Öyün, millət! (1918)
Müəllif: Salman Mümtaz
Mənbə: Tahirzadə Ə. Salman Mümtaz (Tərcümeyi-hal oçerki). — Bakı: Kür, 2002. — s. 6.


O gün millət ki əltafı[1] olub şövkətli sultanın,
Hilalın haləsi qılsın əhatə türk övtanın[2].

Təfaxür eylə, ey millət, muradın hasil olmuşdur,
Daha əflakə yüksəlməz əninü ahü əfğanın.

Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,
Dökürdü şişəyə hər dəm şərabi-nab tək qanın.

Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu
Rivaqi-ərşə nəsb etmiş[3] böyük Osmanlı ünvanın.

Səmaya doğru toğrul tək sən, ey türk oğlu, uç, yüksəl
Ki, sənsən şanlı övladı şərəfli əski Turanın.

Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin[4],
Gör imdi nəcmi-zahir tək hilalın, nəcmi-tabanın[5].

Gərək taği-müqərnəsdən asılsın türkün tuğrası[6],
Mələklər zibi-duş etsin livasın Ali-Osmanın[7].

Bütün, Mümtaz, ellərdən olar türk milləri mümtaz[8],
Sürər bundan sora türklük çərəfli-çanlı dövranın.

Şərhlər redaktə

  1. Lütfləri.
  2. Vətənlərini.
  3. Göyün tavanına sancmış.
  4. Bəxtinin ulduzu.
  5. Ayını, parlaq ulduzunu (Osmanlı bayrağındakı ay-uldu nəzəedə tutulur).
  6. Göy qübbəsinin tağından.
  7. Mələklər Osmanlı bayrağını çiyin bəzəyi etsin.
  8. Seçilmiş, üstün.