey Hüseyn, bu hekayətlər nəticə verməz. Ya Yezidin bey’ətin qəbul etmək gərəksən, ya tərki-həyat eyləmək". Bu sözü deyüb, bir navəki-dilduz əlinə alub ayıtdı: "Ey əhli-Kufə, güvah olun və Übeydullah hüzurunda şəhadət verin ki, ibtidai-hərbi-Hüseyn bəndən oldu". Və ol navək canibi-Hüseynə rəvan qıldı.
Həzrəti-Hüseyn məhasini-şərifin əlinə alub ayıtdı: "Ey qövm, qəzəbi-Rəbbani Yəhuda ol zəman iştidad buldu ki, "Uzeyr İbnullah"[3] dedilər və qəhri-İlahi Nəsaraya ol gün nazil oldu ki, "Məsihu’bnullah"[4] dedilər və sixəti-Sübhani sizə hala müqərrər oldu ki, qəsdi-Ali Rəsul etdiniz. Həqqa ki, sizün bədəninüzdə hər səri-mu bir xəncəri-abdar olsa, "Və ’sabir və ma-səbrukə illa billahi"[5] dairəsindən inhiraf etməzəm və hər fərdiniz qəsdimə bir ləşkərikinəgüzar olsa, "İnnə’llahə yuhibbu’s-sabirinə"[6] mərtəbəsinin tərkin tutmazam".
Rəvayətdir ki, ləşkəri-Yezid, İbn Sə’din iqdamın gördükdə ana iqtida qılub, Həzrəti-İmama bir mərtəbə tirbaran etdilər ki, pəriü-qabdan çeşmeyi-afitab tutuldu və zəxmi-peykani-abdardan ruyizəmin məsabeyi-ğərbal oldu. Həzrəti İmam ol hücumdan səfi-sipaha müraciət qılub əshabü əhbabinə ayıtdı: "Ey vəfadarlar və cansiparlar, müstəid olun və təhiyyeyi-əsbabi-səfər qılun ki, dəmi- xunrizdir və həngami-rəstaxizdür". Və Ömər bin Sə’din peyki-peykanı bu xəbər pəyamına gəldi və qasidi-navək bu peyğamla varid oldu və bu vaqiə səbahi-cüm’ə aşiri-Məhərrəm, hicrətin altmış altıncı yilində vüqu’ buldu. Və ləşkərimüxalif bir rəvayətdə on yeddi bin nəfər və bir rəvayətdə otuz bin nəfər, əmma əsəhhi-əqvalla igirmi iki bin mübariz olub və ləşkəri-İmam bir qövllə səksən nəfər və bir qövllə yetmiş iki nəfər olub, otuz iki atlu idi və baqi piyadə idi. Və əksəri-rəsaildə icmal ilə şərh etmişlər, əmma Həzrəti-Mövlana Hüseyn Vaiz əleyhir-rəhmə fil-cümlə təriqi-təfsil dutmuş.
Raviyi-əxbari-məlalətasar bu tərzlə itmami-rəvayət vermiş və naqili-göftari-küdurətasar bu tərzlə göftara zinəti-tətmim yetirmiş ki, çün süfufi-ləşkər mürəttəb oldu, Hürr bin Yezid Riyahi Ömər Sə’din hüzuruna gəlüb ayıtdı: "Ya İbn Sə’d, əlbəttə, Hüseynlə müharibə etmək müqərrərmidir?" İbn Sə’d ayıtdı: "Bəli, müqərrərdir. Bu hərbdə qanlar tökülür və başlar kəsilür". Hürr ayıtdı: "Rəsulullaha Qiyamət günü nə cəvab verirsən?" Ömər Sə’d cəvab verməyüb, Hürr kəndü ləşkərinə müraciət qılub, heybət və səlabətdən ləvni mütəğəyyir olub və qəlbi mütəhəyyir olub biqərardı. Qarındaşı andan sual etdi ki, "ey pəhləvaniərəb, hərgiz heç mə’rəkədə səndən bu təzəlzül mülahizə olunmayub, mə’ə qillətiə’da bu nə təğəyyürdür ki, səndə zahir oldu?" Hürr ayıtdı: "Ey bəradər, bana ə’dadan təvəhhüm yoxdur, əmma behişt və duzəx arasında mütəhəyyir qalmışam və həqqü batil imtiyazında heyran olmuşam". Bu təkəllümdə ikən ixtiyarsız bir nə’rə urdu ki, "əl-minnətu lillah, məkməni-qeybdən məş’əleyi-nuri-hidayət zahir olub bəni təriqi-zəlalətdən sirati-müstəqimə buraxdı". Şe’r:
Lilləhil-həmd ki, bən sahibi-irfan oldum,
Qabili-mərtəbeyi-səhhəti-iman oldum.
Əməli-batil imiş Ali-Məhəmməd büğzü,
E’tiraf eylədim ol cürmə, peşiman oldum.
Pəs, səməndi-badpayə cövlan verüb, kəndü ləşkərindən çıxub ləşkəri- Hüseynə mülhəq olub, mərkəbindən enüb, rikabi-hümayuninə yüz sürüb ayıtdı. Şe’r:
Ey çiraği-təl’ətin şəm’i-şəbistani-sürur,
Gərdi-xaki-rəhgüzarın tutiyayi-çeşmi-hur.
Ya Əmirəlmö’minin, üsyana iqdam eylədim,
Bilmədim ki, böylə tüğyan edə ərbabi-qürur.
Bilmədim ki, dutmayub şəm’i-risalət hörmətin,
Irtikabi-zülmü bidad edə qövmi-bişüur.
Ya Şəfi’ülmüznibin, üzri-günahım qıl qəbul,
Görmə caiz bünyeyi-ümmidə hirmandan fütur.
Bu təriqlə çox niyazlar edüb təzzərö’ etdi ki, ya İmam, aya mə’zirətim məqbul olurmu ola? Həzrəti-İmam ayıtdı: "Ey Hürr, dərgahi-lütfü ehsan əhli- etizara həmişə məftuhdur və günahın mö’tərif olan həmişə müsabü məmduhdur və "Huvə yəqbəlu’t-tövbə ən ibadihi"[7].
Çün Müs’əb bin Yezid qarındaşın gördü ki, axirəti-dünyaya ixtiyar etdi və üzri-günahı dərəceyi-qəbula yetdi, ol dəxi səadəti-mülazimətinə müşərrəf oldu və surəti-ixlas ərz qıldı. Əlqissə, Hürr bin Yezidi-Riyahi mükafati-əf’al üçün Həzrəti-İmamdan icazəti-hərb istədikdə Həzrəti-İmam ayıtdı: "Ey Hürr, hənuz bizdən istişmamirayiheyi-rahət etmədin zəhmətə düşmək münasib degil. Səbr et, ibtidayi-hərb qeyrdən olsun". Hürr ayıtdı: "Ya İmam, netə ki, ibtidayimüxasimət bəndən oldu, istərəm ki, ağazi-izhari-məhəbbət dəxi bəndən ola".
Əlqissə, təzərrö’lə rüxsət alub meydana girdi və bu təzəllümlə ismü rəsmin zühuraə gətürdi. Şe’r:
Bənəm ol Hürr bin Yezidi-Riyahi
Ki, əzəldən mühibbi-Ali-Əbayam,
Şükrü lillah kəmali-sidqü səfadan,
Qabili-xidməti-vəliyyi-Xudayam.
Tiği-xunrizlə zəmani-şücaət,
Düşməni-duni-nabəkara bəlayam.
İbn Sə’di-bixirəd Hürr bin Yezidi meydanda görüb, əndaminə təvəhhümdən lərzə düşüb, məxsuslarından Səfvan nam bir mübarizə ayıtdı: "Yürü var, Hürrə nəsihət qıl və malü əsbabla firib ver, əgər qəbul etməsə, siyasətə yetür". Səfvan səfi-sipahdan çıxub səməndi-badrəftara cövlan verüb Hürrə müqabil olduqda ayıtdı: "Ey Hürr, sahibi-əqlü sahibi-rə’y olmaq gərək. Əcəb ki, ne’məti-dünyadan inhiraf edüb zillət ixtiyar etdün". Hürr ayıtdı: "Ey nadan, izzət xidməti-Ali-Rəsuldadır. Zəhi səfihi-siyəhruzgar ki, ne’məti-fani üçün tərkidövləti- baqi edə. Əlhəq, əgər iman varsa, nəfyi-tənəümati-rövzeyi-rizvan nədir və əgər iman yoxsa, də’vayi-iman nədir?" Şe’r:
Qabili-kəşfi-rümuzi-hikmət olmaz hər kişi,
Hər kimin fe’li nəqizi-qövldür, məzmum olur.
Pərdeyi-təşkikdir bu zülməti-qeydi-həyat,
Pərdə rəf’ olduqda halı hər kimin mə’lum olur.
Səfvan gördü ki, Hürr qabili-nəsihət degil, qəzəbnak olub, sineyibikinəsinə nizeyi-cansitan həvalə qıldı. Hürri-vəfadar bir tiğlə nizəsin rədd edüb, bir zərblə mərkəbindən nigunsar edüb, bir lö’blə yıxdı ki, nə’reyi-afərin iki ləşkərdən asimana çıxdı.
Rəvayətdir ki, Səfvanın üç qarındaşı olub, talibi-intiqam təriqiylə mütəaqib meydana gəlüb bir-bir Hürr əlindən şərbəti-fəna içdilər. Hürr ol mübarizləri həlak etdikdən sonra Həzrəti-İmamın izzi-hüzurişəriflərinə gəlüb ayıtdı: "Ya İmami-zaman, bəndən xoşnud oldunmu?" Həzrəti-İmam ayıtdı: "Nə’əm, əntə Hurrun kəma səmmətəkə ummukə"[8]. Hürr ol bəşarətlə yenə meydana müraciət qılub, gərmi-mübarizət ikən bir həramzadə mərkəbin səqət qılub, piyadə qaldı. Ol müxlisi-vəfadar ədəmi-mərkəb ilə ləşkəri-ə’dadan izhari-əcz etməyüb, inani-əzimət döndərməyüb müharibə etdigin şahzadə gördükdə bir mərkəbi-tazinəjad irsal etdi.
Hürr ol mərkəbə binub, cövlan edüb, hər tərəf mütəvəccih olduqda güruhgüruh müxalifləri pərakəndə etdigi əsnada hatifdən səda gəldi ki: "Ey Hürr, müjdə ki, hurü qılman müntəziri-didarındır". Hürr ol sədadan məsrur olub canibi-Hüseynə təvəccöh qılub ayıtdı: "Ya İmam, cəddin xidmətinə mütəvəccih oluram, peyğamın nədir?" Həzrəti-İmam ol xəbərdən giryan olub ayıtdı: "Ey Hürr, biz dəxi mütəaqib gəlməkdəyiz".
Əlqissə, ol şiri-bişeyi-şücaət və nəhəngi-dəryayi-cəladət səddi-sipahi-ə’daya rəxnələr urub və cəm’iyyəti-müxalifə təfriqələr yetürüb, nizəsi şikəst bulub, tiğiabdarla mütəvəccihi-qəlbi-sipaholdu və qəlbi-sipahı dili-üşşaq kibi çak edüb, kəndüsin ələmdara yetürdi. Ələmi nigunsar etməkdə ikən Şimri-bədbəxt ləşkərinə nə’rəurdu ki, ey namərdlər, bir mübarizdən aciz olmaq nədir? Ləşkər hər canibdən qülüvv qılub, ol namuradı ortaya alub, nagah Qisvar bin Kinanə bir zəxmi-mühlik urub, Hürr dəxi ana bir zəxm urub, ikisi dəxi mərkəbdən cüda olub, Hürr nə’rə urdu ki: "Ya İbn Rəsulullah, ədrikni"[9]. Həzrətiİmam biixtiyar meydana girüb, Hürrü ol zalimlər arasından alub ləşkərinə yetürdi və mərkəbindən enüb, başın dizi üzərinə alub, astini-mübarəkiylə rüxsarından xakü xun pak edüb dua qılırkən Hürr anın rayiheyi-canbəxşindən həyat istiarə qılub, rüxsarimübarəkinə dideyi-iştiyaq açub, təbəssüm qılub ayıtdı: "Ya İmam, bəndən razı oldunmu?" İmam ayıtdı: "Səndən razı oldum, Allah səndən razı olsun". Hürri-vəfadar bu bəşarətlə filhal nəqdi-can nisar edüb. Şe’r:
Eşq meydanında can vermək degil ar, ey könül,
Can verüb məqsuda yet, gər himmətin var, ey könül.
Eşq bazarına salmışdır səadət gövhərin,
Nəqdi-canın verməyən olmaz xəridar, ey könül.
Nəqldir ki, bu beyt Həzrəti-İmamın Hürr üçün dedigi mərsiyədəndir. Şe’r: Fə-ni mə’l-hurru Hurra’bni Riyahin Səburun ində müxtəlifür-rimahin[10] Çün Hürrün qarındaşı Hürrün şəhadətinə ittila’ buldu, ol dəxi rüxsət alub, meydana girüb, izhari-kəmali-şücaətdən sonra şəhadət bulub qarındaşına mülhəq oldu. Rəvayətdir ki, Hürrün Əli nam bir oğlu var idi ki, bəsi şüca’ və cigərdar idi. Bu əhvalı mülahizə qıldıqda Ürvə nam bir qulla atlarına su vermək bəhanəsiylə ləşkərdən çıxub, Həzrəti-İmamın xidmətinə müşərrəf olub izhari-ismü rəsm etdilər və icazəti-hərb aldılar. İbtidayi-hal Əli bin Hürr meydana girüb, cidalü qital edüb səadəti-şəhadət hasil etdi. Şe’r:
Ey xoş ol nütfeyi-pakizə kim, ol
Olmaya naqisü nadanü səfih.
Qıla izhari-hünər kəsbin edüb,
Mə’niyi-"Əl-vələdu sirrə əbih"[11].
Andan sonra Ürvəyi-vəfadar xacələri vəfasında sərbazlıq edüb rütbeyi-hürriyyət kəsb etməgə meydana girdi. Ol dəxi mərasimi-şücaət əda qılub şəhid oldu. Şe’r:
Ey xoş anlar kim, qılub feyzi-şəhadət kəsbini,
Xəlqdən tövfiqi-iqbal ilə mümtaz oldular.
Qıldılar cəm’iyyəti-dünyaya üqba ixtiyar,
Feyz edüb, hasil bulub rif’ət, sərəfraz oldular.
Sipəhsalari-meydani-təkəllüm bu tərzlə ərseyi-bəyana sipahi-ibarət çəkmiş və səfarayi-mə’rəkeyi-süxən bu rənglə tiği-zəban çəküb mərdümi-didə qanın tökmüş ki, Hürr bin Yezidi-Riyahi ətba’iylə bəzmi-bəlada cami-səadətdən şərbəti-şəhadət içdikdən sonra sultani-səriri-izzü ə’la Hüseyn bin Əliyyi-Mürtəza səfi-sipahizəfərpənahdan çıxub, ləşkəri-ə’daya müqabil durub, bir dəxi qaideyihüccət tazə edüb nida qıldı ki: "Ey əhli-İslamü imanam" – deyüb də’va qılanlar və ey mö’tərifi-şəhadət olub, mö’təqidi-iman olanlar! Bən nəbireyiƏhmədi- Muxtaram. Bən nəqdi-sahibi-Zülfiqaram. Təsəvvür etmən ki, kəsrətisipahinizdən ehtirazım ola, şiddəti-ədavətinizdən səbati-təmkinim təzəlzül bula. Həqqa ki, şəmşiri-abdarimə müdəbbiri-kargahi-hikmətdən rüxsət olsa, zülməti-səvadi- sipahinizə şə’şə’eyi-afitabi-aləmtabdır və sinani-saiqəbarım mühərriki-silsileyi- şəhadətdən icazət bulsa, binayi-fəsadi-inadınıza tişeyi-ixtilalü inqilabdır. Əgərçi mühəqqəq bilirəm ki, tinəti-napakınızda iste’dadiqəbuli nəsihət olmadığın və rüsuxi-niyyəti-fəsad cibilliyyətinizdə möv’izə ilə təğəyyür bulmadığın, əmma itmami-hüccət təriqiylə sizə təkrar nəsihət edərəm. Ey taifeyi-tağiyə, bən bu diyara hərb üçün gəlməmişəm və bu qövğaya kəndü rə’yimlə mürtəkib olmamışam. Hənuz aramızda atəşi-fəsad işti’al bulmadın və bu surəti-müqatiləvü müharibə zahir olmadın ya bana mane’ olman, yenə Mədinəyə müraciət edəyim, ya təriqi məsdud etmən, Yezidlə münazirə qılmağa Şama gedəyim". Cəvab verdilər ki: "Ey Hüseyn, sənə bu təhlükədən nəcat mümkün degil, zira əgər Şama getsən, fəsahəti-lisanla Yezidə firib verüb xilas olduqda sərmayeyi-fəsad olursan və əgər Mədinəyə müraciət qılsan, əsbabi-fitnə mühəyya qılub hər nə təqdirlə bizi bir dəxi əzaba salursan". Həzrəti-İmam ayıtdı: "Barı, əzbi-Fəratı ki, cümleyi-məxluqata mübahdır, şəcəreyi-gülzari-ismətü təharətdən qət’ etmən". Dedilər: "Ey Hüseyn, istilayi-təəttüşdən ətbavü ənsabına zə’fi-bədən yetməsə və qəhti-ab nihali-şövkətünüzi pəjmürdə etməsə, bu müqərrərdir ki, sövləti-şücaəti-Ali- Haşimə xarü xaşakiKufə və Şam müqavimət qılmağa qadir olmaz və həyatından qət’iümid edən güruhla müharibə faidə qılmaz".
Həzrəti-İmam gördü ki, heç vəchlə əmri-səlah surət bulmaz və heç tədbirlə müsalihət mümkün olmaz, dedi: "Ey qövm, çün müharibə müqərrərdir, barı, insaf edüb təriqeyi-ədldən üdul etmən. Bir-bir mübaşiri-hərb olun ki, mərddən namərd mümtaz ola". Bu şərti qəbul edüb ləşkəri-Yeziddən Sam nam bir məl’un meydana girüb, nə’reyi-"Həl mən mübariz"[12] urub Həzrəti-İmam ləşkərinə müqabil durdu. Bu canibdən Züheyr bin Həssan Sultani-Kərbəladan rüxsət alub, əbribəhar kibi cuşanü xüruşan saiqeyi-şəmşiri-abdar və barani-xədəngixunxarla ərseyi-xakdanı xəsm qanıyla laləzar etməgə meydana çıxdı və cilveyi-nəsimi-səməndi- saiqəmanəndlə səfi-ə’daya övraqi-əşcar kibi lərzələr bıraxdı. Mərasimitəridü nəvarddən sonra izhari-ismü rəsm etdi ki, "Ey firqeyi-füccari-nabəkar". Şe’r:
Bənəm sahibi-tiğü gürzü kəmənd,
Züheyr İbni-Həssan yəli-ərcümənd.
Bənəm çakəri-xanədani-Rəsul,
Kəmin bəndeyi-nuri-çeşmi-Bətul.
Əgər kuhi-Qafilə qılsam məsaf,
Məsafımda aciz olur kuhi-Qaf.
Sami-bədbəxt ol nikbəxti görüb ağazi-nəsihət qıldı ki, ey şəhsəvari-mizmari-mübarizət və ey namdari-meydani-müharibət, bu nə tədbiri-namünasibdir və rə’yi-nasayibdir ki, tərki-malü əhlü əyal qılub bu ləşkəri-məğluba daxil olmuşsan və kəmali-zilləti nəhayətiizzətə ixtiyar qılmışsan? Züheyr ayıtdı: "Ey namərd, dövləti-baqi mülaziməti-xanədani-nübüvvətdir və izzəti-daimi mütabi’ətidudmanivilayətdir". Şe’r:
Nə e’tibar süruri-səriri-dünyaya
Ki, var kövkəbi-hökmündə ehtimali-üful.
Xoş ol ki, eyləyə gərduni-tale’ində tülu
Sitareyi-şərəfi-mehri-xanəndani-Rəsul.
Sam istərdi ki, tətvili-kəlam edə, Züheyr möhlət verməyib, anı bir zərblə düzəxə göndərüb pəhləvan istədikdə əhli-İraq və Şam ol namdarın vəhmindən hərasan olub, heç pəhləvana bu iqtidar olmadı ki, meydani-şücaətdə rəxşi-himmətə cövlan verə və ana müqabil dura. İbn Sə’d ol halı görüb ləşkərinə siyasət gözüylə baxub, ayıtdı: "Ey namərdlər, bu nə əhəmiyyətsizlikdir?" Nəsr bin Kə’b Nəhəi ki, rüəsayi-ərəb anı bin mübarizə bərabər dutarlardı, meydana girüb, Züheyrə müqabil durub, mübahatlar qılub lafü gəzafla nə’rələr urdu və Züheyrə ol dəxi ağazi-nəsihət qıldı ki, ey şüca’i-yeganə və ey mübarizimərdanə, nişə tərki-inad edüb gəlməzsən ki, Übeydullahi-Ziyaddan dövləti-dünya bulasan və sahibi-rif’ət olub, əmsalü əqran içində sərəfraz olasan?!" Züheyr ayıtdı: "Ey bədbəxt, bən bustani-vilayətdən ictinayi-rəyahini-murada dəstrəs bulmuşam və güldəsteyi-risalətdən istişmami-rayiheyi-rahətə müvəffəq olmuşam. Bana Yezidin xarzarixidmətində nəşvü nəma bulan nihali-nədamət gərəkməz ki, övraqı zülli-zəlalət göstərə və meyvəsi tə’ami-tüğyan verə". Şe’r:
Bən müqimi-rövzeyi-lütfü riyazi-rə’fətəm,
Xari-səhrayi-zəlalətdən xəbər vermən bana.
Nuri-rəhmətdən münəvvərdir çiraği-dövlətim,
Dudi-nirani-nədamətdən xəbər vermən bana.
Nəsr bin Kə’b ol əndişədə idi ki, kəlimatla anı məşğul edüb hiylə ilə bir heyf edə. Züheyr ol mə’nidən agah olub, təmkin verməyüb, bir zərblə anı dəxi həlak edüb, andan sonra Saleh bin Kə’b gəlüb anın şəmşiri-abdarindən şərbəti-fəna içdi.
Əlqissə, bu təriqlə ol mö’mini-müttəqi çox mübarizlər qətl edüb, heç bir mübarizdə iqdami-müqabilə görməyib, müqəddəmeyi-ləşkərdə olan piyadələr süfufinə mütəvəccih olub, anları dəxi mütəfərriq edüb, yenə meydanə müraciətqılıb mübariz tələb etdikdə İbn Sə’d, Həcərüləhcarə ki, mö’təmidi-səfisipah idi, itab etdi ki, ey sipahsalari-Şam, səndən qeyr mübariz bu pəhləvanə müqabil dura bilməz. Həcərüləhcar ayıtdı: "Ey əmir, bu pəhləvan bir atəşisuzandır, xarü xaşaka anınla müqabilə xarici-daireyi-imkandır. Məgər hiylə ilə üç yüz mübariz kəmin edələr və bən anınla müqatilə edüb kəmingah tərəfinə həzimət qılub, ol bənim qəsdimə gəlub bana yetdikdə ol ləşkər çıxub hər yandan tirbaran edüb ana nüsrət bulalar və hiylə ilə ana qalib olalar. Şe’r:
Şüca’ət rəsmini sanman ki, ancaq xunfəşanlıqdır,
Sipahilər içində hiylə həm bir pəhləvanlıqdır.
İbn Sə’d bu məsləhətə razı olub, üç yüz mübariz kəminə müqərrər qılub Həcərüləhcar Züheyr bin Həssana müqabil durub mülayimət təriqiylə ayıtdı: "Ey güzideyi-ərəb və ey şəhsəvari-alinəsəb, bən müharibə üçün gəlməmişəm, nəsihət üçün gəlmişəm. Heyfdir ki, sənin kibi namdar qabili-izzü iqtidarkən qayili-iczü inkisar ola. Hüseyn bin Əli hala məğlubdur və səadəti-dünya Yezidə mənsubdur. Müqtəzayihimməti-bülənd oldur ki, həzizi-zillətdən övci-rif’ətə rəğbət qılasan və tərki-ihanət qılub, talibi-ülüvvi-mənzilət olasan". Züheyr ayıtdı: "Ey müdbir, izzi-əbədi mülazimi-mülazimeyi-Ali-Mustəfadır və anlardan qeyrə xidmət eynimə’siyət və məhzi-xətadır". Şe’r:
Hər nə dövlət var isə dünyada, olmaz bixələl,
Dövləti-Ali-Nəbidir la-yəzalü ləm-yəzəl.
Əlqissə, Züheyr bin Həssan həmlə qıldıqda Həcərüləhcar həzimət edüb, Züheyr mütəaqib rəvanə olub ol kəmingaha irişdikdə üç yüz namərd çıxub, ol şəhsəvarı araya alub tirbaran etdilər. Əmma ol firişteyi-asimani-rəhmət hücumi-şəyatindən mülahizə qılmayub, zövqi-dövləti-şəhadətlə şövqü əfzun olub və kəsrəti-xarü xaşakdan naireyişücaəti hiddəti-iştial bulub, təməvvüci-dəryayi-himməti ol qayətə yetdi ki, Hüseyni-təşnələbdən yana xuni-ə’dadan cuybarlar yürütdü. Axirül-əmr, əsnayi-mə’rəkədə izdihami-amm olub, Şis bin Rəbi’i fürsət bulub ol şəhriyara bir zəxmi-mühlik urdu. Ol dəxi ŞisiRəbi’iyə həmlə qıldıqda ol bədbəxt həzimət edüb, ol şiri-bişeyişücaət ol halla dəxi əlli mübariz həlak edüb, aqibət cərəyanixunabeyi-cərahətdən əsəri-zə’f hasil edüb, Həzrəti-İmam anın halından xəbərdar olub, on nəfəri-mülazim irsal edüb, ol əjdəhayı murçələr izdihamından kənara çəküb, Həzrəti-İmam hüzurinə gətürdilər. Ə’zayi-şərifində doqsan zəxm olub, hər birindən çeşmeyixun rəvandı. Əmma şükri-səadəti-şəhadət qılmağa hər zəxmi bir dəhandı. Şe’r:
Tiği-düşmən namədir, məzmunu peyğami-əcəl,
Müttəsil gəlməkdədir tədbiri-hicran etməgə.
Açdı rövzənlər bədən qəsrinə peykani-bəla,
Can çıxub nəzzareyi-rüxsari-canan etməgə.
Həzrəti-İmam mərkəbindən enüb, başını dizi üzərinə aldıqda, rayiheyi-məhəbbətindən həyati-mücəddəd bulub, güli-rüxsarinə nərgis kibi dideyi-heyran açub zəbani-halla bu təkəllümdə guya oldu. Şe’r:
Bihəmdillah, rəhi-eşqində can nəqdin nisar etdim,
Verüb can xaki-dərgahində kəsbi-e’tibar etdim.
Həzrəti-İmam ayıtdı: "Ey tayiri-rövzeyi-şəhadət, razi-dil izhar edüb bir təkəllüm et". Züheyr ayıtdı: "Ya Hüseyn, bənim üçün bir cam şərbət mühəyya olubdur. Səbr et ki, içdikdən sonra təkəllüm edəyim". Həzrəti-İmam əshaba və əhbaba ayıtdı: "Bu şərbət şərbəti-behiştdir ki, Züheyrə ərz etmişlər". Şe’r:
Demən ki, tiği-ədudan şəhidə yetməz feyz,
Zülali-rövzeyi-rizvandır abi-tiği-ədu.
Zülali-xəncəri-bədxahı səhl sanman kim,
Hərarəti-dili-əhbabı rəf’ edər ol su.
Bu təkəllüm əsnasında ol tayiri-büləndpərvazın mürği-ruhu nişiməni-bəqaya pərvaz qıldı. Rəhmətullahi əleyh. Şe’r:
Afərin ol səadət əhlinə kim,
Rəhi-canana can nisar etdi.
Qılmadı meyli-aləmi-fani,
Dövləti-baqi ixtiyar etdi.
Rəvayətdir ki, Züheyr bin Həssan səadəti-şəhadət bulduqdan sonra rüəsayiləşkəri- Yezid qütəlayi-əskəri təfəhhüs etdikdə gördülər, Züheyr bin Həssan qitalində məcruhdan qeyr məqtul olanlar yüz nəfərdən ziyadədir. Bu vaqiədən zəhrələri çak olub ayıtdılar: "Heyhat, bu güruhla bir-bir müqatilə etmək mümkün olmaz və sərfə qılmaz". Əbtali-əskər bir qayətdə hərasan oldular ki, heç kimsənədə rəğbəti-meydan qalmadı.
Əmma Həzrəti-İmamın əskəri-hümayunu əgərçi surətdə şərzimeyi-qəlil idi, əmma mə’nidə hər biri bir yeganeyi-binəzir və fəridi-biədil idi ki, ittifaqla əsliheyi-təqvavü təharət mürəttəb edüb, ləşkəri-şəyatinə məlaikvar iztirabü ehtizaz salmışlardı. Zira təəllüqati-dünyayla mütləq irtibatları qalmayub şəhadətə mühəyya olmuşlardı. Şe’r:
Tərki-dünya eyləyən əndişə qılmaz mövtdən,
Qeydi-cəm’iyyət çəkən bidərdə ol düşvar olur.
Ərseyi-mülki-bəqa seyrin qılan ariflərə
Təngnayi-dərdi-zindan, dari-dünya dar olur.
İbn Sə’d ləşkərin iztirabın görüb, təvəhhüm edüb nəzəri-siyasətlə baxdıqda səfi-ləşkərdə Übeydullahi-Ziyadın iki məmlükü hazır idi: biri Salim deməklə mə’ruf, biri Yəsar deməklə mövsuf. İttifaqlaə ahəngi-meydan etdilər. Həzrətiİmam ləşkərindən Bərirlə Həbib bin Müzahirə qeyrəti-şücaət qalib olub rüxsətimeydan tələb etdikdə Həzrəti-İmam rüsxət verməyüb, Əbdullah bin Öməri-Kəlbi rikabihümayuninə yüz sürüb icazəti-meydan istədikdə Həzrəti-İmam buyurdu ki, "Ey Əbdullah, mərdanə ol ki, [bu] iki həramzadənin qətli sənin əlində müqərrərdir". Əbdullah saiqeyi-şəmşiri-abdarla əbrvar xüruşanü ğürran piyadə mütəvəccihi-ərseyi-meydan oldu. Derdu. Şe’r:
Bu ərseyi-bəlada bənəm ol piyadə kim,
Əzmimdə fil-bəndi-ədudan gedər səbat.
Rüx şahi-din rikabinə sürmüş piyadəyəm,
Lö’büm əcəbmi xəsmi-dəğəlbazi etsə mat.
Yəsari-bədbəxt ol vəfadara nizə həvalə qılub, Əbdullah anın nizəsin rədd edüb, bir tiğ urub, mərkəbin ayağdan buraxub, piyadə olduqda fürsət bulub tədarüki-qətlində ikən Salim həmlə qıldı. Ol mübarizi-vəfadar qət’ən əndişə qılmayub, əvvəl Yəsarı həlak edüb, anın əqəbincə Salimi dəxi bir zərblə duzəxə göndərüb ÜbeydullahiZiyadın qulları ol halı görüb, ittifaqla hücum edüb təsəvvürdən ziyadə cidalü qital etdikdən sonra ol məzlumu şəhid etdilər. Rəhmətullahi əleyh.
Andan sonra Bərir bin Həsən Həmədani ki, əzhədi-zühhadi-dövran və əvrə’iübbadi- zəman idi və hərgiz dəsti-təəllüq damənitəcərrüdünə yetməmişdi və zəmiri-münirinə mütləq əndişeyi-mülkü mal xütur etməmişdi, mütəvəcehi-hərb olub, ol ləşkəri-biimanla qital edüb derdi: "Ey badiyeyi-qəflət sərgərdanları və ey badiyeyi-zəlalət məst və heyranları.
Can fədayi-Kərbəla qıldım, bəladan dönməzəm;
Əhli-təsliməm, bəlayi-Kərbəladan dönməzəm.
Tərki-sərdir müddəa meydani-eşq içrə bana,
Getsə başım dönməzəm, bu müddəadan dönməzəm".
Hər tərəf cövlan edüb, mübarizlərə fəna salmağından ləşkəri-ə’da aciz olub, aqibət Yezid bin Mö’qələ künyətlər verib anın qətlinə həris etdilər. Ol məl’un meydana girüb Bərirə müqabil durduqda [bünyadi]-tə’ərrüz etdi ki, ey Bərir, əhli-zəlalətsən, İmami-zəmana xüruc etmişsən. Bərir ayıtdı: "Ey zalim, səninlə mübahilə edəlim, əhli-bütlana bəla nazil olsun". Ol məl’un qəbul edüb, iki tərəfdən duaya iştiğal olunub dedilər: "İlahi, həqqi qalib və batili məğlub qıl". Bu sözə qərar verüb Yezid bin Mö’qəl Bərirə şəmşir həvalə qılub, məzərrət yetirə bilməyüb, Bərir tiği-saiqəkirdarın məhəki-təcrübeyihəqqü batil qılub, ol namərdi bir zərblə həlak edüb, aqibət Bəxtəriyibədbəxt zərbətiylə dərəceyi-şəhadət buldu. Rəhmətullahi əleyh.
"Nurül-Əlimmə"dən nəqldir ki, Bəxtərinin İbni-əmmi Əbd bin Cabir Bəxtəriyə ayıtdı: "Ey bədbəxt, bu gün bir zahidi şəhid etdin ki, ərseyi-aləmdə binəzir idi". Ol bidövlət peşiman olub, ləşkərdən çıxub mütəhəyyir gedərkən hövl qalib olub həlak oldu. Şe’r:
Gərçi şəmşiri-sitəm zahirdə ancaq tiz olur,
Tiği-Həq zahirdə həm, batində həm xunriz olur.
Andan sonra Vəhbi-Kəlbi ki, mahi-ruxsarı şəm’i-şəbistani-hüsnü cəmal və sərvi-qaməti nihali-bustani-hüsni-e’tidal idi, hənuz qaliyeyi-ənbərin gülbüni-rüxsarinə sayə salmamışdı və nəsriniüzarinə bənəfşeyi-xətti müqarin olmamışdı, İttifaqən həm ol zəmanda tövfiqi-təzvici vaqe’ olub, ol mahtəl’ət zöhrəcəbinlə iqtisal etmişdi və qayətdə ana nigarandı. Qimri nam validəsi olub ana ilhah etdi ki: "Ey fərzəndi-səadətmənd! Şe’r:
Vəqtdir kim, qıla məqsudini hər kim hasil,
Vəqtdir kim, ola mətlubinə hər kim vasil.
Bu gün xazini-gəncineyi-kərəm dəşti-Kərbəlada xani-feyzi-şəhadət açüb səlayi-amm etmiş, sə’y edüb andan nəsib almaq gərək və ruzigarla intizarın çəkdigimiz səadət və hüsulinə və’də yetmiş, tə’əllül etməyüb bəhrəmənd olmaq gərək. Səlah oldur ki, Şahi-Kərbəlaya bu gün nəqdi-can nisar edüb bənim rizamı, bəlkə Həq rizasın anın rizasında hasil qılasan və bir zəman zəhmət çəküb mərtəbeyi-səadəti-baqiyə vasil olasan". Vəhbi-Kəlbi ayıtdı: "Ey madəri-mehriban, nəsihətini qəbul etdim, əmma xatirim canibi-ərusa mayildir. Möhlət ver ki, anınla vida, edəyim, zira bəndən bəhrə görməyüb qəribü bikəs qalur". Ol salehə ayıtdı: "Ey fərzənd, cəmaətinisa naqis əqillə mə’ruf tayifədir. Olmaya ki, əzimətinə mane olub şövqi-ğalib səni bu səadətdən məhrum edə". Vəhb ayıtdı: "Ey validə, məhəbbəti-Hüseyn bin Əli ol qayətdə [möhkəmdir] könlümdə ki, şiveyi-ərusi-rə’na, bəlkə füsuni-zali-məkkareyi-dünyayla xələlpəzir ola". Əlqissə, Vəhb ərusla mülaqat edüb, vida’ qılub, meydana girüb bu rəcazi ağaz etdi. Şe’r:
Əmiri Hüseyinün və ni’məl-əmir,
Ləhu ləm’ətun kə’s-siracu-l-munir.[13]
Və qələbeyi-ə’dadan təvəhhüm etməyüb, bünyadi-qital edüb ol məl’unlardan cəm’i-kəsir həlak edüb, validə hüzurinə gəlüb ayıtdı: "Ey nihali-miveyi-həyatım, bəndən razı oldunmu?" Ol əfifə ayıtdı: "Ey cigərguşə, razı oldum, əmma itmamine’ mət dərəceyi-şəhadətdir". Vəhb qəbul edüb, yenə meydana müraciət qılub, Möhkəm bin Tüfeyl ki, əşhəri-əbtal idi, qətl edüb, aqibət hücumi-ləşkərlə şəhid olub, bisəadətlər anın səadətli başın kəsüb İmam ləşkərindən yana buraxdılar. Ol salehə oğlu başın ərus hüzurinə götürüb, yüzün yüzünə sürüb fəğana başladılar və aqibət səbr edüb qəzaya riza verdilər. Şe’r:
Dəhri-dun hər ləhzə bir növrəs gülü bərbad edər,
Bülbüli-biçarə həsrətlər çəküb fəryad edər.
Andan sonra Ömər bin Xalid meydana girüb, çox münafiqləri dərəkaticəhənnəmə göndərüb cənnəti-ə’laya mütəvəccih oldu. Rəhmətullahi əleyh. Andan sonra Xalid İbn Ömər meydana girib "Mən əşbəhə əbahu fi-mazələmə"[14] müqtəzasincə validi-büzürgvarının intiqamın alıb ana mülhəq oldu. Rəhmətullahi əleyh.
Andan sonra Sə’d Hənzələ meydana girib, səvaqibi-sihamla mürtəkibirücumi- şəyatin olub və naireyi-hüsamla xərməni-ömriədaya atəşi-fəna salub mütəvəccihi-darülbəqa oldu. Rəhmətullahi əleyh. Andan sonra Ömər bin Abdullahi-Rəmhi meydana girüb, nəhəngvar cövlanla dəryayi-karzarı mütəməvvic qılub, qərqeyi-girdabi-vüsal oldu. Rəhmətullahi əleyh.
Andan sonra Vəqqas bin Malik əbri-saiqəbari-növbəhari-rəzm olub, əmtarisihami- tizrəftarla münafiqlər cəm’iyyətin seylabifənaya verüb bir namərdin zərbətiylə şəhadət buldu. Rəhmətullahi əleyh.
Andan sonra Şərih bin Übeyd afitabi-ərseyi-meydan olub şə’şəeyitiğiatəşbarla Həq zalimlərinin zülməti-küdurətin səfheyi-aləmdən rəf’ edüb aqibət üfüqi-şəhadətdə ixtifa buldu. Rəhmətullahi əleyh.
Andan sonra Müslimi-Azərbaycani saqiyi-bəzmi-rəzm olub, nə’reyi-məstanə ilə günbədi-gərduna sədalar bıraxub, çox bixəbərləri cami-fənadan sərməst etdi. Gah şəmşiri-atəşbarla rəzm edüb, gah tiri- tizrəftarla müharibə qılurkən kəsrəti-cərahətdən zəif olub mərkəbindən düşdü. Həzrəti-İmam və Həbib Müzahir üzərinə gəlüb, anı mə’rəkədən çıxarub səfisipaha yetürdikdə hənuz həyatından bir rəməq vardı. Həzrəti-İmam ayıtdı: "Ey Müslim, əhli-behiştə səlamım yetür ki, bən dəxi mütəaqib gəlməkdəyəm". Müslim göz açub, təbəssüm qılub bu məzmunla guya oldu. Şe’r:
Ey xoş ol saət ki, can sərfi-rəhi-canan ola,
Göstərüb aşiq vəfa mə’şuqinə, qurban ola.
Həbib Müzahir ayıtdı: "Ey Müslim, əgər bilsəydim, səndən sonra qalduğımı, iltimasi-vəsiyyət edərdim". Müslim ayıtdı: "Ey Həbib, vəsiyyət budur ki, Həzrəti-İmama canın fəda qılasan və anın xidmətin [səadəti]-dünyavü axirət biləsən". Bu təkəllümdə ikən ahəngi-rövzeyi-rizvan etdi. Rəhmətullahi əleyh. Andan sonra anın nəqdi-pakı və xələfi-salehi meydana girüb, babayi-büzürgvarının intiqamın alub bir şəqi zərbətiylə bəzmgahibəqaya intiqal etdi. Şe’r:
Xoş ol arif ki, bildi mülki-dünyanın sərəncamın,
Həyatından təməttö’ bulmayub içdi əcəl camın.
Andan sonra Hilal bin Rəfi’ ’istid’ayi-meydan edüb rüxsət istədi. İttifaqən növkədxuda idi. Həzrəti-İmam ayıtdı: "Ey Hilal, rəva görmə ki, müqəyyədi-əlaqeyi- ittisalın şərabi-vüsalindən təməttö’ görmədən təcərrö’i-zəhri-fəraqınla həlak ola". Hilal ayıtdı: "Ey nəqdi-Rəsulullah, hala heç şərbət bana şərbəti-şəhadətdən ənfə’ və ana cüllabitəcəmmüldən ənsəb mülahizə olunmaz". Əlqissə, nəhayəti-ilhahla icazət alub meydana girdi. Və ol bir kəmandar idi ki, həngami-rəzm sihami-navəki-dilduzinə şüayi-xurşid kibi ətbaqi-asiman hicab olmazdı və peykani-əcəlkirdarinə tə’siri-kəvakib kibi sipəri-tədbirlə əndişə çarə qılmazdı. İbtidayi-hərbdə Qeysi-Şami müqabil gəlüb, hədəfi-navəki-dilduzu olub və çoxlar anın kibi peykani-abdarindən cərahət bulub müqabilinə mübariz gəlməz oldu. Şe’r:
Rəngin kəman əlinə alan dəmdə gülrüxüm,
Zəxmi-xədəngi ilə zəmin laləzar olur.
Çak olsa sinələr nolə dövründə laləvar,
Qövsi-qüzeh əlameyi-fəsli bəhar olur.
Rəvayətdir ki, ol sərəfrazın tirkeşində yetmiş navək olub, hər biriylə bir namərdi məqtul edüb, aqibət zuri-bazuyi-hücumi-ə’dayla navəkvar ruhipürfütuhu kəmanxaneyi-bədəndən pərvaz etdi. Rəhmətullahi əleyh. Şe’r:
Hər dəm bəla yelin mütəhərrik qılur fələk,
Hər ləhzə bir nihalı ayaqdan salur fələk.
Andan sonra Əbdürrəhman bin Əbdullah Yəzəni meydana girüb, ləşkəribədxaha cəzalar verüb, yigirmi səkkiz mübariz qətl edüb, xuni-ə’dadan cuybarlar yürütdu. Ol cuybarlar üzrə başlardan hübablar rəvan etdi. Şe’r:
Bir karzar qıldı ki, dövrani-ruzigar
Aləmdə görməmişdi anın kibi karzar.
Ləşkəri-müxalif yegan-yegan ol yeganeyi-ruzigarın müharibəsinə qadir olmayub, xilafi-qaideyi-mə’hud, üzərinə hücum edüb, əksəri məqtul olduqdan sonra ol məzlumu şəhid etdilər. Rəhmətullahi əleyh. Şe’r:
Rəhmət ana ki, rahi-məhəbbətdə verdi can,
Əndişeyi-təəllülü tə’xir qılmadı.
Düşmən, təğəllübündən edüb vəhmü ehtiraz,
Kəsbi-rizayi-dostda təqsir qılmadı.
Andan sonra Yəhya bin Müslimi-Mazəni meydana girüb xəl’əti-gülguni- xunabi ilə bəzmi-süruri-bəqaya təvəccöh qıldı.
Andan sonra Əbdürrəhman bin Ürvə meydana girüb, cəm’iyyətiə’daya təfriqələr buraxub rəhməti-Rəhmana vasil oldi.
Andan sonra Malik bin Ənəs meydana girüb, çox müxaliflər maliki-duzəxə təslim edüb, maliki-mülki-behişt oldu. Rəhmətullahi əleyh.
Andan sonra Ömər bin Muta’ fərmani-cəhani-müta’ müqtəzasincə meydana girüb, əhli-üsyana icrayi-hökmi-şər’ edüb müqərrəbidərgahi- qürb oldu. Şe’r:
Gün açıldıqca olub gərmiyyəti-qovğa füzun,
Çıxdı dəşti-Kərbəladan daməni-gərduna xun.
Mücmələn, hər canibdən xazini-cənnət ziyafətxaneyi-behiştə cəvahiri-əsdafiəltafla zinət verüb və xani-ümumi-məkarimdə ənvaini’əm mühəyya qılub, səlayi-ziyafət yetirməgin ərvahi-şühəda bir libasi-xunabeyi-şəhadət və ləaliyi-əşki-heyrət birlə müzəyyən olub, xarü xaşaki-ə’dayı yollarından pak edüb ol məcmə’ə mütəvəccih olmaqda idi və bir canibdən maliki-niran atəşi-cəhimə xaşakiəbdanifüccarla hiddəti-işti’al verüb və qələyani-qirü qətranı cüşə salub və əfa’ivü əqaribin əzab üçün hazır edüb, nüfusi-əşrara tə’yinimənazil etməgin əcəzeyiŞamü Kufə güruh-güruh buxari-səvad və gərdi-meydani-bəladan səvadülvəch hasil edüb hər biri kəndü miqdarincə mənzilinə vüsul bulmaqda idi. Şe’r:
Bu müqərrərdir ki, dərgahi-müqərrəb məhrəmi
Sayiri-nüzhətsərayi-rövzeyi-rizvan olur.
Bu mühəqqəqdir ki, sultani-təmərrüd tabe’i.
Sakini-zindani-möhnətxaneyi-niran olur.
Rəvayətdir ki, dəryayi-təhəyyüri-Kərbəla təlatümdə ikən nagah canibiyəmini- mə’rəkədən bir şəhsəvari-mühib sayeyi-səlabət meydana bıraxdı ki, cilveyi-səməndi-bərqrəftarı ləmheyi-bəsərdən əsrə’ və hiddəti-sinani-saiqəkirdarı dəşneyi-əcəldən əqtə’ idi, ləşkəri-Kufəyə müqabil durub nə’rə urdu ki: "Bənəm Haşim bin ÜtbeyiVəqqas. Ey güruhi-zəlalətpişə və ey firqeyi-fücurəndişə! Binayi-imanınızda nə xələl vaqe’ olubdur və əsasi-İslamınız nə qüsur bulubdur ki, irtikabi-əmri-nasəvab etmişsiz və təriqi-müxalifəti-Xudavü Rəsul dutmuşsuz?!". Ömər bin Sə’d əmmzadəsin iste’dadi hərblə meydanda gördükdə qayətdə müztərib oldu, zira kəmali-şücaətindən xəbərdardı. Əkabiri-sipaha yüz dutub anın məsafinə mübariz tələb etdikdə Səm’an bin Muqatil ki, hakimi-Hələb idi, həm ol gün bin mübarizlə Kərbəlaya gəlmişdi, icazətlə meydana girüb Haşimə müqabil durdu və ağazinəsihət etdi ki: "Ey əmirzadeyi-ərəb, əmmzadən sipəhsalari-Kufəvü Şamdır, sənə münasibmidür ki, küfrani-ne’mət qılasan və məqhurlar və məğlublarla məqhurü məğlub olasan?!" Haşim ayıtdı: "Ey bədbəxt, ne’məti-baqi dövləti-fanidən övladır. Əhli-Həq əgərçi məğlubdur surətdə, [əmma] qalibi-mə’nadır". Şe’r:
Оlsa bina dideyi-idrak irfan əhlinə,
Hasili-hər fe’lü nəf’i – hər əməl mə’lumdur.
Demə Haman həşmət ilə keçdi, Harun fəqr ilə,
Anı gör kim, şİmdi kim məmduhü kim məzmumdur.
Səm’ani-bədbəxt Haşimi qabili-nəsihət görməyib, ana tiği-abdar həvalə qıldıqda Haşim anın tə’nəsin rədd edüb bir zərblə rişteyi-həyatın qət’ etdi. Əmma Nü’man bin Müqatil qarındaşı intiqamın almağa mülazimətində olan bin mübarizlə hücum edüb Haşimi ortaya aldılar. Həzrəti-İmam gördü ki, ol namurada kəsrəti-ə’dadan xətər mütəvəccih oldu, rəhm edüb, Fəzl bin Əliyyi- Murtəzayı doqquz mücahidlə müavinətinə irsal etdi. Ol hala İbn Sə’d vaqif olub iki bin mübarizi-namərd təyin etdi ki, Haşimlə ol mücahidlərin arasına hayil olub mülhəq olmağa fürsət verməyə[lər].
Əlqissə, ol on mücahid ol iki bin mü’anidlə qital edüb atəşi-tiğibərqgüzardan bazari-müqatilə gərm oldu, bir qayətdə ki, hərarətindən Mərrixi-xəncərgüzar simabvar münhəll olub qətreyi-şəbnəm kibi nilufəri-asiman üzrə təzəlzül buldu və dəryayi-hərb bir mərtəbədə təməvvüc qıldı ki, daməni-libasi-mişkini-Zühəl nəmnak olub ərseyiasimana rəng saldı. Şe’r:
Qubari-sipah oldu bir tirə miğ,
Ana bərqü baran olub tirü tiğ.
Sədayi-nəfir etdi gərdunu kər,
Nəmi-xun qılub səfheyi-mahi tər.
Bulub rəxnələr zəxmdən qəsri-tən,
Rəvan etdi canlar vida’i-bədən.
Anın kibi mə’rəkədə Fəzl bin Əli təcdidi-mərasimi-rəzmi-Murtəza qılub, tiği- Zülfiqarkirdarla hər həmlədə bir cümlə həlak edüb mərdanə karzar edərkən ol iki bin namərd tirbaran edüb, mərkəbin səqət qılub, piyadə olduqda dəxi çox hərblər etdikdən sonra ol afitabiövci-səadət hicabi-əbri-bəlaya girüb, sərdəftəri-şühədayi- Əhli-Beyt oldu. Şe’r:
Ey xoş ol kim, rəzm meydanında hatifdən ana,
Yetdi həngami-təzəlzül müjdeyi-fəthi-qərib.
Xani-ehsan üzrə oldu müstəhəqqi-feyzi-amm,
Həm qəzadan bəhrə buldu, həm şəhadətdən nəsib.
Ləşkəri-Yezid ol on nəfər məzlumu şəhid etdikdən sonra Nü’mani-Müqatil müavinətinə mütəvəccih olub, Haşimi-biçarəyə hücum etdilər. Haşimi-cəvanmərd ol üç bin namərdlə müharibə etməkdə ikən nagah Nümani-Müqatilə müqabil vaqe’ olub, bir zərblə ol məl’unu həlak edüb ələmin dəxi nigunsar etdi. Aqibətüləmr, əsnayi-hərbdə kəsrəti-cərahətdən və şiddəti-hərarətdən muztərib olub ana zə’f qalib olduqda bir bədbəxt zərbətiylə şərbəti-şəhadət nuş etdi. Rəhmətullahi əleyh. Şe’r:
Sərrafi-çərx rişteyi-feyzi-şəhadətə
Hər ləhzə danə-danə çəkər dürri-şahvar.
Ol dürləri əlaqeyi-tərfi-izar edib,
Artar cəmali-şahidi-bidadi-ruzigar.
Andan sonra Həbib bin Müzahir mütəvəccihi-meydan oldu. Və[ol] bir piri-kühənsali- sahibkəmali-pakizəxisali-həmidəfial idi ki, asari-təqva nasiyeyi-əhvalində peyda və əlamati-helmü həya surəti-ə’malində hüveyda idi və əksəri-övqati- ömrü Mustəfa və Murtəza mülazimətində sərf qılmışdı və hər gecə bir növbə kəlami-İlahi xətm etmək mö’tadı olmuşdu. Həzrəti-Hüseyn ayıtdı: "Ey piri-pərhizkar, sən Həzrəti-Rəsuldan yadigarsan və səndə şiddəti-zə’fdən qüvvətimuharibə yoxdur. Mürtəkibi-məşəqqəti-hərb olma". Həbib ayıtdı: "Ey nuri-dideyi-Zəhra, tövfiqi-tuli-ömr bana bu səadət üçün müyəssər olmuşdur. Hala ki, fürsət düşdü, iktisabi-mətlubda tə’xir etmək rəva degil". Şe’r:
Çün əhli-cəhan küştələrin yad edələr,
Təhsin edələr, ruhların şad edələr.
Can nəqdini sərf qıldığımdan qərəzim,
Oldur ki, bəni daxili-te’dad edələr.
Əlqissə, icazət alub, meydana girüb bu məzmunla bir rəcəz inşa qıldı. Şe’r:
Bənəm Həbibi-Müzahir, mühibbi-Ali-Rəsul,
Kəminə mö’təqidi-xanədani-zövci-Bətul.
Hüseynə nəqdi-rəvan istərəm nisar qılam,
Zəhi səadət, əgər olsa xidmətim məqbul!
Ol piri-zəif zövqi-şəhadət bəşarətiylə qüvvəti-təmam bulub, murçeyi-nəhif ikən əjdəhayi-dəman və pəşşeyi-zəif ikən şiri-jəyan olub, ərseyi-heycada girdbad kibi hər cövlanda güruh-güruh xarü xaşakı yer yüzündən götürürdü və seylabmanənd hər təvəccöhdə süfufi-ə’daya rəxnələr buraxub xələllər yetürürdi. Əlqissə, çehreyi-nürani və məhasini-kafurfamla tiği-atəşbar çəküb sübhi-sadiq kibi Şam əhlinə fəna bıraxmaqda ikən Bəni-Təmimdən bir bədbəxt zərbətiylə ayaqdan düşdü. Nə’rə urdu ki: "Ya İmam, mədəd". Həzrəti-İmam anın nə’rəsindən mütəəssir olub, bizzat bəhri-bəlaya qutə urub üzərinə sayeyi-mərhəmət buraxdıqda rayiheyi-iltifatindən həyati-mücəddəd kəsb edüb zəbani-halla bu beyti inşa qıldı. Şe’r:
Şükrü lillah gərçi nəsrin oldu reyhanım bənim,
Dərmədən məqsəd gülün, bu bustandan çıxmadım.
Hasil etdim, dövləti-cavid tuli-ömrdən,
Vermədən cananıma canı, cəhandan çıxmadım.
Həzrəti-İmam ol məzluma bəşarəti-cinan verüb ol məzlum rövzeyi-cinan bəşarətiylə can verdi. Şe’r:
Nəsrinə rəngi-lalə verüb xuni-nabdən,
Arturdı baği-cənnətə pirayeyi-sürur.
Kafurfam tarə çəküb danə-danə lə’l,
Qıldı dəmi-müaniqə zibi-üzari-hur.
Rəvayətdir ki, ol sərvərin səri-mübarəkin bir sərkəş qət’ edüb, yanında saxlayub, vaqieyi-Kərbəladan sonra Məkkəyə müraciət qılub, mərkəbinin boynuna asub, şəhrə girüb mübahat edərkən Həbibi-Müzahirin oğlu uğrayub, "Bu, kimin başıdır?" – deyə sual etdikdə ol bixəbər təfaxür qılub ayıtdı: "Bu, Həbib bin Müzahir başıdır". Ol xələfi-qabil [ol] müxalifi bir zərblə qətl edüb Həbibi-Müzahirin sərimübarəkin bir büq’ədə dəfn etdi və hala Rə’sül-Həbib deməklə mə’ruf bir məzari-müqərrərdür. Şe’r:
Təni-paki-şühəda sitri yetər pərdeyi-xun,
Nola gər olsa dəmi-dəfn kəfəndən ayru.
Şəfəqamiz günəşdir səri-xunini-şəhid,
Nola yerdən-yerə gər getsə bədəndən ayru.
Andan sonra Həmzeyi-Hərir ki, mö’təqi-Əbazəri-Qəffari idi, piyada meydana girüb şəbi-mişkfam kibi ə’danın ruzigarın siyah etdi və dudi-ahi-üşşaq kibi andan müxaliflərə çox əsərlər yetdi. Aqibət hücumi-ə’dayla ol mərdümi-didə dideyi-mərdümdən nihan oldu. Rəhmətullahi əleyh.
Andan sonra Yezid bin Mühaciri-Cə’fi meydana girüb şəhid oldu. Rəhmətullahi əleyh.
Andan sonra Ənəs bin Mə’qil mütəvvəccehi-hərb olub səadətişəhadətə qərin oldu. Rəhmətullahi əleyh.
Andan sonra Şarib Mö’təq Əbbas bin Şis zirehü sipərdən istiğna qılub, bədəni-üryanla meydana girdi. Dedilər: "Bu nə bipərvalıqdır?". Cəvab verdi ki: Şe’r:
Sipər [dutmam] bəla peykanlarına, keçmişəm candan,
Çü bən dəryaya qərq oldum, nə bakim var barandan.
Aqibət tirbarani-ə’dayla şəhid oldu. Rəhmətullahi əleyh. Andan sonra Cə’fi, müəzzini-ləşkəri-İmam, rüxsət alub meydana girdi və zəmzəmeyi-təkbirü təhlil asimana yetürdi. Və dəf’ə-dəf’ə güruh-güruh müxalifləri həlak edüb, aqibət şəhid oldu. Rəhmətullahi əleyh.
Andan sonra Seyf bin Haris və Malik bin Ütbə ittifaqla icazət alub meydana girdilər və ol nifaq əhlinə bəlalar yetürdilər. Aqibət hücumi-ədayla zülmətsəradan nüzhətgahi-bəqaya yüz urdular.
Andan sonra Farisi-Qulam dövləti-pabusa müşərrəf olub ərziniyaz etdi. Şe’r:
Ey hərimi-dərgəhi-qədrində xadim sübhü şam,
Şam bir Hindi kənizin, sübh bir Rumi qulam.
"Ya İmami-zəman, feyzi-şəhadət xani-ümumi-ehsan açub, hər kim miqdarınca bəhrəmənd olmaqdadır. Xazini-gəncineyi-qəza fəthiəbvab edüb hər kim nəsib almaqdadır. Bəndəyə dəxi bu səadət mətlubdur". Həzrəti-İmam ayıtdı: "Ey Faris, sən İmam Zeynəlabidinə mənsubsan, andan icazət istə". Və Həzrəti İmam Zeynəlabidin ol əyyamda bimardı. Faris, xidmətinə müşərrəf olub icazət istədikdə ayıtdı: "Ey Faris, bən səni azad etdim, hala şürui müharibə sənin iradətinə müttəlliqdir. Faris daxili-silsileyi-əhrar olub, mərdanə bir rəcəz inşa qıldı ki. Şe’r:
Bənəm Faris ol türki-xəncərgüzar
Ki, Bəhrama tiğİmdir ayinədar.
Bana xidməti- xanədani-Rəsul,
Yetər payeyi-rif’əti-iqtidar.
Səadət rəfiqim olub, qılmışam.
Hüseyni-Əli xidmətin ixtiyar.
Gah tiği-atəşbarla və gah nizeyi-əjdəhakirdarla və gah navəki-xunxarla ləşkəri-bədxaha fəna buraxub, aqibət növbəti-təcərrö’icami-şəhadət ana dəxi yetüb, ruhi-pürfütuhi hatifdən sədayi-"Fədxuli fi ibadi vədxuli cənnəti"[15] istima’ edüb mütəvəccihi-rövzeyi-rizvan oldu. Rəhmətullahi əleyh.
Andan sonra Hənzələ bin Səid [meydana girüb ənvai-məvaizlə və nəsayehlə ol gümrahları təhdid edüb, müfid görməyüb mübaşiri-qital oldi. Və əksəri-əhlizəlalətdən ərseyi-meydanı xali edüb şəhadət buldu. Rəhmətullahi əleyh.
Andan sonra Yəzid bin Ziyadi-Şə’bi] meydana girüb navəkidilduzlə mürğiruhi- ə’dayə bədənlərin kəsrəti-cərahətdən qəfəs qılub, aqibət tayiri-ruhi səfiri- "İrci’i ila rəbbiki raziyətən mərziyyətən"[16] istima’ edüb, məziqi-bədəndən pərvaz etdi. Rəhmətullahi əleyh.
Andan sonra Sə’d İbn Əbdullah ki, Məhəmməd Hənifə əqrəbasından idi, meydana girüb və müqabilinə gələn müxalifləri seylabi-fənaya verüb, aqibət "Kullu şey’in halikun illa vəchəhu"[17] müqtəzasincə ruznameeyi-həyatın əcəlirəqəmi "Kullu min əleyha fan"[18] ilə müzəyyən qılub nüsxeyi-həyatına xətti-inqizayi- müddət çəkdi. Rəhmətullahi əleyh.
Andan sonra Cibavə bin Haris mütəsəddiyi-əmri-meydan olub, izhari-kəmalicəladət və isbati-müntəhayi-şücaət qılub, girdbadibadpayindən mir’aticəmiyyəti- ə’dayə jəngi-təfriqə buraxub, aqibət jəngi-həyati-müstəarı mir’ati-zatindən seyqəli-tiği-bədxahla mürtəfe’ oldu. Rəhmətullahi əleyh.
Andan sonra Ömər bin Cibaveyi-Haris ərseyi-meydanı cilvəgahi-səmənd qılub, aqibət nüzhətsərayi-sərvəri-bəqa oldu. Rəhmətullahi əleyh.
Andan sonra on beş mücahidi-namdar və şücai-xəncərgüzar ittifaqla meydana girüb, ləşkəri-ə’daya müqabil durub, ərseyi-ruzigarı sədamati-girüdar və qülqüleyi-karzarla məmlüv qılub, düşmənləri bihəddü bişümar dərəkati-sə’irə irsal qıldıqdan sonra dərəcaticənnətə- intiqal etdilər. Rəhmətullahi əleykum.
Anlardan sonra Məhəmməd bin Miqdad və Əbədullah bin Dücanə meydana girüb mütəəhhidi-rəzm olub, atəşi-qitalla xərməni-xaşakicəm’iyyəti-bədxaha fəna salub, aqibət kəsrəti-ə’da hücum etməginHəzrəti-İmam ləşkərindən Sə’di Qulam ki, mövlayi-Əli bin ƏbuTalib idi və Qeys bin Rəbi’, Şis bin Süveyd, Ömər bin Qurt, Müslim və Həmmad anların himayətinə mütəvəccih olub, ol yeddi əxtərisəyyareyi-asimani-şücaət müxaliflərin güruh-güruh rişteyi-həyatların qət’ etdikdən sonra və’deyi-şəhadət yetdikdə bir-birinə mütəaqib behiştihəştbaba mütəvəccih oldular. Rəhmətullahi əleykum. Şe’r:
Kimdir ol ki, ərseyi-dünyaya gəldi, getmədi,
Kİmdir ol kim, qəsri-ömrün çərx viran etmədi?
Əlqissə, aftab ərseyi-rüb’i-asimanı qət’ edənədək Həzrəti-İmamın mütəəlliqat və mənsubatından əlli üç fərzanə şərbəti-şəhadət içüb, Həzrəti-İmamla Zeynəlabidindən qeyri on doquz nəfər ərseyi-intizari-şəhadətdə qalmışdı. Əmma dərəceyi-aftab irtifa’ bulduqca hərarəti-ruz iştidad bulub bir qayətə yetmişdi ki, hərəkati-sərsəri-səmum məsabeyi-şəmşiri-abdar və məddi-şüai-aftab müşabihi-sihami- bərqasardı. Şe’r:
Küreyi-nar idi xətireyi-xak,
Əxkəri-mənqəl əxtəri-əflak.
Mövc urub ləhzə-ləhzə bəhri-sərab,
Təşnəyə artırırdı həsrəti-ab.
Fitnə atəşgəhi olub meydan,
Şö’lə şəmşir idi, şərər peykan.
Ətəş urmuşdi aləmə xurşid,
Aləm olmuşdu sayədən novmid.
Həzrəti-İmam çün ləşkəri-ə’danın kəmali-qilzət və ədəmi-mürüvvətlərin mülahizə qıldı və əksəri-əshabın məqtul görüb və kəndünün və tətimmeyi-əhbabının dəxi sərəncamləri nə olduğun mühəqqət bildi və Əhli-Beytinin hiddəti-həvadan və fövti-əhibbadan və təsəllüti-ə’dadan təvəhhüm və təhəssürü təəllüm çəkdiklərinə müttəle’ oldu, ahi-dərdalüd çəküb, dideyi-nəmdidədən əşkihəsrət töküb zəbani-halla bu tərənnümə guya oldu ki. Şe’r:
Nədir, ey çərx, əşrarı əziz, əşrafı xar etmək,
Xilaf əhlin sərəfraz, əhli-sidqi xaksar etmək?!
Nədir qılmaq müqəddəm sadiqindən kazibin sübhün,
Nücumun nəhsini sə’dindən ə’la e’tibar etmək?!
Səriri-pürsəfayi-sübhə urmaq şö’leyi-atəş,
Sərayi-təngnayi-şamı pürnəqşü nigar etmək?!
Şərarət cilvəgahın rif’əti-qədr ilə gərdunsay,
Vilayət xanədanın zülm əliylə tarümar etmək.
Yezidi kamran, müstəğrəqi-dəryayi-cəm’iyyət,
Hüseyni təşnələb bəd’əhdlər zülmüylə zar etmək?!
Əgərçi istilayi-şədayid zəmiri-münirlərinə bir miqdar tə’sir etdi və istilayi-nəvayibdən xatiri-atirlərinə fil-cümlə bir küdurət yetdi, əmma yenə nəsimi-tövfiqi- təhəmmül canibi-riyazi-rizayi-İlahidən hədiqeyi-hüsni-əxlaqinə güzar edüb, səbzeyi-amalın qətərati-barani-bəşarət irtifa’i-qədrlə sirab edüb və aftabi-tə’yidi- təvəkkül fələkifeyzi-namütənahidən aləmi-izzü ixtisasinə tülu edüb, fəzayi-surəti-əhvalın şə’şə’əyi-nuri-nəvidi-e’tilayi-şanla münəvvər qılub bu sürudla mülhəm oldu ki. Şe’r:
Ey nihali-nazpərvərdi-riyazi-Haşimi,
Nazənin təb’i bəla gördükdə məhmum eyləmə.
Bu bəla zimnindədir feyzi-kəmali-qürbi-Həq,
Bu bəlaya tə’n edüb ol qədri məzmum eyləmə.
Ətrafü cəvanibdə olan ixvanü ənsab təsliyə təriqiylə ayıtdılar: "Ey hümayi-övci- səadət və şahbazi-aşiyaneyi-dövlət, nə səadət bundan əfzun ola ki, və’deyi-mülaqati- ərvahi-müqəddəseyi-ənbiya qərib olub, talib mətluba vasil olmağa fürsət bula. Şe’r:
Həmnişinlər qıldılar əzmi-diyari-qürbi-Həq,
Ol vəfa əhlinə ehmal etməyüb yetmək gərək.
Etmək olmaz tiği-rəşki-sibqəti-əhbaba səbr,
Tiği-ə’da ilə rəf’i-tiği-rəşk etmək gərək.
Həzrəti-İmam anları təriqi-vəfada sabitqədəm görüb, dua qılub təsəlli olduqda Əhli-Beyt zümrəsindən Əbdullah bin Müslimi-Əqil icazəti-meydan istid’a qılub ayıtdı: "Ey nuri-çeşmi-risalət, icazətişərifinlə mütəvəccihi-rövzeyi-rizvan olub səlamını Müslimə ilətmək tədarükindəyəm. Himmət diriğ etmə".
İlhahi-təmamla rüxsət hasil edüb, meydana girüb cövlanlar etdi ki, nə’libadpayindən qübarisəlabət fələki-sabitə yetdi.
Ol canibdən Ömər Sə’d rüəsayi-ləşkərə tənbih təriqiylə ayıtdı: "Ey mübarizlər, ehtiyati-təmam edin ki, bu cəmaət xəvasi-BəniHaşimdir. Həqqa ki, əgər mərkəblərində cu’vü ətəşdən əsəri-zə’f və bədənlərində təbi-hərarət və cəzə’i ətfaldan iztirab olmasaydı, hər birindən bizim kibi yüz ləşkər aciz olurdu. Əmma sizə müavin olan şəmşiri-şö’leyi-aftab və müzahirət qılan navəki-dilduzihərəkatisəmumi- cigərtabdır". Pəs, ə’yani-ləşkərdən Qüdamə bin Qiranə mütəvəccih olub ayıtdı: "Ey Qüdamə, sən əşcə’i-əhli-ruzigarsan, bu pəhləvani- Bəni-Haşimə müqabil durub şərrini dəf’ et".
Qüdameyi-bidövlət Əbdullahi-sahibsəadətə müqabil durub, Əbdullah həmlə etdikdə fərar edüb, hiylə ilə bir neçə növbət tərəddüd etdikdə, Əbdullah təşnəlikdən süst oldüqda, bir guşədə qərar dutub nizəsin əlindən bıraxdıqda ol həramzadə fürsət bulub ana bir nizə həvalə qıldı. Əbdullah anın nizəsin əlindən alub, bir zərblə qətl edüb, mərkəbinə binüb, kəndü mərkəbin qoluna salub mütəvvəccehi-hərb oldu. Ləşkəri-müxalif ol hərəkətdən mütəvəhhüm olub, müqabiləsində tə’xir etməgin tənha qalub, ləşkərə urub, İbn Sə’din təhtilivasında Saleh bin Misriyi qətl edüb yenə meydana müraciət qıldı. Bir şəqi mərkəbin səqət qılub, piyadə qalub və kəsrətihərarətdən nəhayəti-zə’f bulub, Müfəzzəl bin Mərahim zərbiylə ol xülaseyi-xanədan şəhid oldu. Şe’r:
Diriğü dərd ki, xurşidi-asimani-kəmal
Cəfayi-çərxdən övci-şərəfdə gördü vəbal,
Cəhan nəzareyi-hüsniylə xürrəm olmuşkən,
Yetürdi cami-əcəl nuş edüb cəhana məlal.
Andan sonra Cə’fər bin Əqil meydana girüb bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r:
Bənəm ki-nəqdi-Əqiləm, kəmin qulami-Hüseyn,
Həqir baxma bana, ey müxalifi-kəmbin.
Süruri-aləmi-fani degil murad bana,
Bənü məhəbbəti-övladi-Seyyidüs-Səqəleyn.
müddəasincə müxaliflər qətl etdikdən sonra anın dəxi səfineyi-həyatın təlatümi-dəryayi-fitnə girdabi-fənaya buraxdı. Rəhmətullahi əleyh.
Andan sonra Əbdürrəhman bin Əqil mərkəbi-ictihad ərseyi-cihada səgirdüb, meydana girüb, kəmali-şücaət göstərüb aqibət Əbdullah bin Ürvə zərbiylə səadəti-şəhadət buldu. Rəhmətullahi əleyh. Şe’r:
Fələk zülmlər aşikar eylədi,
Zəmanə müxalif mədar eylədi.
Cəfa əhlini xürrəmü şadman,
Vəfa əhlini xarü zar eylədi.
Övladi-Əqil məhrəmi-sərapərdeyi-şəhadət olduqdan sonra növbəti-şəhadət övladi-Cə’fəri-Təyyara düşüb, Məhəmməd bin Əbdullah Həzrəti-İmamın pabusi-şərifinə müşərrəf olub ayıtdı: "Ey simurği-Qafi-qürbi-İlahi və ey şahbazi-aşiyaneyi- feyzi-namütənahi, icazət iltifat et ki, meydana girüb bu kafir-nihadi-bədsirət və mülhide’tiqadi-ziştsurətlərdən mö’minlərin intiqamın alub səvab hasil edəm". Əlqissə, icazət alub, meydana girüb bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r:
Lilləhil-həmd, zəmani-qəmü möhnət getdi,
İçməgə cami-şəhadət bana növbət yetdi.
Din təriqində şəhid olmaq idi kami-dilim,
Verdi kami-dilimi, dəhr bana rəhm etdi.
Minqari-peykani-abdarla danə-danə əhli-qüruri-əşkbarı səhifeyi-ruyi-ruzigardan götürüb və barani-zülali-tirü tiğlə sükkani-səvahili-qəflət rəxti-fərağətlərin seylabi-fənaya verüb aqibət şəhid oldu. Rəhmətullahi əleyh.
Andan sonra Məhəmməd bin Əvf bin Əbdullah qarındaşın məqtul görüb, irqi-üxüvvət mütəhərrik olub, ixtiyarsız meydana girüb, qarındaşı qatilin qətl edüb, Həzrəti-İmamın xidmətinə müraciət qılub ağazi-mə’zirət qıldı ki: "Ey səməreyi-nihali-fütüvvət və ey vasiteyiicadi-fitrət, fəraqi-bəradər baisi-tərki-ədəb vaqe’ olub, icazətsiz meydana girdim. Hala iltimasi-icazət edərəm ki, bəqiyyeyihəyat sərfi-rəhi-məhəbbət qılam". Həzrəti-İmam ana dua qılub rüxsət verdikdə mütəvəccihi-meydan olub, aqibət mütəvəccihi-darülqərar oldu. Rəhmətullahi əleyh.
Andan sonra Əvn bin Əvf meydana girüb nəqdi-can nisar etdi. Rəhmətullahi əleyh. Şe’r:
Diriğa ki, bir-bir qürub etdilər
Sərasər nücumi-sipehri-vəfa.
Gülüstani-iqbal gülbünləri
Sınub, oldu sərsəbz xari-cəfa.
Övladi-Cə’fəri-Təyyar şəhadətindən sonra növbət Həzrəti İmami- Həsən övladına yetüb Əbdullah bin Həsən ki, əkbəri-övladi-Həsəni-Muctəba idi, əmmi-büzürgvarindən icazət alub, meydana girüb, güruh-güruh müfsidləri seylabi-fənaya verirdi, ta yüz səksən mübarizdən həlak etdi. Meydanına mübariz rəğbət etməz oldu. Aqibət müxaliflər bu səlahı gördülər ki, bunlarınla məsaf etməkdən isə təhəmmül edüb məsaf etməmək övladır, zira biz təhəmmül etdikcə anlara hərarəti-ətəş müstövli olub həlak edər. Bu tədbiri təvəhhümə bəhanə edüb təvəqqüf etdikdə Əbdullahın dəryayi şücaəti cuşa gəlüb, biixtiyar kəndüsin qəlbi-sipaha urub bizzat Ömər Sə’də həmlə qıldı. İbn Sə’d tabi-muqavimət göstərməyüb fərar ixtiyar etdikdə Əbdullah bə’zi mübarizləri qətl edüb yenə meydana müraciət etdi. Bəxtəri bin Öməri-Şami İbn Sə’də ayıtdı: "Ey əmir, də’vayi-riyasəti-sipah edərsən, bir mübarizdən fərar etmək nə münasibdir?". İbn Sə’d ayıtdı: "Ey Bəxtəri, bən sərəskərəm, bənim həlakım cəmi’i-ləşkər həlakıdır. Və dəxi can şirindir, əvəzi olmaz və filvaqe’, əgər səndə ziyadətişücaət varsa, imtahan etmək olur". Bəxtəri, İbn Sə’din sözündən qeyrət edüb, beş yüz mübarizlə Əbdullaha müqabil durdu. Həzrəti-İmam ləşkərindən dəxi Məhəmməd İbn Ənəs və Əs’əd bin Dücanə və Firuzani-mevlayi Hüseyn, Əbdullahın müavinətinə rəvan olub, cümlədən müqəddəm Firuzan Bəxtəriyə müqabil durub müharibəyə iştiğal etdilər. Əsnayikarzarda Əbdullah bin Həsən ol mücahidlərə ittifaqla həmlə qıldıqda ol beş yüz namərd dört pəhləvana hərif ola bilməyüb, məğlub olub təfriqə buldular. Ol mücahidlər kəndülərin qəlbi-sipaha urduqda İbn Sə’d ŞisiRəbi’iyə dəxi beş yüz həmrah edüb anların müavinətinə irsal etdi.
Əlqissə, bin mübariz dört şəhsəvarla hərb edüb, yenə hərif ola bilməyüb, məğlub olub münhəzim olduqda İbn Sə’ddən nəqldir ki, demiş: "Bən Firuzani-qulamdan ol gün bir şücaət mülahizə qıldum ki, sifəti əhateyi-təqrirə girməz. [Həqqa ki,] əgər hövli-ətəş inani-əzimətin tutmasaydı, təmamiyi-sipah ana hərif olmazdı".
Rəvayətdir ki, yüz otuz mübariz rəmhlə və igirmi yeddi mübariz tiğlə həlak etmişdi. Əmma kəsrəti-zəxmdən süst olub, Həzrəti-İmam xidmətinə müraciət etmək istədikdə Osman Müfəzzil ol məzluma bir zərbət urub mərkəbdən buraxdı. Əmma hənuz piyada ol müdbirlə cidal edərdi. Əs’əd ol hala vaqif olub, həmlə qılub anı çıxarmaq tədarükində ikən Bəxtəri-qafil bir zərb urub əlindən nizəsin bıraxdırdı. Əzrəq bin Haşim anı şəhid etdi. Rəhmətullahi əleyh.
Əmma Əbdullah bin Həsən Şisi-Rəbi’i ilə cidal edüb, Şisi-Rəbi’I on yeddi zəxm ol məzluma urub, hər zəxmindən bir çeşmeyi-xunabə rəvandı. Ol zəxmlərdən müztərib olmayub, Şisi-Rəbi’in səfi-sipahın çak edüb, Əs’əd və Firuzan mə’rəkəsinə gəlüb gördü ki, Əs’əd şəhid olub, Firuzan məcruh və piyadə xaki-məzəllətə düşmüş. Bəxtərinin səfi-sipahın mütəfərriq edüb, Firuzanı alub, əshabinə gətirməkdə ikən mərkəbi kəsrəti-zəxmdən bitaqət olub, hərəkətdən qalub, naçar piyadə oldu. Əvni-Əli ol hala vaqif olduqda Əbdullaha bir cənibət yetirüb, Əbdullah ol mərkəbə binüb, Firuzan piyada gəlirkən Həqqə vasil oldu. Rəhmətullahi əleyh.
Əmma Əbdullah bin Həsən, Firuzan müfariqətindən qayətdə mütə’əllim olub, dəsti-təvəkkül həblülmətini-"Həsbi-Allah"a[19] üstüvar qılub və hisni-"Və matəvfiqi- illa bi’llah"da[20] mütəhəssin olub ahəngi-meydan etdi. Əmma təvəhhümi-şəmşiri- abdarı ol qayətə yetdi ki, aftabi-şö’leyi-tiğindən müxaliflərin mürğiruhları xüffaşvar hərasan olub müqabilə gəlməz oldu və pərtövi-məhtabi-təl’ətinə ol məsru’lardan müqabilə mümkün olmaz oldu. İbn Sə’d mübaliğeyi-təmamla Yusif bin Əhcarı anın meydanına irsal edüb, Yusif bin Əhcar ol Şahzadənin əlindən şərbəti-fəna təcərrö’ qıldı. Ana mütə’aqib Tariq bin Əbdullah həm ol şərbətdən nəsib aldı. Ana mütə’aqib Bədrəki-pəlid gəlüb həm ol sağərdən mütəcərre’ oldu. Axirul-əmr şəhzadənin vəhmi-tiği əbvabi-təvəccöhi-ə’dayı məsdud edüb, kəndü ol ləşkəri-bikərana həmlə qılub, on iki mübariz dəxi yıxub, Həzrətiİmam xidmətinə müraciət qılub, nə’rə urdu ki: "Ey əmmi-büzürgvar, "Əl-’ətəş, əl-’ətəş"[21]. Həzrəti-İmam buyurdu ki: "Ey nuri-didə, dəmidir ki, zülali-Kövsərdən ruhirəvanın sirab olur".
Əbdullah bin Həsən ol bəşarətlə yenə meydana girüb, bu növbət İbn Sə’d beş bin bədbəxti anın qitalinə müqərrər qılub, ol şiri-bişeyivilayəti araya alub hər canibdən hücum etdilər. Lacərəm kəsrəticərahətdən ə’zayi-şərifi qərqi-xun olub və binayi-vücudi zəxmlərdən rəxnə bulub, Əbbasi-Əli və Əvni-Əli ol beş bin namərdlə həmlə qılub, Əbdullahı anların arasından alub götürərkən Məhal bin Zahir ol şahi-aləmpənaha bir zərb urub şəhid etdi. Rəhmətullahi əleyh. Əbbasi-Əli saiqəmisal ol pəlidin xərməni-ömrinə atəşi-fəna urub, Həmzə bin Məhal ki, anın nütfeyi-naməqbuli idi, Əbbasa həmlə qılıb, Əvn bin Əli anın şərrin Əbbasdan dəf’ edüb, ittifaqla Əbdullahı götürüb Əhli-Beytin hüzurinə gətürdilər. Mütəhhərati-hücreyi-təharət seylabi-əşklə ə’zayi-şərifin xakü xundan pak edüb ’əzasinə məşğul oldular. Şe’r:
Ah kim, dövran əməl qəsrini viran eylədi,
Əhli-ümmidi əsiri-dami-hirman eylədi.
Badi-bidadi-xəzan gülzari-ismət güllərin
Göstərüb afət, açılmaqdan peşiman eylədi.
Nüsxeyi-İslamdan şirazə açdı ruzigar,
Ərseyi-aləmdə övraqın pərişan eylədi.
Qasim bin Həsən ki, sipehri-səyadətdə bir aftabi-aləmtab idi və bustanilətafətdə bir laleyi-növrəsteyi-sirab, Əbdullah Həsənin ol halətin mülahizə qıldıqda fəzayi-aləm nərgisi-şəhlasinə tar olub dilibiqərarı nəhayəti-qeyrətdən püriztirar olmağın Sultani-Kərbəlanın rikabi-hümayuninə yüz sürüb ayıtdı: "Ey əmmi-büzürgvar və ey xudavəndi-alimiqdar, rüxsət ver ki, bu facirlərdən intiqam almağa meydana girəm və zəbani-sinan və sinani-zəbanla zəlalətin cavabın verəm". Ol şəhriyari-kamgarın əzimətin mülahizə qıldıqda bir tərəfdən xəvatini-hərəmsərayi-nübüvvət daməni-iqtidarinə dəstitəzəllüm urub fəryada gəldilər ki, ey güldəsteyi-növbəhari- fəzilət, səndən rayiheyi-hüsni-Həsən gəlür, fəraqına təhəmmül olunmaz. Və bir tərəfdən Həzrəti-İmam təriqi-təvəccöhin məsdud etdi ki, ey şəmseyi-eyvani-səyadət, bəradəri-ərşədim zikri səninlə ehya olur, sənə bədəl bulunmaz. Şe’r:
Dəvayi-dərdi-fəraqi-Həsən bana sənsən,
Sənin təvəccöhünə xatirim riza verməz.
Görür ədu sitəmin kim ki, bu məsafə girər,
Mürüvvətim sənə mütləq sitəm rəva görməz.
Rəvayətdir ki, şahzadə Qasim heç vəchlə rüxsəti-meydan bulmayub qayətdə mütəəllim olmağın xatiri-şərifinə yetdi ki, Həzrəti-İmam Həsən aləmi-fanidən rihlət etdikdə bir tə’viz yazub, bazuyi-mübarəkinə bağlayub vəsiyyət etmişdi ki, ey Qasim, kəmaliməlalət bulduqda bu tə’vizi açüb oxuyub məzmuniylə əməl edəsən. Kəmali-ənduhi müstəlzimi-mütalieyi-tə’viz olub, ol tə’vizi bir xəlvətdə açub oxuduqda gördü yazılmış: "Ey Qasim, sənə vəsiyyətim budur ki, Həzrəti- Hüseyn dəşti-Kərbəlada bəlaya giriftar olduqda zinhar, zinhar, ana nəqdi-can nisar etməgə təqsir etməyəsən və heç bəhanə ilə təriqi-təəllül dutmayasan". Şe’r:
Budur, ey nütfeyi-pakizə, vəsiyyət sənə kim,
Nəqdi-can sərf qılub kəsbi-səadət qılasan.
Ləzzəti-ömr səni qılmaya qafil Həqdən,
Kəndünü qabili-iqbali-şəhadət biləsən.
Qasim ol tə’vizi Həzrəti-Hüseynə göstərüb icazəti-meydan istədikdə Həzrəti İmam ayıtdı: "Ey nuri-didə və ey seyyidi-bərgüzidə, ol Həzrətin bana dəxi bir vəsiyyəti olmuş idi. Əmma vəfasına dövran müsaid olmadı və əncamına fələk müavinət qılmadı". Pəs, Qasimin əlin dutub, hərəmsərayi-ismətə girüb Əvni-Əli və Əbbasi-Əlini hazır edüb xəvatini-hərəmsəraya əmr etdi ki, Qasim namzədi olan şəhzadəyə ərusanə zinət verüb gətirələr. Həzrəti Hüseyn ol salehənin əlin Qasim əlinə verüb ayıtdı: "Ey rahəti-dil, Həzrəti-İmam- Həsən vəsiyyəti müqtəzasincə bu əmanəti sənə təslim etdim". Ərusi-namurad Qasimə təslim olunduqda Həzrəti-İmam ol hərəmsəradan çıxub mütəvəccihi-meydan oldu. Qasim İbn Həsən ol qönçeyi-ülviçəmən rüxsarinə heyran olub mütəfəkkir ikən ləşkərimüxalifdən sədayi-"həl min mübariz"[22], səm’i-mübarəkinə irişdi. Biixtiyar tərki-xəlvət qılub əziməti-meydan tədarükündə ikən mütəhhərati- xanədani-ismət dəsti-təzərrö’ daməni-pakinə urub təzərrö’ etdilər ki, ey şəm’i-şəbistani- təharət və ey qönçeyi-gülbünisəadət, bu əmanəti kimə təslim edüb gedirsən? Qasimi-məzlum abididə rəvan edüb ayıtdı: "Ey rəyahini-gülzari-ismət və ey nücumi-sipehri-iffət, qələbəyi-ləşkəri-müxalif İmam Hüseynə müqabildir. Nə rəva ki, bən sürura mail olam və istilayi-ə’da ləşkəri-İslama hasildir, nə münasib ki, bən sakini-xəlvətsərayi-işrət olub təğafül qılam. Bənim və’deyitəzvicim Qiyamətə düşdü, mə’zur dutun. Şe’r:
Zəmanə bir gül etdi sərvə peyvənd,
Vəli sərv olmadı gül birlə xürsənd.
Araya saldı firqət ehtİraqın,
Ana göstərdi ol sərvin fəraqın.
Fələk bir riştəyə çəkdi iki dür,
Kəsüb ol riştəyi tiği-təğəyyür,
Bıraxdı bir-birindən dürləri dur,
Qəza bu əmrədir guya ki, mə’mur.
Ərusi-namurad pərdeyi-hicaba bərqi-ahi-həsrətlə atəş urub fəğan etdi ki: "Ey məxdumzadə, Qiyamət günü sənə nə məqamda talib olayım və nə əlamə ilə səni bulayım? Qasim ayıtdı: "Ey gülinaşüküftə və ey gövhəri-nasüftə, bəni ərseyi- Qiyamətdə xidməti-əcdadimdə cameyi-çak və dideyi-nəmnakla bulmaq olur". Pəs, ərusa vida’ edüb, mütəvəccihi-meydan oldu. Əhli-Beytdən ğərivü qülqülə qübbeyi-əflaka çıxub, Həzrəti-İmam gördü ki, Qasim mütəvəccihi-dərəceyi-şəhadətdir. Gül kibi giribanın çak edüb, libasına kəfən tərkibin verüb, kəndü tiğin belinə bağlayub meydana göndərdi. Qasim meydana girüb, cövlan edüb bu məzmunla bir rəcəz ağaz etdi. Şe’r:
Bənəm güli-çəməni-sidq Qasim İbni-Həsən
Ki, nəqdi-can qılıbam nəzri-xaki-payi-Hüseyn,
Müqimi-kuyi-vəfayam, müsafiri-rəhi-Həq,
Mütii-əmri-Həsən, talibi-rizayi-Hüseyn.
Və ləşkəri-ə’daya həmlə qılub, müqabilinə gələn həramzadələri həlak edüb, [dəryayi]-sipaha ğutə urdu və qəlbi-sipahda Ömər Sə’də müqabil durdu. Və səlabəti-sövtlə nə’rə urub nida yetürdi ki: "Ey cəfakari-tirəruzgar, bunca mö’minləri şəhid etdin, vəqt olmadımı ki, istiğfar edüb bu əməldən peşiman olasan?". İbn Sə’d ayıtdı: "Ey büzürgzadə, vəqt olmadımı ki, siz dəxi bu tüğyanı tərk edəsiz və Yezidin bey’ətin qəbul edəsiz?". Qasim ayıtdı: "Ey şəqi, tüğyan budur ki, rudi-Fəratı cəm’ii-məxluqata mübah ikən övladi-Rəsula diriğ edərsən. Aya, atəşi-səhrayi-Qiyamət xatirinə yetməzmi və və’deyivə’idi-kəlami-münzəl dili-səngininə əsər etməzmi?!".
İbn Sə’d ol kəlimatı istima’ etdikdə mülzəm olub, ləşkərinə yüz dutub ayıtdı: "Ey mübarizlər, bu şəhsəvari-yeganə və şücai-fərzanə Qasim bin Həsəndir ki, şiveyi-şücaət ana irslə yetmişdir və ayinirəzm ana abavü əcdaddan intiqal etmişdir. Ruzi-rəzm xəncəri-abdara məhbublar navəki-müjganından ziyadə meyil edər və həngami-hərb nizeyi-əjdəhanümudara sənəmlər qamətindən füzun təvəccöh qılur. Şe’r:
Budur ol nəqdi-Heydəri-Kərrar
Ki, çəküb tiğ edəndə qəsdi-qital,
Rəşkdən xəncərini daşa çalar
Ləm’eyi-bərqi-afitabmisal.
Tayiri-tiri-tizpərvazı
Meyli-seyd eyləsə açub pərü bal,
Ana eylər həvayi-vəsl dutub,
Mürği-ruhi-müxalif istiqbal.
Həqqa ki, əhli-asimanü zəmin bir-bir müharibəsinə qüdrət bulmazlar. Səlah oldur ki, cəmi’i-ləşkər ittifaqla mütəvəccih olub, təmkini-cədəl verməyüb, kəsrəti-tiğü nizə ilə hər tərəfdən ə’zasın məcruh edüb və sədəmati-avazi-kusü nayü nəfir ilə hər canibdən mürği-ruhun sərasimə qılasuz, şayəd ki, bu tədbirlə ana qalib olasuz".
Qasimi-məzlum bu vaqiədən bixəbər ikən ol güruhi-cəfakar piyadə və səvar xaşaki-nizəvü navəklə seylabvar ol sərvi-büləndiqtidara mütəvəccih olub, araya alub bünyadi-cidal və tirbaran etdilər. Qasim bin Həsən ol qülüvdən əndişə qılmayub, bir həmlə ilə ol cəm’i pərişan edüb, İbn Sə’d Əzrəqi-Şamiyə ki, sipəhsalari-Şam idi, tiği-tə’nə urub ayıtdı: "Ey pəhləvani-Şam, sən mənzuri-ənzari- əvatifi-Yezidsən. Bunun kibi həngamə üçün nə mane’dir ki, çıxub bu mübarizin fitnəsin dəf’ etməzsən?". Əzrəqi-Şami təkəbbür təriqiylə ayıtdı: "Ey bin Sə’d, bəni ərəb bin mübarizə müqabil tutarlar. Nə münasibdir ki, bir tiflə müqabil durub namusuma şikəst verəm?". İbn Sə’d ayıtdı: "Ey nadan, bu nəbireyi-Həzrəti-Mustəfa və Murtəzadır və bu nəqdi-Həsəni-Muctəbadır. Həqqa ki, əgər əsəri-ətəşdən təb’i-naziki münzəcir olub inhirafi-mizac bulmasaydı və nihali-nazpərvərdi-təbiəti təşnəlikdən pəjmürdə olmasaydı, bu sipahla məsaf etmək ana ar idi". Əzrəq ayıtdı: "Çün mübaliğə qılursan, dört oğlum var, hər biri bir nadiri-ruzigar, birinə əmr edəyim, anı dutub gətürsin".
Pəs, ol bədbəxt əkbər övladına künyət verüb meydana rəvan etdikdə ol həramzadə zinəti-təmamla Qasimə müqabil durub həmlə etdikdə Qasim anın tə’nin rədd edüb, ol məl’unu bir zərblə mərkəbindən yıxub, kakülindən dutub bir zəman əlində gəzdirüb, ə’zasını sındırub mübariz istədikdə ikinci oğlu meydana girib şahzadə əlində həlak olub, üçüncü oğlu meydana girib ol şahbazi-aşiyani-şücaət zərbilə anlara mülhəq oldu. Dördüncü oğlu meydana girdi. Ol şəhsəvari-meydani-məhabət anı dəxi duzəxə göndərib, Əzraq qəzəbnak olub səlabəti-təmamla meydana girdikdə şəhzadəyə zəban diraz edüb nasəzalar dedi. Şəhzadə dedi: "Ey Əzrəq, bu iztirab oğlanlar fəraqından isə, bu dərdin dərmanı əlimdədir". Həzrəti-İmam, Əzrəqiməl’unu meydanda görüb iztirab peyda qıldı, zira ol həramzadə şücaətdə şöhreyi-dövrandı və şəhzadə həm növrəsidə və həm təşnəcigər və həm tə’əbnak və həm nigərandı. Dəsti-niyaz dərgahi-biniyaza açub duaya məşğul oldu.
Əlqissə, Əzrəqi-bədbəxt Qasimi-sahibsəadətə həmlələr qılub və şəhzadə anın həmlələrin rədd edüb, müamileyi-cidal aralarında çox zəman iştidad bulub, aqibət nəsimi-nüsrət şəhzadə canibindən mütəhərrik olub, ol zalimin dəf’inə fürsət bulub bir tiğlə mərkəbindən bıraxub, başın kəsüb, mərkəbin cənibət qılub, Həzrəti-İmam hüzurinə müraciət qıldı və zəbani-halı bu tərənnümə guya oldu ki. Şe’r:
Ey rikabi-rəxşi-iqbalın hilali-övci-din,
Nəqşi-nə’li-mərkəbin mehrabi-ərbabi-yəqin.
İqtidayi-şər’dir, fərmanına olmaq müti’,
Əsli-imandır səni bilmək Əmirəlmö’minin.
"Ya Əmirəl-mö’minin, nirani-təəttüş şəbistani-vücudimə ehtiraqitəzəlzül bıraxmaqdadır və naireyi-qəhti-ab canimə qəsd edüb cigərim yaxmaqdadır. Hər necə ki, saqiyi-dövrandan təskini-hərarət qılmağa bir qətrə su istərəm, təskini-hərarətimi gah gözümdən axan seylabi-əşki-rəvana həvalə qılub və gah zəxmlərdən rəvan olan çeşmə-çeşmə qana işarət eylər və gah zülali-tiği-ə’daya rücu edər. Aya, nə hikmətdir?". Şe’r:
Şahidi-zövqi-tələb rüxsarinə ey çərxi-dun,
Bitəvəqqüf pərdeyi-fövtü fəna çəkmək nədir?
Bir içim su vermədən təşnəcigərlər qəsdinə,
Xəncəri-bidadü şəmşiri-cəfa çəkmək nədir?
Həzrəti-İmam ol məzluma müjdeyi-şərbəti-şəhadət birlə təskin verib ayıtdı: "Ey Qasim, bir dəxi dövləti-didar qənimətdir. Hərəmsərayə varıb Əhli-Beyt ilə rəsmi-müvadəə tazə qıl". Şəhzadə mütəvvəccehi-hüzuri-Əhli-Beyt olub, ərusi-şəbistani- ismət pərdəsəradan çıxub, dövləti-pabusinə müşərrəf olub, növhələr qılub, şahzadə ana təsəlli verüb yenə meydana müraciət qıldı. Əmma mövqidizəmirində nari-məhəbbət bəqayət müştə’il və zəmiri-müniri təəmmüli-keyfiyyəti-əvaqibi- ümura müştəğil olub derdi. Şe’r:
Nədir, ey çərxi-zalim, yarı yarindən cüda qılmaq,
Murad əhlin əsiri-dami-bidadü bəla qılmaq?!
Çü lazımdır sənə qılmaq cüda hər yarı yarindən,
Çəküb zəhmət nə lazım bir-biriylə aşina qılmaq?!
Əlqissə, ol şəhzadeyi-kamil həzar ənduhla meydana getdikdə nəzəri-mübarəki Übeydullahi-Ziyadın rayəti-nühusətayətinə düşüb, himmət anın dəf’inə məsruf edüb qəlbi-sipaha mütəvəccih oldu. Piyadələr şəhzadənin mən’inə iqdam edüb, ol Həzrət piyadələrə məşğul ikən Şis bin Nəhai kətfi-mübarəkinə bir nizə həvalə qılub, ol şəhsəvari-mə’rəkeyi-şücaəti mərkəbindən buraxdı. Ol Həzrətin igirmi yeddi zəxmi olub, hər birindən çeşmə-çeşmə qanlar rəvan olmağın zə’f qalib olmuşdu. Məğlub olub mərkəbindən cüda olduqda nə’rə urdu ki, "Ya əmmah ədrikni"[23].
Həzrəti-Hüseyn ol sədadan mütəəssir olub, mərkəbi-mücahidət meydana salub, səflər sındırub gördü ki, ol sərvi-riyazi-vilayət aludeyi-xakü xun olub, Şis bin Rəbi’i üzərinə müsəllət olmuş, sərimübarəkin bədəndən cüda qılmaq istər. Bir zərblə ol pəlidi şəhzadənin üzərindən dur edüb ol şəhidi götürüb xeyməgaha gətürdi.
Hənuz həyatından bir rəməq baqi idi. Əhli-Beyt üzərinə cəm’ olub növhəvü fəğan etdikdə anların sədasından bir növbət nərgisi-şəhlasın açub, gül kibi təbəssüm edüb gülşəni-cinana əzm etdi. Rəhmətullahi əleyh. Şe’r:
Rəhmət ol əhli-dillərə kim, ixtiyarla,
Rəğbət bu kargahi-fənadan götürdülər.
Bel bağlayub təriqi-məhəbbətdə mərdvar,
Hər də’vi etdilərsə, yerinə yetürdilər.
- ↑ Ey Tanrının sevgili qulu, imdadıma yetiş!
- ↑ Haşim nəslindən pak bir peyğəmbərin oğluyam,
Öyündükdə bu iftixar mənə bəsdir. - ↑ Üzeyir Allahın oğludur (Quran, 9, 30).
- ↑ Məsih Allahın oğludur.
- ↑ Səbr et, səbrin ancaq Allah(ın yardımı) ilədir (Qur’an, 16, 127).
- ↑ Allah səbr edənləri sevir.
- ↑ Qulların tövbəsini qəbul edən odur (Qur’an, 9, 104).
- ↑ Bəli, anan sənə Hürr adını verdiyi kimi hürrsən.
- ↑ İmdadıma yetiş.
- ↑ Hürr bin Riyahi nə xeyirli bir hürrdür.
Yanında nizələrin uçuşduğu (onunla) səbirlidir. - ↑ Övlad atasının sirridir.
- ↑ (Qarşıma çıxacaq) döyüşçü yoxmu?
- ↑ Əmirim Hüseyn nə yaxşı bir əmirdir,
İşıq saçan çiraq kimi parlaqlığı vardır. - ↑ Atasına oxşayan kimsə ona zülm etməmişdir.
- ↑ Yaxşı qullarım arasına qatıl və cənnətimə gir (Qur’an, 89, 9–30).
- ↑ (Allah) səndən razı, sən də ondan razı olaraq Tanrına dön (Qur’an, 89, 28).
- ↑ Onun zatından başqa hər şey yox olmağa məhkumdur (Qur’an, 28, 88).
- ↑ Onun (yerin) üzərindəki hər şey fanidir (Qur’an, 55, 26).
- ↑ Allah mənə yetər.
- ↑ Mənim uğurum ancaq Tanrı ilədir.
- ↑ Susadım, susadım.
- ↑ (Qarşıma çıxacaq) mübariz yoxmu?
- ↑ Ey əmi, dadıma yetiş!