İstifadəçi müzakirəsi:Eminn/Arxiv 1

Ən son rəy:9 il öncə, Eminn tərəfindən "Müəlliflik hüququ" mövzusunda

Eminn, salam. Sizi VikiMənbədə görmək çox xoşdur. Buralar tamam kimsəsizdir. İstifadəçilər çox azdırlar. Deyəsən Sizin gəlişiniz burada bir canlanma yaradacaqdır. Təşəkkürlər və uğurlar. --Irada 08:59, 29 Dekabr 2008 (UTC)

Emin, Şablon:Bacı layihələr yaratdım. Yerlərinin düzgünlüyünə Siz də baxın. --Irada 09:52, 29 Dekabr 2008 (UTC)

Emin, salam. Bəlkə bu cür məqalələrin adını dəyişib belə yazaq Yaylaq (Könlüm qaranquş tək uçub qoynuna) və s. Onu bilirəm ki, müxtəlif müəlliflərin eyni adlı əsərlərinin adlarında müəllifin adı yazılmalıdır. Məsələn, "Azərbaycan (Səməd Vurğun)", Siz deyən məsələdə isə, yəni müəllif eyni, adlar da eynidirsə, əsərin ilk sətrinidən nümumə daha düzgün olar. --Irada 07:58, 30 Dekabr 2008 (UTC)

Emin, salam. Bağışla, savabımı bir qədər gec yazdım. 1 həftəyə yaxın olar ki, buralara gəlmirdim. VikiMənbədəki fəaliyyətinə görə çox-çox təşəkkürlər. Sənin burada olmağın məni də arxayın salıb. Bilirəm ki, burada hər şey qaydasında olacaq. Sən gələndən Metadan da burları yoxlamağa çox az-az gəlirlər. Deyəsən onlar da mənim kimi arxayınlaşıblar. :))). Kitabxana şəkillərinə gəldikdə 1-ci üz şəkildən birini qoymaq olar. Məncə birinci şəkil daha uyğundur. Amma özün necə istəyirsən elə et. Xoş gəldin şablonu isə əladır. Vikipediyadakından da yaxşı. Uğurlar. --Irada 19:41, 4 Fevral 2009 (UTC)

Dil-qaralama redaktə

İradə, Salam. Vikimənbədə Şablon:Dil-qaralama lazımdır ki?--Emin 10:44, 5 Fevral 2009 (UTC)

Vikipediya (digər layihələri ilə birgə) elə qəribə yerdir ki, hər nə desən baş verə bilər. İndidən hazırlıqlı olmalıyıq :-) --Irada 22:17, 5 Fevral 2009 (UTC)

Mahni sözləri redaktə

Emin, salam. Vikimənbə haqqında müzakirələri elə Vikimənbədə aparsaq daha yaxşıdır.

Mən VikiMənbədə Müəlliflər kateqoriyası yaratdım. Ən optimal variant bu olardı ki, mahnının sözləri daxil edilmiş məqalədə bütün müəllifləri göstərən kateqoriyalar olsun. Sonra həmin ad kateqoriyaları [[Kateqoriya:Müəlliflər]] kateqoriyasına daxil edilsin.

P.S. [[Kateqoriya:Zəhra Bədəlbəyli]] kateqoriyasını da [[Kateqoriya:Müəlliflər]] kateqoriyasına daxil etdim. Belə daha düzgündür. --Irada 07:18, 25 Mart 2009 (UTC)

Düz eləmisən. Amma müzarirə uzun çəkəndə müzakirəni mövzu ilə əlaqədar layihəyə keçirmək lazımdır. Məsələn metadan mənə müraciət edəndə Vikipediyada yalnız yazırlar ki, Metadakı səhifənə bax. Amma bu ciddi problem deyil. --Irada 06:38, 26 Mart 2009 (UTC)

Səsvermə redaktə

Salam. İndiyə qədər redaktə etməmiş istifadəçilərin səsi etibarlı sayılacaq? VikiMənbə:İdarəçilər.--Emin 10:49, 10 Iyun 2009 (UTC)

Emin, salam. Redaktəsi olmayan istifadəçilərin səsvermədə iştirakı qadağandır və bu səslər bürokrat və ya stüardlar tərəfindən sayılmayacaqlar. Ona görə mən Vikipediyanın Kənd meydanında yazmışdım ki, vaxt məhdudiyyəti götürülsün və hər bir istifadəçi 10-15 məqalə redaktə etdikdən sonra səsvermədə iştirak etsin. Əks halda metadakı nümayəndələr bu səsverməni qəbul etməyəcəklər. Əvvəlcə VikiMənbə:Səsvermə qaydası və ya VikiMənbə:Səsvermə məqaləsi yaradılmalıdır. Orada səsvermə qaydaları indiki vəziyyəti nəzərə almaqla hazırlanmalıdır. Çünki idarəçi təyin edən bürokrat və ya stüard ilk növbədə qaydalarla tanış olmaq istəyəcək. Hörmətlə, --Irada 11:19, 11 Iyun 2009 (UTC)

5 nəfər səsverən olmayacaq. İdarəçi olmağım qeyri-realdır. Səsverməni tez başlatdıq. Bir az gözləmək lazım idi ki, istifadəçilər 10-15 redaktə edə bilsinlər. Hələ 6 gün var, amma 5 etibarlı səsin olmağına inanmıram. Təəssüf... --Emin 16:33, 12 Iyun 2009 (UTC)

Salam. Şablon:Xoş gəldin mövcuddur. İstifadəsi şablonda yazılmışdır.--Emin 09:29, 21 Iyun 2009 (UTC)

Lap unutmuşdum. Sağ ol ki, fikir verdin. REDİREct-lə yönəltdim əsas şablona. --Irada 21:19, 21 Iyun 2009 (UTC)

Salam Cox saq ol Hər bir azərbaycanlı ən azı bir məqalə əlavə etsə , bizim vikipediyada milyonlarla meqaləmiz olar Dama-dama göl olar — Bu imzasız yazı Nuirya (müzakirəfəaliyyət) tərəfindən əlavə edilmişdir.

Nuriyə, salam. VikiMənbəyə bir daha xoş gəlmisiniz. İlk vaxtlardan aktiv olmağınız məni sevindirdi. Ümid edirəm ki, aktivliyiniz davam edəcək.--Emin 10:21, 4 Iyul 2009 (UTC)

Cox saq ol Mənə çox yardim etdin əslinde vikipediyanin dili çətindir Sən olmasa idin çaşıb qalardım. Hər bir təzə gələnə mütləq kömək olunmalıdır. Təşəkkür— Bu imzasız yazı Nuirya (müzakirəfəaliyyət) tərəfindən əlavə edilmişdir.

tebrik ve bir az sozler redaktə

As an Administrator, you are allowed into #wikimedia-admin, the cross-wiki coordination channel for Wikimedia administrators. Any member of the channel can invite you in temporarily, but you need an invite exemption from a channel operator to get in whenever you want. Please come to #wikimedia and ask for an invite.

Any admin from any project is welcome and it is a good place for cross-wiki coordination of vandal and spam fighting. It is also useful for new admins to contact more experienced admins in real-time to get help with the more complicated admin tasks such as history merges/splits and importing via Special:Import.

Please remember to translate the interface at betawiki: only and to upload images preferably at commons:

Thank you Mardetanha 20:04, 7 Iyul 2009 (UTC)

Men size 3 aylik idarəçilik verdim , bizim AzVikiMənbə cox cox gozliyin , bu 3 ay herzam qurtarde mana bir xabar verin man gine 3 aylik ya 6 aylik veram . Mardetanha 20:04, 7 Iyul 2009 (UTC)

Təbriklər redaktə

Salam Emin. İdarəçiliyin mübarək:) İnanıram ki, hamımızın etimadını doğruldacaqsan. Sistem məlumatları burda ancaq latınca olsun. Çünki, Vikidə o məsələ hələ eksperiment kimi özünü doğrultmayıb. Vikidəki tərcümə olunan sistem məlumatlarını bura at (təbii ki Vikipediya sözlərini VikiMənbə ilə əvəz etməklə)- sonra o işi paralel apararıq. Orda tərcümə elədikcə bura köçürərik. İlk növbədə işarələri bura köçür - məsələn "poem" burda çox işlənir. Nəsə problem olsa, mən həmişə kömək etməyə hazıram. Sənə uğurlar. Hörmətlə:--Sortilegus 10:32, 11 Iyul 2009 (UTC)

Çox sağ ol. Müzakirə səhifəsində qeyd etdiyini düzəltdim. İşarələri bura köçürmək istədim, amma hansını köçürmək lazım olduğunu bilmədim, məs, <math></math>, <ref></ref> - bunlar burda lazımdı?--Emin 13:38, 11 Iyul 2009 (UTC)

"math" riyaziyyatla bağlı olan işarədir. İnanmıram burda çox işlənə. Vikipediyada riyazi tənliklər və s.-lə bağlı məqalələrdə işlənir. Amma "ref" mənbə göstərmək üçündür. O mütləq lazımdı. --Sortilegus 16:46, 11 Iyul 2009 (UTC)

Ərəb hərfləri və Simvollar bölməsini köçürüm? simvollar bölməsində bəziləri lazım ola bilər bəziləri yox.--Emin Mesaj 17:37, 11 Iyul 2009 (UTC)

Emin, salam. İdarəçi seçilməyin məni çox sevindirdi. Təbrik edirəm və uğurlar arzulayıram. --Irada 06:44, 17 Iyul 2009 (UTC)

Törəmə layihələr redaktə

Salam. "Törəmə layihələr" şablonundakı düzəlişlərə görə çox sağ ol. Ana Səhifə-testə baxsan yaxşı olar. Düz bir şey alınmayıb.--Emin Mesaj 19:40, 28 Iyul 2009 (UTC)

Salam. Ana səhifənin dizaynına görə narahat olma. Yavaş-yavaş düzəldəcəyik. İndilik bax gör forma kimi başqa VikiMənbələrdən hansının formasını bəyənirsən. Onu əsas götürüb onun üstündə işləyək. Bəzi şeylər də var ki, onların bütün Azərbaycandilli viki layihələrdə eyni formada olması daha məqsədəuyğundu. Törəmə layihələr şablonu da onlardan biridir. Hörmətlə:--Sortilegus 21:28, 30 Iyul 2009 (UTC)

Salam. Demək olar ki, bütün VikiMənbələrin Ana Səhifəsinə baxdım. Çoxunun Ana Səhifəsi bir-birinə oxşayır. Türkiyə VikiMənbəsinin Ana Səhifəsi yaxşıdı. Amma bizim VikiMənbənin Ana Səhifəsinin onların Ana Səhifəsinə bənzəməsini istəmirəm. Bir də bu VikiMənbələrin Ana səhifəsi yaxşı kimidi sl:, hu:. Bu vikinin th: dizaynı maraqlıdı.--Emin Mesaj 18:54, 1 Avqust 2009 (UTC)

Eşq olsun. Görürəm bura tam nəzarətindədi. Deməli, burdan arxayın ola bilərik:) Vikipediyada şairlərin, aşıqların, yazıçıların səhifələrindən şeirləri, əsərləri bura köçürdükcə ordan sil (siləndə qeyd elə ki, VikiMənbəyə köçürüldü, elə başa düşülməsin ki boş-boşuna məqalədən silmisən). Şeirini, əsərini bura əlavə etdiyin şairə, yazıçıya ayrı kateqoriya yarat və Vikipediyadakı səhifəsində şablon yerləşdir ki, VikiMənbədə həmin şəxs haqqında yazı var. Sadəcə heç olmasa 1 şeir saxla ki, yəqin özün də görürsən orda yeni istifadəçilər səhifədə şeir görəndə özləri də haqqında məqalə yaratdıqları şairin, aşığın şeirlərini əlavə edirlər. Bu da bizim xeyrimizədir. Ordan bura köçürmək daha asandır, nəinki internetdən, kitablardan axtarıb tapmaq və köçürmək. Ana səhifəyə gəldikdə - sənin qeyd etdiyin VikiMənbələrin ana səhifələrinə baxdım. Nəsə mənə elə gəlir ki, hamısı çox bəsitdirlər. Biz inşallah daha yaxşısını düzəldərik. Sentyabrda 2-3 günə bu məsələni həll etməyi boynuma götürürəm:) Hörmətlə:--Sortilegus 20:38, 13 Avqust 2009 (UTC)

HASAN SAMİ BOLAK GİBİ BİR AZERBAYCAN DOSTU KALEM SAHİBİNİN ŞİİRLERİNİ BURADAN SİLMENİZİ ŞİDDETLE KINIYORUM. Ermeniler hakkında yazdığı yazılardan dolayı mahkemeye verilmiş; Dağlık Karabağ'ın işgali sırasında gazetesinde üç seri makale yazmış bir Türkçü'yü buradan silmenin ne anlama geldiğini biliyor olmalısınız. O, Ebufeyz Elçibey'in dostu olduğu ve gazetesinde o netameli günlerde Elçibey için yazdığı yazılar yüzünden mi buradan silindi..Size teessüf ederim. Sizde mi Amerikancısınız?--88.226.224.85 19:08, 28 Oktyabr 2009 (UTC)

  • Kullanıcı sayfana hem Ozan Arif'in şiirini koyuyorsun, hem de Ozan Arif'in ülküdaşı ve ağabeyisi konumundaki Azerbaycan dostu Hasan Sami Bolak'ın şiirlerini siliyorsun.. Bunu bilerek ve isteyerek yapmış olamazsın. Ben de teessüflerimi bildiririm. Yanlışlıktan döneceğinizi umarım. Google'den Hasan Sami Bolak'ın (ki kendisi rahmetli Türkeş'in bize emaneti çok saygın bir ağabeyimizdir.) hayatını okuyun lütfen ve baltayı nasıl taşa vurduğunuzu anlayın.--85.99.154.217 20:42, 28 Oktyabr 2009 (UTC)

Müdaxilə etdiyim üçün üzr istəyirəm. Hasan Sami Bolaka hamımızın hörməti var. Onun şeirləri Azərbaycan dilində bura yerləşdirilsə, onu heç kim silməz. Məsələn, Yunus Əmrənin Salam olsun! şeri kimi. Əgər türk dilində şeirləri olduğu kimi, tərcümə edilmədən bura yerləşdirilməsinə icazə versək, onda niyə rusca, ingiliscə yazılan şeirlərə icazə verməyək? Elə də olanda bura artıq AzVikiMənbə yox, beynəlxalq VikiMənbə olacaq. Hörmətlə: --Sortilegus 10:17, 29 Oktyabr 2009 (UTC)

  • Hasan Sami Bolak gibi bir "Türkçü-Turancı-Azernabcan dostu" şairin şiirleri buradan silindi ha! Yazıklar olsun. (İnşallah bir yanlışlık vardır ve düzeltilir. Kadir Korhan - Münih-Almanya--88.226.228.202 11:24, 31 Oktyabr 2009 (UTC)


  • HASAN SAMİ BOLAK'tan ÇOK ÖNEMLİ NOT: Uzun süredir buradan uzağım. Bir zamanlar ben de buraya oldukça geniş katkılarda bulunmuştum. O sıralar şiirlerimden bazılarının burada yer aldığını gördüm, benim de eklemelerim oldu.. Şimdi öğreniyorum ki, şiirlerim Azərbaycan dilinde olmadığı gerekçesi ile bir yönetici tarafından silinmiş; bu durum beni uzaktan tanıyanlar tarafından tepki görmüş. Her şeyden evvel belirtmeliyim ki bu ansiklopedinin de kuralları var. Kurallar uygulanmak içindir. Bu bakımdan, kullanıcı sayfasında sevgili Ozan Arif'imizin bir kıt'asına yer veren kimsenin iyi niyetinden şüphe etmek şahsen benim aklımdan bile geçmez. Sanıyorum ki O, iyi niyetlidir ve gereğini yapmıştır. Burada geçerli olduğunu sandığım kuralı göz ardı ederek, tepki gösterip böyle bir uygulamaya karşı çıkan "dostları" anlıyorum; bana karşı sevgi besleyenleri ben de severim ama "hakikati daha çok severim." Şayet şiirlerimin burada yer almasını isteyen dostlardan Azərbaycan diline aşina olanlar varsa, Türk dilinden Azərbaycan diline çeviri yapsınlar.. Eğer yoksa bu, dünyanın sonu değil; benim yüzümden en ufak bir kırgınlık yaşansın istemem. İlgililerden; mümkünse yukarıda, şiirlerimi silen yöneticiyi hedef alan sert yazıları kaldırmalarını rica ediyorum. Üç günlük dünyada, "İki devlet-tek millet" evlatlarının birbirlerini çekiştirmeleri hiç de hoş değil. Hepinize sevgiler, saygılar. HASAN SAMİ BOLAK --88.228.224.103 15:54, 4 Noyabr 2009 (UTC)

Türkiyə vikipediyasında bu müzakirə Vikipedi:Silinmeye aday maddeler/Hasan Sami Bolak əsasında "Hasan Sami Bolak" məqaləsi silinib. Burda nə deyirik ki? Azərbaycan dilində şeirlər olsun və qalsın (AzVikiMənbədə), Azərbaycan dilində şəxs haqqında ensiklopedik məqalə olsun və qalsın (AzVikidə). Şeirləri, avtobioqrafiyanı biz tərcümə edək Azərbaycan dilinə? Yazırsız ki "Şayet şiirlerimin burada yer almasını isteyen dostlardan Azərbaycan diline aşina olanlar varsa, Türk dilinden Azərbaycan diline çeviri yapsınlar..". Azərbaycan dilinə "aşina olanlar" var - məsələn mən. Amma şeir tərcümə eləmirəm, əsasən roman tərcüməsi ilə məşğulam:) Siz bir roman yazın, mən onu tərcümə edib bura yerləşdirim:) Bir də ki, kim hara nə "katkı" yapır göz qabağındadır.--Sortilegus 20:24, 4 Noyabr 2009 (UTC)

P.S. Emin, sən də bağışla ki, sənin müzakirə səhifəndə debatlara "baş vururam". Bununla bu müzakirəni özüm üçün bitmiş sayıram.--Sortilegus 20:24, 4 Noyabr 2009 (UTC)

Ahlak ve cesaret abidesi Hoca redaktə

  • Muhterem Hasan Sami Bolak'ın verdiği cevaba, kibarlığına ve "Türkseverliğine" bakın da utanın biraz! Bazılarınızla O'nun arasında Himalayalardan da yüksek fark var. Kendisine duyulan saygının da sebebi bu "büyük fark" olsa gerek! Tanrı Türk'ü Korusun! Ethem YETKİN--78.166.156.21 21:35, 17 Noyabr 2009 (UTC)
    • Hasan Sami Bolak Hoca, buralarda münakaşa konusu olacak seviyede birisi değil.. Biyografisini silmiş, şiirini tırpanlamışlar, çok mu önemli? Yıllarca baştacı ettikleri Hoca'nın Biyografisini, sırf Türkçü-Turancı olduğu ve gazetesinde sık sık ABD ve AB aleyhinde yazı yazdığı için CIA emri ile Vikipedi'den sildiler. Elmasın kıymetini mahalle bakkalı değil, sarraf bilir. Kendisi beni 1976'da Kayseri Akşam Lisesinde okutmuştu. Hasan Sami Bolak ahlak ve cesaret abidesidir. Kimleri yetiştirdi bir bilseniz! Halen, elektronik Erciyes Gazetesi'ndeki yazılarını okuyorum. Ey Azerbaycan'lılar! Siz de okuyun da, sizin gibilere rağmen ülkenizi ve sizleri de ne kadar desteklediğini görün ve utanın! Hocamın ellerinden öperim. Ferhat Sarıkor - Edirne/Türkiye

Təşəkkür və... redaktə

Salam. İdarəçi ulduzuna görə çox sağ ol.
Məncə, mətnlərin daxilində mətnin adını yazmaq lazım deyil. Bir də vaxtın olsa, bura baxarsan. Bilirəm, o qədər də yaxşı alınmayıb. Kateqoriyalar bölməsində problem var, deyəsən. Ulduza görə bir daha təşəkkür edirəm.--Eмϊn >> 14:39, 6 Yanvar 2010 (UTC)

İdarəçi ulduzu sənin haqqındır. Burda çox iş görmüsən. Ana səhifənin test variantı da yaxşıdır, cüzi dəyişikliklərdən sonra əsas variant kimi götürə bilərik. Amma tələsmə - qoy yaxşı-yaxşı ölçüb-biçək. --Sortilegus 15:39, 7 Yanvar 2010 (UTC)

Şeirlər redaktə

Salam Emin. Təxminən 100-150 şeir istəyirəm 3-4 günə əlavə edim VikiMənbəyə. Sonra 1-2 ay ərzində 500-600 şeri cümlə-cümlə oxuyub səhvləri düzəldəcəm, hansı kitabdandırsa səhifəsinə qədər mənbə əlavə edəcəm. İnşallah, bu il VikiMənbənin də sürətli inkişaf ili olacaq. Hörmətlə:--Sortilegus 21:16, 9 Yanvar 2010 (UTC)


Yeni qaydaların tərtibi redaktə

Salam Eminn.

Yuxarıdakı qızğın müzakirəni nəzərə alaraq və qələcəkdə də belə müzakirələrin olmaması üçün Sizə belə bir təklifim var:

Vikimənbədə yeni qaydalar yaradılsın. Və bu qaydalarda deyilsin ki, Azərbaycan müəlliflərinin dünyada ən çox danışılan dillərdə (rus, ingilis, fransız, alman və s.) mövcud olan əsərlərinin Vikimənbədə yerləşməsi mümkün olsun.

Belə ki, Azərbaycanın indiki siyasi durumunu və Azərbaycan dilində danışanların sayının az olmasını nəzərə alaraq belə bir qaydanın Vikimənbədə olması vacib məsələdir. --Interfase 17:55, 15 Yanvar 2010 (UTC)

Temporary access expired redaktə

Hello Eminn. The temporary access you requested on this wiki has expired (see archived request). Thanks. nick1915 06:51, 20 Yanvar 2010 (UTC)

Hasan Sami Bolak gibi bir isim buralarda müzakere konusu yapılacak kadar basit değil.. Herkes seviyesini bilmeli. Şiirlerini silmişiniz silmemişiniz, çok mu önemli? Yüksel Turnagöl - Girne/Kıbrıs

  • EŞŞEK HOŞAFTAN NE ANLAR... SUYUNU İÇER; tanesini bırakır!

--94.120.45.200 11:32, 18 İyun 2010 (UTC)

ingilis dilində yazılar vikimənbədə redaktə

Take me back, New features,Print/export ve bəzi səhifələrdə daha bir ingilis dilində olan yazılara azərbaycan dilində Ekvivalent yoxdur? belə bir şeylər vikipediyada da var,xahiş edirəm buları azərbaycan dilinə tərcümə ediniz. --Dr.Hamed 09:25, 17 oktyabr 2010 (UTC)Cavabla

Vüqar Ordeni redaktə

Gec də olsa, "Vüqar Ordeninə" görə təşəkkür edirəm. Çox sağ olun!!--Eмϊn >> 19:10, 12 fevral 2011 (UTC)Cavabla

Təşəkkürə dəyməz. Siz buna layiqsiniz. --N KOzi 05:35, 14 fevral 2011 (UTC)Cavabla

Səsvermə redaktə

Salam. Səsvermədə iştirak edənlərin sayı azdır. Vaxtınız olsa, burda fəaliyyəti olan istifadəçilərə səsverçə barəsində mesaj yazın (aktiv olduqları layihədəki müzakirə səhifəsinə). Uğurlar!--Eмϊn >> 14:52, 15 fevral 2011 (UTC)Cavabla

Məsləhətinizə görə təşəkkür edirəm. Yazaram. --N KOzi 14:54, 15 fevral 2011 (UTC)Cavabla

Emin salam. İdarəçilər səhifəsindən mühafizəni götürərsən ki, ola bilər kimsə qeydiyyatdan keçmədən şərh yazmaq istədi. Amma IP ilə verilən səs sayılmır. Hörmətlə:--Sortilegus 21:59, 16 fevral 2011 (UTC)Cavabla

Salam. Mühafizəni götürdüm.--Eмϊn >> 08:40, 17 fevral 2011 (UTC)Cavabla

Şablon redaktə

Salam, Cekli. Xoş gəldin şablonunu istifadə edərkən imza qoymağa ehtiyac yoxdu. imza şablonun daxilində var. Sadəcə olaraq {{subst:Xg}} əlavə etmək kifayətdir.--Eмϊn >> 16:31, 18 fevral 2011 (UTC)Cavabla

Dəyərli informasiyaya görə təşəkkür edirəm! --Cekli829 09:21, 19 fevral 2011 (UTC)Cavabla

16 mart saat 12:00 redaktə

Salam. Mart ayında Xəzər Universitetində Vikigörüş keçirmək təklif olunub. 16 mart saat 12:00-da görüşün keçirilməsinə mən razıyam. Sizin və digər istifadəçilərimizin də fikrini bilmək istərdim. --Cekli829 10:17, 3 mart 2011 (UTC)Cavabla

Salam. İştirak etməyi çox istərdim. Amma iştirak edə bilməyəcəyəm.--Eмϊn >> 14:49, 4 mart 2011 (UTC)Cavabla

İdarəçi redaktə

Təbriklər. Çox sevindim. Əminəm ki, Sizin idarəçi olmağınızın Vikimənbəyə böyük faydası olacaq. Bir daha təbrik edirəm.--Eмϊn >> 12:55, 5 mart 2011 (UTC)Cavabla

Çox təşəkkür edirəm. Sizin dəstəyiniz mənə əlavə stimul oldu. --Vugar 1981 05:14, 7 mart 2011 (UTC)Cavabla

Orxan Vəli Kanık redaktə

[[:Kateqoriya:Orxan Vəli Kanık]] -bu kateqoriyada olan və Azərbaycanca variantı olmayan mətnlər silinməlidir.--Eмϊn >> 15:45, 5 mart 2011 (UTC)Cavabla

Narahat olmayın. Onlar Azərbaycan dilinə çevriləcəklər. --Vugar 1981 05:13, 7 mart 2011 (UTC)Cavabla

Vikipediyaya keçidlər redaktə

Salam Eminn. Kələkbaz qırızlılar məqaləsindəki keçidləri niyə silmisən? --Cekli829 06:44, 10 mart 2011 (UTC)Cavabla

Salam, Cekli. Burada vikipediyaya keçidin olması düzgün deyil. Vikipediyada məqalələrdə bura keçid olmadığı kimi burdakı mətnlərdə də ora keçid olmamalıdır. Belə çıxır ki, nə haqqındasa vikipediyada da məqalə olmasa, o adda burda əsər olsa keçid olmalıdır?--Eмϊn >> 08:34, 10 mart 2011 (UTC)Cavabla

Macar dili redaktə

Hörmətli Eminn. Venger О некоторых спорных вопросах относительно родины и национальности Низами Гянджеви məqaləsinə macar dilində hissə əlavə edib. Sizin bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı. --N KOziMüzakirə 06:23, 6 aprel 2011 (UTC)Cavabla

Salam. Mən düşünürəm ki, Azərbaycanca Vikimənbədəki başqa dildə olan mətnlər silinməlidir (Xocalı haqqında olanlar istisnadır). Nə macar, nə də rus dilində olan mətn olmamaıdır. Bir il bundan qabaq burda qızğın müzakirələr getmişdi. Məncə, silinməlidir.--Eмϊn >> 09:15, 6 aprel 2011 (UTC)Cavabla

Məncə də belədir. Problem ondadır ki, dil məsələsi qabarıq problemlərdən biridir. Haqqında danışdığınız problem haqqında məlumata malikəm. İndi isə macar dilində mətnlər daxil olunub. Bu gün sabah çukça dilində də əlavələr olsa, təəccüblənmərəm. ----N KOziMüzakirə 09:32, 6 aprel 2011 (UTC)Cavabla

Bəlkə macarcanı silək rusca qalsın. Düzdür, heç bir qanuna uyğun deyil, amma o müzakirələrin təkrarlanmasını istəmirəm.--Eмϊn >> 10:24, 6 aprel 2011 (UTC)Cavabla

Macarı qaytardım. --N KOziMüzakirə 10:28, 6 aprel 2011 (UTC)Cavabla

Başqa dillərdə olan bütün məqalələri silin. Amma silməmişdən əvvəl, həmin dillərdə olan Vikimənbələrin idarəçiləri ilə əlaqə saxlayın, onlarla razılığa gələ bilsəniz, buradakı müvafiq məqalələri həmin Vikimənbələrə köçürmək olar. --Cekli829 10:26, 6 aprel 2011 (UTC)Cavabla

Hələlik belə qalsın. Amma həmişəlik belə olmayacaq yəqin ki.--Eмϊn >> 10:37, 6 aprel 2011 (UTC)Cavabla

Ümid edirəm ki olmayacaq. --N KOziMüzakirə 10:38, 6 aprel 2011 (UTC)Cavabla

Təşəkkür edirəm redaktə

Salam, hörmətli idarəçi. Hər şeyə görə təşəkkür edirəm! Bəzən ermənilərin edə bilmədiyi pislikləri öz içimizdən olanlar edir. Yaxşı ki, Siz varsız! Yaxşı ki, Sizin kimi qeyrətli oğullar Vikilayihələrdə Azərbaycan maraqlarını qorumaqdadır! Allah Sizi saxlasın! Hörmətlə, --Irada 05:04, 29 sentyabr 2011 (UTC)Cavabla

Salam. Digər dillərdəki layihələr məsələsi inşallah sonra birdəfəlik həll olunacaq. Bu mətnlərin bəzilərində müəllif hüququ məsələsi də qeyri aydındır. Sistem məlumatları məsələsinə gəlincə, bu mövzuda zənnimcə müzakirələr olmalıdır. Yaradıcılıq dedikdə, bunun nə mənaya gəldiyini anlamadım. --N KOziMüzakirə 06:20, 29 sentyabr 2011 (UTC)Cavabla

Şəxsən mənim daxil etdiyim məqalələrin müəlliflik hüquqlarına cavabdeh özüməm. Mənim haqqında informasiyanı ikt.az-dan ala bilərsiz. Səriyyə Cəfərova, Solmaz Rüstəmova-Tohidi, Məleykə Səma (artıq rəhmətə gedib), Aida xanım və xatırlamadığım neçə-neçə yazıçı və alimlərin razılığını şəxsən özüm almışam və cavabdehəm. Bir də ki, əgər metadan gəlib o məqalələri silməyiblərsə və ya silinməsini tələb etmirlərsə bizim özümüz bunu niyə etməliyik? Xocalı qurbanları olan uşaqlar haqqında kitabı silmək istəyənləri isə mən heç vaxt anlamayacam. Yəqin ki, belələridir Qarabağ müharibəsində erməni tərəfə keçib, azərbaycanlılara divan tutanlar. --Irada 07:17, 29 sentyabr 2011 (UTC)Cavabla

İradə xanım, xoş sözləriniz üçün çox sağ olun. Azərbaycanlıyamsa, bunu etməliyəm.--Emin | mesaj 10:13, 29 sentyabr 2011 (UTC)Cavabla

Qayda redaktə

Adətən mənə qarşı olan bütün kampaniyalarda iştirak edərək, məni Vikiqaydaları pozmaqda ittiham edirsiz. Amma özünüz bəs niyə Vikiqaydalara əməl etmirsiniz? Niyə Azərbaycandilli layihədə Azərbaycan dilinə hörmətsizlik edirsiniz? Xarici dillərdə olan məqalələrin burada saxlanılması ilə bağlı hər hansısa bir qərar qəbul oluna bilərmi? Qətiyyən yox. Mən Sizi Vikiqaydaların aliliyinə hörmət etməyə dəvət edirəm. --►Cek Li Taranmesaj 08:14, 29 sentyabr 2011 (UTC)Cavabla

Mən heç bir kompaniyada iştirak etməmişəm. Hansısa məsələdə kimləsə mövqeyim üst-üstə düşürsə, bu kompaniya sayılmamalıdır. Dilə hörmət eləmək barədə danışmasan, yaxşıdır. Mən dilimı hər yerdə hörmət edirəm. Elə yazdığın kiçik mesajda nə qədər səhv etmisən. Azərbaycanca vikilayihədə işləmək üçün dili bilmək lazımdır. Dilimizdəki ən sadə qaydaları bilmirsən. Öyrənməyə çalış. Ermənicə Vikimənbədə belə mətnlər olsaydı, nümunə götürməyə çalışardınız. Bu mətnlərin vikimənbədə qalmağında hələlik heç bir problem yoxdur.--Emin | mesaj 09:59, 29 sentyabr 2011 (UTC)Cavabla

Absurd ittihamlar irəli sürməkdə davam edirsiniz. Yazdığım mesajda hansı səhvləri etmişəm? Azərbaycan dilini mükəmməldən də yüksək səviyyədə bilirəm! Məni bu mövzuda ittiham etməyə heç bir kəsin zərrə qədər də olsun mənəvi haqqı yoxdur! O mətnlərin Vikimənbədə qalması Vikimənbə idarəçilərinin Vikiqaydaları nə səviyyədə bildiklərini sübut edir! --►Cek Li Taranmesaj 10:15, 29 sentyabr 2011 (UTC)Cavabla

Sizin mənə "Dilimizdəki ən sadə qaydaları bilmirsən. Öyrənməyə çalış." deməyiniz təhqirdir. Buna şəxsən Sizin idarəçi olaraq haqqınız yoxdur! --►Cek Li Taranmesaj 10:17, 29 sentyabr 2011 (UTC)Cavabla

Yazsam da, başa düşməyəcən :) Kampaniya yox kompaniya olmalıdır. "İştirak edərək" ifadəsindən sonra vergül olmamalıdır. "Bilmirsən, öyrənməyə çalış" dedim və əsaslandırdım. Təhqir hardadı?--Emin | mesaj 10:21, 29 sentyabr 2011 (UTC)Cavabla

Hər halda qammaz deyiləm. Guya 2 səhv tapmısız. Amma məhz Sizin istinadlarınız SƏHVDİR. "Kampaniya" sözü üçün sübutum da var. 2006-cı ildə nəşr olunmuş "Azərbaycan dilinin izahlı lüğəti"nin 2-ci cildinin 635-ci səhifəsində də "kampaniya" yazılıb. Mənə iradlar bildirməkdənsə, özünüzü təkmilləşdirməyinizi Sizə məsləhət görürəm. Təhqirin harada olduğunu isə yuxarıda Sizə bildirmişəm. --►Cek Li Taranmesaj 10:38, 29 sentyabr 2011 (UTC)Cavabla

Səhvsiz yaza bilmirsən də. Get o lüğətə yenə bax, gör orda qanmaz yazılıb yoxsa qammaz. Sənlə müzakirə aparmaq qeyri-mümkündü.--Emin | mesaj 16:18, 29 sentyabr 2011 (UTC)Cavabla

Müzakirə apara bilmirsənsə aparma! İnsanların dil biliklərini qiymətləndirmək metodun tamamilə yanlışdır. Yazdığım nə imla deyil, nə də ki, inşa. Mən ismarıc yazmışam. İsmarıclarda isə buraxdığım texniki səhvlər minimuma bərabərdir. Həmçinin "qammaz" da həmin texniki səhvlərdən biridir. Bu təbiidir. Azərbaycan dilinin ən yüksək səviyyəli biliciləri də belə səhvlərə yol verə bilirlər. Amma "kampaniya"nı isə sənə sübut etdim. Bir daha nəzərinə çatdırım ki, Azərbaycandilli Vikimənbədə bütün mətnlər yalnız və yalnız Azərbaycan dilində olmalıdır. Əgər burada başqa dillərdə olan mətnlər mövcuddursa, bu idarəçilərin Vikimənbə qaydalarından xəbərsiz olduğuna və yaxud da həmin qaydaları qəsdən və bilərəkdən pozduqlarına sübutdur. Hörmətsizlik edib, "Siz"siz danışdığın üçün səninlə də "Siz"siz danışıram. --►Cek Li Taranmesaj 04:27, 30 sentyabr 2011 (UTC)Cavabla

Salam, Vüqar, necəsən ? ) Neçə vaxtdır baş çəkə bilmirdim buralara, axır ki gəldim. Bu səhifəyə baxarsan, vaxtın olsa. Təkliflərini de, hazırlayıb səsverməyə çıxaraq.--Emin | mesaj 18:13, 11 İyul 2012 (UTC)

Salam Emin. Elə bir ciddi fərq yoxdu indiki ilə, bəlkə səsverməsiz əlavə edək? --N KOziMüzakirə 11:56, 17 İyul 2012 (UTC)

Əlavələr etmək lazımdır, səsverməsiz kiminsə etirazına səbəb ola bilər. Əlavələr edəcəm mən həftəsonu.--Emin | mesaj 12:11, 17 İyul 2012 (UTC)

Ok. --N KOziMüzakirə 13:45, 17 İyul 2012 (UTC)

Переводы Блока redaktə

Добрый день! Прошу проверить правильность определения русского оригинала для следующих переводов Блока:

Азербайджанского языка я не знаю, и для перевода пользовался Google Translate. Если я ошибся, смело убирайте интервики здесь и в русской Викитеке. -- Sergey kudryavtsev (talk) 07:49, 2 dekabr 2013 (UTC)Cavabla

Məktublar redaktə

Salam, Cekli. Əlavə etdiyin məktubların adlarını indiki formada yox, yəni "Məktub:XXXX" yox "XXXX məktubu" formasında yazmağını təklif edirəm. Çünki qeyd etdiyin formada ad fəzası vikimənbədə yoxdur. Digər vikilərdə də rast gəlməmişəm buna.--Emin ismarış 14:43, 27 yanvar 2014 (UTC)Cavabla

Əleyküm salam. Bunu bugzillada həll etmək olar. Ora müraciət edib yeni ad fəzası açılsa, heç bir problem qalmaz. Mümkünsə, hələlik belə qalsın. Vikimənbə inkişaf etdikcə belə problemləri də ümumi ortaq qərar ilə aradan qaldıra bilərik. Hörmətlə, --►Cekli829 07:10, 28 yanvar 2014 (UTC)Cavabla
Yeni ad fəzasına da ehtiyac duymuram mən. Məktublar üçün ayrı ad fəzası niyə açılsın ki? Onda gərək ayrıca "fərman", "sərəncam" və s. ad fəzaları üçün də müraciət edək. Bunlar da səhv eləmirəmsə, ümumi mətn sayına təsir etmir. Hələlik bu formada qalması ciddi problem deyil.--Emin ismarış 12:10, 28 yanvar 2014 (UTC)Cavabla
Adlar fəzasının dəyişilməsi bugzillaya aid bir məsələdi. Məsələn, Vikikitabda müxtəlif adlar fəzası (Vikiuşaq, Resept və s.) mövcuddur. İdeya varsa, gerçəkləşməsi də mümkün ola bilər. Əgər gələcəkdə bəhs olunan məqalələrdə ad dəyişiləcəksə, o zaman bu üçü arasında seçim etmək lazımdır:
"Məktub:XXXX"
"XXXX məktubu"
"XXXX" --►Cekli829 05:15, 29 yanvar 2014 (UTC)Cavabla
Məktublar üçün ayrıca "kateqoriya ağacı", şablonlar yaratmaq lazımdır. Amma tamam başqa ad fəzasında olmasına ehtiyac yoxdur, məncə. Vikikitabda "resept" ad fəzası da gərəksizdir, məncə. Onu da müzakirə etmək olar layihənin özündə.--Emin ismarış 14:55, 29 yanvar 2014 (UTC)Cavabla

Mətnlər redaktə

Salam, Araz bəy. Bura əlavə etdiyiniz mətnlərdən əvvəl çap olunmayanı var?--Emin ismarış 17:52, 21 fevral 2014 (UTC)Cavabla

Salam Emin. Mənə aid mətnləri soruşursuzsa çalışıram ki, çap olunan məqalə və ya şeirləri bura əlavə edim. Qaldı digər yazarların mətlərinə — Vikipediyada olan qeyri ensiklopedik hissəni bura keçirir və vikidən silirəm. --Araz Yaquboglu (talk) 07:53, 22 fevral 2014 (UTC)Cavabla

Təşəkkürlər redaktə

Eminn salam. Yardıma görə çox-çox təşəkkürlər [1]. Bir məsələ var: kitabın ingilis və rus dillərində variantlarını uyğun səhifələrinsonuna ata bilərəm?--Irada (talk) 06:26, 28 fevral 2014 (UTC)Cavabla

Buyurun, İradə xanım. En vikidə [2], ru vikidə [3] bu qaydalar var. Mən də tərcümə eləməyə başlamışdım yarımçıq qalıb hələ ki [4]. Deməli, belədir qayda: Azərbaycanca Vikimənbədə tərcüməsi yerləşdirilən başqa dillərdəki mətnlərin orijinal versiyaları da yerləşdirilə bilər. Amma bu kitab Azərbaycanca yazılıb sonra tərcümə edilib, deyəsən. Əgər həmin dillərdəki Vikimənbələrə yerləşdirmək alınmırsa, hələlik bura yerləşdirilməsində problem olmaz.--Emin ismarış 06:36, 28 fevral 2014 (UTC)Cavabla

Salam, Araz bəy. Əlavələriniz üçün təşəkkürlər. Sizdən bir xahişim olacaq. Daha əvvəl də bu barədə yazmışam sizə. Əlavə etdiyiniz mətnlərin daha əvvəl çap olunmuş olmasına və Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında da qeyd olunmuş "Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır." maddəsinə mümkün qədər diqqət yetirin. Gələcəkdə burada ciddi işlər başlananda problemlər yaranmasın deyə. Məni anlayışla qarşılayacağınıza ümid edirəm.--Emin ismarış 16:06, 1 İyun 2014 (UTC)

Salam cəfakeş həmkarım Emin bəy. Dediklərinizdən belə anladım ki, 1944-cü ilə qədər vəfat etmiş müəlliflərin əsəri yüklənməlidir. Yaxşı bəs əgər 70 il məsələsindən kənara çıxsaq istifadə edilmiş mənbə kimi kitabı və ya link göstərsək mətn yükləmək olarmı? --Araz Yaquboglu (talk) 06:18, 2 İyun 2014 (UTC)
Əslində yükləmək olmaz. Amma indi ciddi tələblər qoysaq, Vikimənbə inkişaf etməyəcək. Gərək müəlliflik hüququ ilə bağlı icazə alınsın. 1944-cü ildən sonra vəfat edənlərin müəlliflik hüququ icazəsini necə almaq olar bilmirəm. Siz əlavə etdiyiniz hal-hazırda yaşayan şəxslər əsərlərinin burada yerləşdirilməsinə razılıq vermələri haqda mənə e-mail yazsalar, yaxşı olardı.--Emin ismarış 10:05, 2 İyun 2014 (UTC)

Salam redaktə

Salam. Fəaliyyətiniz üçün təşəkkürlər. Zəhmət olmasa, səhifələrdə header yox Şablon:Başlıq istifadə edin. Uğurlar.--Emin ismarış 18:51, 17 İyun 2014 (UTC)

Aleykum salam. Ok. --Kriptex (talk) 19:09, 18 İyun 2014 (UTC)


Salam Emin. Qarşıdan gələn müqəddəs bayram münasibətilə Sizi təbrik edirəm. Yeni istifadəçilər üçün Sizin hər bir iradınız, şübhəsiz ki, istifadəçinin fəaliyyəti üçün böyük köməkdir. Gələcək fəaliyyətimdə oxşar nöqsanlara yol verməmək üçün Yasaqlar adlanan yeni mövzunun Sizin tərəfinizdən silinməsi səbəblərini bilmək istərdim. Əlavə olaraq bildirmək istərdim ki, şifahi xalq ədəbiyyatının janrları olan Yasaqlar, Sınamalar, Əfsanələr, Mifoloji mətnlər tərtib edilərkən onlar xalq söyləmələri olduğuna görə onların qeydə alındığı yerli dialektlər və şivələr əsas kimi saxlanılır. (Məsələn, Yasaqlarda qeyd olunan verməzdər, zəfər toxuyallar. Şər vaxdı, şəpələr dəyər, adam vırmalı, çalmalı olar, Bı vaxdı və s. Mən həmin mövzunu işləyərkən həmin yasaqların hansı formada qələmə alındığı mənbəni də (Əsatirlər, əfsanələr və rəvayətlər. Bakı,2005. səh.248-254) qeyd etmişdim. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm. Rəşid Nurməmmədov (talk) 17:05, 27 İyul 2014 (UTC) 22:00 27. 07.2014.

Salam, gec də olsa mən də sizi bayram münasibəti ilə təbrik edirəm. Əfsanələr ayrı-ayrı adla əlavə olunduğundan problem yaratmır, amma Yasaqlar müxtəlif mənbələrdə müxtəlif formada yazılmaq ehtimalına görə Vikimənbəyə əlavəsində problemlər meydana çıxa bilər. Həmçinin başqa xalqların şifahi xalq ədəbiyyatlarında da bu formada janrlar ola bilər ki, bu da onların Vikimənbəyə əlavəsi zamanı əlavə problemlər yarada bilər. Gələcəkdə "Vikimənbəyə nələri əlavə etmək olar" prinsipi işlənib hazırlandıqdan sonra belə problemlər aradan qalxacaq. Hələlik həmin səhifəni bərpa edirəm, uğurlar!--Emin ismarış 19:48, 2 avqust 2014 (UTC)Cavabla

Sual və təklif redaktə

Salam. Ramazan bayramınız mübarək. Sual: Bəzi kateqoriyalarda səhifə başlıqları kimi başlıqlar var, yəni təvəllüd, kiçik məlumat və s. (məs: Kateqoriya:Hüseyn Cavid) , bəzilərində yoxdur (məs: Kateqoriya:Mirvarid Dilbazi). bunun hansı daha düzgündür? hansını tətbiq etsək daha yaxşıdır? Bir də belə bir təklif var: Müəllif səhifələrində, vikipediyada olduğu kimi müəlliflərin əsl adını, yaxud tam adını qeyd edək. Bu şair və yazıçılara daha çox lazımdır. təxəllüslə tanınır, lakin əsl adları da qeyd olunsa yaxşı olardı. --Kriptex (talk) 16:13, 30 İyul 2014 (UTC)

Salam. Təşəkkürlər! Gec yazdığım üçün üzrlü hesab edin. Ümumiyyətlə, müəllif adları ilə olan kateqoriyalara ehtiyac yoxdur, Müəllif:XXXX tipli səhifələr kifayətdir və lazım olan məlumatlar Müəllif:XXXX səhifəsində qeyd olunmalıdır. Müəlliflərin adlarının necə qeyd olunmasını hər müəllif üçün ayrıca müzakirə etmək olar.--Emin ismarış 19:40, 2 avqust 2014 (UTC)Cavabla

Neftçi redaktə

"Neftçi"_Peşəkar_Futbol_Klubunun_Nizamnaməsi&action=edit&redlink=1 Əhəmiyyətli mətn necə olur, əhəmiyyətsiz necə olur ? =D --samral müzakirə 20:27, 12 noyabr 2014 (UTC)Cavabla

Bu nə bədii əsərdir, nə tarixi, hüquqi sənəddir, belə mətnləri yerləşdirməyə ehtiyac yoxdur. Onda hər təşkilat öz nizamnaməsini yerləşdirər bura. Düzdür, burda demək olar ki, heç bir prinsip qəbul olunmayıb. Amma bu o demək deyil ki, istənilən mövzuda mətni yerləşdirmək mümkündür.--Emin ismarış 12:37, 13 noyabr 2014 (UTC)Cavabla

Bibliya və Quran redaktə

Salam. Təklif edirəm ki, gəl Bibliyanı bura yerləşdirməyində mən sənə kömək edim, tam yerləşdirək bitirək. Sonra da sən mənə kömək elə eyni qaydada Quranı bura yerləşdirək. Nə deyirsən ?--samral müzakirə 20:29, 12 noyabr 2014 (UTC)Cavabla

Salam. Bibliyanı tam yerləşdirməyi düşünürəm ilin sonuna kimi, sonra vizual dəyişiklər edərik birgə :) Vikimənbədə aktivlik göstərməyin təqdirə layiqdir, alqışlayıram!--Emin ismarış 12:38, 13 noyabr 2014 (UTC)Cavabla

1-ci sualıma cavabı verdin və bildim. Bəs 2-ci sual ?--samral müzakirə 13:27, 13 noyabr 2014 (UTC)Cavabla
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi) Vikimənbədə var artıq, başqa tərcüməni də əlavə etmək olar, hər cür yardım göstərməyə hazıram .--Emin ismarış 19:21, 13 noyabr 2014 (UTC)Cavabla

Kateqoriya redaktə

Salam Emin bəy. İstəyirəm çoxdan aralı düşdüyüm, az-az daxil olduğum Vikimənbədə müəyyən qədər çalışım. Son günlərdəki redaktə və dəyişikliklərinizi gördüm, yaxşıdır və razıyam. Bir məsələni deyim ki, fikrimcə Müəllif:Kimsə səhifəsinə Kateqoriya:Kimsə əlavə olunsa yaxşı olardı. Çünki belə olanda hər iki səhifə bir-birilə əlaqəli olacaq və ordan-ora keçmək rahat olacaq. Birdəki bəlkə elə bir-başa Müəllif sözlərini yığışdıraq ad qalsın digər vikilərdəki kimi. --Araz Yaquboglu (talk) 07:35, 21 noyabr 2014 (UTC)Cavabla

Salam, Araz bəy. Hər zaman Sizi burada görməyə şadam :) Kateqoriya:Kimsə formasında olan kateqoriyalar çox güman ki, silinəcək. Müəllif səhifələri mövcud olduqdan sonra o kateqoriyalara ehtiyac yoxdur, ona görə Müəllif səhifələrinə əlavə etmirəm. "Müəllif" ad fəzası demək olar bütün Vikimənbələrdə mövcuddur.--Emin ismarış 15:52, 21 noyabr 2014 (UTC)Cavabla

Sərraf Şiruyə redaktə

Emin bəy salam. Sərraf Şiruyənin şeirlərini niyə sildiniz. Müəllif hüququ pozuntusu səbəbdirsə o tipli səhifələr çoxdu axı. --Araz Yaquboglu (talk) 09:41, 6 dekabr 2014 (UTC)Cavabla
Salam, Araz bəy. Düzdür çoxdur, yavaş-yavaş silinəcək onların hamısı. Sərraf Şiruyə ilə başlamağım sadəcə təsadüf idi. Statistikanın 3000-dən aşağı düşməməsi üçün birdən birə hamısını silmirəm.--Emin ismarış 09:43, 6 dekabr 2014 (UTC)Cavabla

Müəlliflik hüququ redaktə

Salam həmkar. Bu tipli səhifələrdə müəlliflik hüququ necədi? --Araz Yaquboglu (talk) 07:16, 7 dekabr 2014 (UTC)Cavabla

Salam. Məqalələr də müəlliflik hüququ ilə qorunur.--Emin ismarış 08:12, 7 dekabr 2014 (UTC)Cavabla

"Eminn/Arxiv 1" istifadəçi səhifəsinə qayıt.