Qəzəl Məcnun Dilpəzirindir

Qəzəl Məcnun Dilpəzirindir
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!

Olduqca mən götürmə bəladan iradətim,
Mən istərəm bəlanı, çün istər bəla məni!

Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta dust tən edib deməyə bivəfa məni!

Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!

Mən qandanü mülaziməti-etibarii cah,
Qıl qabili-səadəti-fəqrü-fəna məni!

Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!

Nəxvət qılıb nəsib Füzuli kimi mənə,
Ya rəb, müqəyyəd eyləmə mütləq mana meni!