Qəzəllər (Mir Həmzə Nigari)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qəzəllər
Müəllif: Mir Həmzə Nigari


Əzm eylə diyar-ı Şirvanı
Qət eylə rəh-i Azərbaycanı

Bir yer diyəm ismi Qarabağ
Cənnət yeri vü abı şir ü qaymağ (divan c.I, s.)
XXX

Bir mövziyi xoş fərah-fəzadır.
Dünyaya behişt desəm, səzadır.

Bir mülki vasi vü sevad-ı əzam
Sünbülləri pıç-pıç ü dərhem

Qərbiyyəsi Gökçə-gah-ı xuban
Şərqiyyəsi Bad-kubi Şirvan

Sərhəddi cənubisi Arasdır.
Gör həddi-şimali xoş nəfəsdir.

Bu dairənin üçündə guya
Bir mərkəzi can olupdu pəyda

Irmağı ve uyunu bi nihayət
Enharına yoqdu had u gayet

Cennet gibi hər mahallidir bağ
Hər bir tərəfdən bağu ırmağ

Kühəylanı ve huyuli misli ahu
Vaxşane baqışı ve şirin teka vü pu

Xoş ləvn ki zağferan vü ipek san
Enamı geyik ü sürüsü ceyran

Anbər nefesan-ı ahu-vanı
Bi gaye ki san Hıtay-ı sani

…..

Ənfası həvası anbər əfşan
Səhraları lalezar-ı numan

Yaylağı inayeti ilahi
Məcmuai hub-ı hayməgahı

…..

Hər canibi səbz, hər tərəfi bağ
Anın içün ismidir Qarabağ

Seyrangahı xoş, naziri dil-şad
Şiraz degil naziri vü Bağdad

İradı kəsir ü ərzı-münbit
Bəhrədarı-Misirdən füzun dut

Mahbubları abıri vü şəng
Ziba-yi-Misir yanında diltəng

Sığmaz buna lazım ey birader
Vasf-ı Qarabağa özge defder

Mevla vere ömrü bir zamanı
Islam ile bir də görek anı

Öp hakini feth et kelamı
Toprağına bizden et selamı

Zira ki qədimi darımızdır
Ser menzili Şah Nigarımızdır