Sipasi-şükrü həmdi-fərdi-yekta

(Sipasi-şükrü hәmdi-fәrdi-yekta səhifəsindən istiqamətləndirilmişdir)
Sipasi-şükrü həmdi-fərdi-yekta
Müəllif: Hacı ağa Fəqir Ordubadi


Sipasi-şükrü həmdi-fərdi-yekta,
Xudayi-biməsəl, həyyü təvana,
Qiyasi-əqli-küll zatında qasir,
Deyən şənində əhməd "maərəfna".
Təmamən masiva etsə kitabət,
Yazanmaz vəsfinə bir sətri-tuğra.
Olar vəssaflər vəsfində aciz,
Zəhi sübhani-bieybü mübərra.
Fərəhza, qəmzüda kəlmati-paki
Tapılmaz elminə övlavü üxra.
Edən məxluqi min şeyi icad,
Vücud ondan tapıb əczayi-əşya.
Zəhi qadir ki, bu nöh taqi-çərxi
Ucaldıb sün binəccarü bənna.
Kəvakiblə verən əflakə zivər,
Bürucati-bənat, əqdi-sürəyya.
Yaratdı cümləsin yeksər ədəmdən,
Hamana "kaf"i etcək "nun"ә ilqa.
Qılıb bir qətrədə cəmi-əvalim,
Mürəkkəb eyləyib əczavü əza.
Fəlasif cümlə aciz hikmətində.
Ümumən ləğvdir hökmi-ətibba.
Olub ondan müvafiq dörd məxalif,
Qılar dörd zidd bir yerdə müdara.