İrfani vә Sәnәm xanım

İrfani vә Sәnәm xanım
Müəllif: Çıldırlı Aşıq İrfani
Söylәyәn: Aşıq Şeref Taşliova, iyun 1974-cü il.
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016

Әsil adı Süleyman olan Aşıq İrfani Çıldırın indi xaraba halında olan Kunduzev köyündәndir. Doğum vә ölüm tarixlәri bilinmәsә dә, XVIII әsrdә yaşadığı bәllidir. Kiçik yaşlarında atasını itirәn İrfani bir müddәt Karsın süvari paşalarından Sәbri paşanın yanında qalmışdır. Sәbri paşanın Aşıq İrfaninin әmisi olduğudeyilir. Әmisinin ölümündәn sonra yenidәn doğma köyünә qayıdan Aşıq İrfani atasının da sәnәti olan әkinçiliklә mәşğul olmuşdur. Әmisinin yanında mәdrәsә tәhsili görәn İrfani köylәrindәimamlıq da etmişdir. Buna görә dә bәzi şeirlәrindә İrfani Xocalәqәbindәn istifadә etmişdir.
Yuxarıda haqqında verdiyimiz bilgilәrdәn başqa, indiyә qәdәr sadәcә bir neçә parça şeiri bilinmәkdәdir. Yaşadığı bölgәdәisә İrfaninin hәyatı haqqında da rәvayәtlәr söylәnilmәkdәdir. Burәvayәtlәrdәn aşığın bir neçә eşq macәrası yaşadığını vә bunagörә dә diyar-diyar gәzdiğini öyrәnirik. 1974-cü ilin iyun ayındaÇıldırlı Aşıq Şәrәf Taşlovadan qeydә aldığımız hekayә belәdir:
Çıldırın Kunduzev köyündәn olan İrfani 17-18 yaşlarına gәldiyi zaman röyasında gördüyü Ardahanın Harmandar köyündәnolan bir türkmәn bәyinin Sәnәm adlı qızına aşiq olur. Eyni röyanı Sәnәm dә görür vә o da İrfaniyә aşiq olur. İki sevgili bir-birlәrindәn xәbәrsiz aylarca iztirab çәkirlәr. Durumu öyrәnәn türkmәn bәyi qızının dәrdinә çarә aramağa başlar. Bir kәcavә hazırladaraq qızını mindirir, yanına bir neçә mühafizlә bir dә rәmmalqataraq yola çıxarır.
Bir müddәt yol getdikdәn sonra rәmmal rәml ataraq Sәnәmin sevgilisinin Çıldır tәrәfdә olduğunu tәsbit edir. Qafilә yönünü Çıldıra çevirir. O çağda ormanlarla qapalı olan Çıldır-Ardahan arasındakı dağlıq әrazidә günlәrlә yol getdikdәn sonra Çıldıra varırlar.
Bir bulaq başında qonaqlayıb istirahәt edirlәr. Bu sırada rәmmal bir rәml daha ataraq qızın sevgilisinin Kunduzev köyündәn olduğunu söylәr. Çıldırdan yola çıxan qafilә sәhәrә Kunduzev köyünә varır. Rәmmal yenә rәml ataraq Sәnәmin sevgilisinin adınınİrfani olduğunu bildirir. Bununa üzәrinә İrfaninin evini soraraqmüsafir olurlar.
Bu sırada İrfani evdә yoxmuş. Durumu ixtiyar anasına anladırlar. Türkmәn bәyinin bir tәk övladını әlindәn alıb götürәcәyindәn qorxan ana, oğlunun bir ay qәdәr öncә öldüyünü söylәr. Gerçәkdә İrfani bu sırada çalışmaqdan yorğun düşmüş vә bir ot yığınının altında uyumaqda imiş.
Sәnәm rәmmala rәml atıb İrfanidәn bir xәbәr vermәsini istәr. Rәmmal İrfaninin vücudunun bu anda torpaqda olduğunu vәdünya alәmlә münasibәti olmadığını söylәr. Rәmmalın sözlәrinindoğruluğuna qәnaәt gәtirәn Sәnәm qafilәsini toplayaraq tәkrar atasının evinә doğru yola çıxar.
Axşam işdәn evinә dönәn İrfani anasından Sәnәmin onlaragәlib getdiyini öyrәnincә dәliyә dönәr. Sazını alaraq dәrdli halını belә anladar:

Әl çәk tәbib, әl çәk dәrdli sinәmdәn,
Sәn mәnim dәrdimә çara bilmәzsәn.
Sәn necә tәbibsәn yoxdur ilacın,
Yaram içәrdәndir sara bilmәzsәn.

Yıxılsın fәlәyin tacıyla-taxdı,
Ox vurdu sinәmә, al qanım axdı,
Әzәl vermәsәydin ikrarı, әhdi,
O ki ikrarında dura bilmәzsәn.

Dinlә Sәnәm Qul İrfanı sözlәrin,
Yaxdı ciyәrimi ataş-közlәrin,
Ağlasana, nә durursan gözlәrim,
Daha yar üzünü görә bilmәzsәn.

Türküsünü bitirdikdәn sonra sevgilisinin arxasınca getmәyәqәrar verir vә Ardahana doğru yola çıxır. Sabah vaxtı, indiki Urtaköyünün yanındakı Şahin yurdu deyilәn yaylaya varır. Yayaladaqoyun otarmaqda olan çobanlardan dün gecә bir qafilәnin keçibgetdiyini öyrәnincә, sazını alaraq şu türküyü söylәr:

Hanı yaylam, hanı sәnin әzәlin,
Güz gәlәndә bağlar dökәr xәzәlin,
Sәndә mehman olmuş mәnim gözәlim,
Yarım köçmüş, viran qalan yaylalar.

Yaylada yayarlar qoyunla-qoçu,
Dalında örmüşdür qırx örük saçı,
Yüklәnmiş qafilә, getmişdir köçü,
Gözümә görünür talan yaylalar.

Güz gәlәndә bağlar çıxar xәzәldәn,
Mәn onu sevmişdim әzәl-әzәldәn,
Hәsrәt qaldım sevdiciyim gözәldәn,
Lalası, sümbülü solan yaylalar.

Sözlәri bitdikdәn sonra tәkrar yola qoyulan İrfani günlәrin birindә Ardahanın Alagöz köyünә gәlir. Köyün çeşmәsindә gözәl bir qızın su doldurmaqda olduğunu görür. Bu qızı türkmәn qızıSәnәmә çox bәnzәdir. Qızın arxasından evinә gedәr vә müsafir olur. Qızın atası İrfaniyә kim olduğunu, nerәdәn gәlib, nerәyәgetdiyini sorar. İrfani dә macarasını bunlara anlatır. İrfani buradaxәstәlәrәk yatağa düşәr. Bu arada qız İrfaniyә aşiq olur vә İrfanidә qızı sevmәyә başlar. Bunlar anlaşaraq bir gecә qaçarlar. Arxalarından gәlәn qızın atası İrfanini Çıldır paşasına şikayәt edәr.Paşa İrfanin әlindәn qızı alaraq atasına tәslim edәr. İrfaniyi dәÇıldır gölündәki Ağca qalaya hәbs etdirir.
Bir müddәtdәn sonra bu adadan qaçmağa müvafiq olan İrfani Alagöz köyünә gedәrәk sevgilisini qaçırıb Çıldıra gәtirir. Buolaylardan sonra İrfaninin adı dillәrә dastan olur. Hәr tәrәfdә macaraları anlatılır, türkülәri söylәnilir. Çıldır paşası daha öncә cәzalandırdığı bu qәhraman aşığı maraq edәr vә yanına gәtirdir. Paşa İrfaninin macaralarını dinlәrkәn paşanın gәnc vә gözәl arvadı Xürrәmzay yanına gәlir. Xürrәmzayı görәn İrfani bu qadınaaşiq olur vә sazını alaraq duyğularını şu sözlәrlә ifadә edәr:

Yeni başdan dәrdә düşdüm oxlandım,
Dәli könlüm bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözәl,
Qımzәsi ox, qaşı yaya bağlandı.

Şirin gülәr, şirin söylәr, naz eylәr,
Hәr kәmiyi yüz min dürlü saz eylәr,
Çarqatın çevirirŞ tel pәrvaz eylәr,
Sanarsan buluddu, aya bağlandı.

İrfani yenidәn buldu bir dövlәt,
Daha hәrcayıyla eylәmәm ülfәt,
Әski beynәvadan qahdı mәhәbbәt,
İndi könlüm Xürrәmzaya bağlandı.

Bu sözlәri eşidәn paşa çox qızar vә İrfaniyi hәbsә atar.
Bir ilә qәdәr hәbsdә qalan İrfani aşağıdakı qoşmanı yazaraq paşaya göndәrir vә ondan әffv dilәyir:

Daha pünhan tutma mәnim dәrdimi,
Min dәrdim var, bir dәrmana gәlmişәm.
Çevir Şәrif, Mәhәmmәdin başına,
Duacıyam, qәdd-imana gәlmişәm.

Dedim yüz min qafiyәdәn, qәzәldәn,
Mәnim dәrdim pünhan tutma tez eldәn,
Bir sevdanın cünunyum әzәldәn,
Alışıban yana-yana gәlmişәm.

İrfani mәhrumdur, beynәva quldur,
Eşqin qәdimidir, avizdә güldür,
Ya çıxar at, ya bağışla, ya öldür,
Möhür dәsti Süleymana gәlmişәm.

Şeiri oxuyan paşa İrfanini hәbsdәn çıxararaq qaçırdığı sevgilisiylә birlikdә, Arpaçay qәzası yaxınlarında, indi xaraba halındaolan, әski Dәmirçilik köyünә sürgün edәr.
Dәmirçilik köyündә yeni hәyata başlayan İrfani, ilk badәlisevgilisi türkmәn qızı Sәnәmi unutmamışdır. Bir sәhәr vaxtı bir qatar durnanın Çıldır vә Ardahana uçub getmәkdә olduğunu görür. Sevgilisini, doğulub böyüdüyü köyü, yurdunu vә mәkanınıxatırlar. Durnalara belә sәslәnir:

Sabah namazında Zarşat düzündәn,
En, Qaraçayırı bulasan durnam.
Aş Lavaş gәdiyin, bağla qatarın,
Mәkan-ı Daşbaşı görәsәn durnam.

İrişidi, Külverәn qalır sağ yana,
Çıx Qızılverana, en Kamervana,
Albız ıssızlıqdır, Cala virana,
Orda da bir zaman qalasan durnam.

Sәfil Ağçaqala döndümü yaza,
Uğrama Kakaça, bәlkә yol aza,
Oralar susuzdur, keç get Cambaza,
Qarasuda qәrar qılmasan durnam.

Zinzallar çәkildi ucadan-uca,
Xәbәr al Çamdırı, gör halı necә,
Suxara mamurdur barı bir gecә,
Dost köyündә mehman olasan durnam.

Köyhas süvaridir, Purut piyada,
Urtayla, Meredis qalmasın yada,
Qırx Cedaxbaşını, keç Zurzunada,
Künduzhev öz köyüm, bilәsәn durnam.

Yolun düşәr Otağvanın sağına,
Uğra Ardahana öylә çağına,
İkindi namazı çıx Cin dağına,
Qarış Qәmәrәyә, bina sal durnam.

Yeri durnam, yeri dönmә izindәn,
Alәmi mat etdin xoş avazından,
Әsli türkmәn qızı, Xırmandalıdan,
Yarımdan bir xәbәr alasan durnam.

Tez pәrvaz eylәyin, tez qanad çalın,
O nazlı yarımdan bir xәbәr alın,
İrfani xoca da bekliyor yolun,
Bәlkә bu günlәrdә gәlәsәn Yarımdan bir.

İrfani xoca hәyatının sonuna qәdәr Dәmirçilik köyündә yaşamışdır, mәzarı da buradadır.