İlham Əliyevin San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mariya Luiza Berti və cənab Filippo Tamaniniyə məktubu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mariya Luiza Berti və cənab Filippo Tamaniniyə" 16 avqust 2011-ci il tarixli məktubu (16 avqust 2011)
Müəllif: İlham Əliyev


San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mariya Luiza Berti və cənab Filippo Tamaniniyə

Zati-aliləri,

Milli bayramınız – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə San-Marino arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, San-Marinonun dost xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 avqust 2011-ci il

Mənbə redaktə