İlahi, bir eşq ver bana, qandalığum bilməyəyin

İlahi, bir eşq ver bana, qandalığum bilməyəyin
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

İlahi, bir eşq ver bana, qandalığum bilməyəyin,
Yavu qılaym bən bəni, istəyübən bulmayayın.

Şöylə heyran eylə bəni, bilməyəyin dimdən güni,
İstəyəyin daim səni, ayruq nəqşə qalmayaym.

Al geder bəndən bənlügi, doldur İçümə sənlügi,
Dirligümdə öldür bəni, vanıb anda ölməyəyin.

Gəlürse göynügüm dilə, kim sögə bana, kim gülə,
Ban yanayın derd ilə, halum dilə gelməyəyin.

Uş yürürəm yana-yana, cigərüm ğərq oldı qana,
Eşqün bir oq urdı cana, necə zari qılmayayın?!

Senün qoqun tuydı canum, tərkini urdı cəhanun,
Hərgiz bəlürməz məqamun, səni qanda istəyəyin?

Bülbül olayın ötəyin, dost bağçasında yatayın,
Gül oluban açılaym, aynıq dəxi solmayaym.

Mənsurleyin dara bəni, əyan göstər anda səni,
Qurban qılaym bu canı, eşqə münkir olmayayın.

Eşqdürür dərdün dərmanı, eşq yolında qodım canı,
Yunus Əmrə aydur bum, bir dəm eşqsüz olmayayın.