İllərcə gizlədim onu əğyardan müdam
İllərcə gizlədim onu əğyardan müdam (XII əsr) Müəllif: Əbül-Üla Gəncəvi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
İllərcə gizlədim onu əğyardan müdam,
Verdim o şuxə gözlərim üstündə yer feqət.
Ol şux baxışlı göz yaşımın sadə tifli tək,
Gözdən yüyürdü, üz-gözümə çıxdı aqibət.