Çatarmı
Çatarmı Müəllif: Aşıq Alı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Xanlar bəyə şikayətə gəlirəm,
Sənin ona zor, qüvvətin çatarmı?
Çəksə qılmcmı, girsə meydana,
Vuruşmağa cəsarətin çatarmı?
Xanlar bəy əyləşib Ağrı dağmda,
Neçə pəhləvanlar solu sağmda,
Bu coşqun sinəmin odlu çağmda,
Allam canm, heç fürsətin çatarmı?
Niyə boş-boş danışırsan əfsana,
Özündən basırsan çox yekəxana,
Görərlər kim kimi boyalar qana,
Qoçuluğa qabliyyətin çatarmı?
Kürd Məlik tək nə giribsən meydana,
Diqqət elə qarşmdakı oğlana,
Gərək qiymət qoysun insan insana,
İnsanlığa xasiyyətin çatarmı?
Alı deyər: eşq ucundan xəstəyəm,
Dava meydanında kəmərbəstəyəm,
Özüm nişanlıyam, murad üstəyəm,
Cavanlığa sədaqətin çatarmı?