Kateqoriya redaktə

Salam, Sortilegus. Sizin yaratdığınız son məqaləyə (Görmədim) baxanda kateqpriya əlave etmədiyinizi gördüm. Fikrimcə kateqoriyalar elave etməyə ehtiyac var. Mən özüm yaratdığım məqalələrdə şairlərin əsərlərini elə onalrın öz kateqoriyalarına əlavə edirəm. Məs Qazi Bürhanəddinin rübailəri onun öz kateqoriyasındadır (Kateqoriya:Qazi Bürhanəddin) (bilmirəm bu nə dərəcədə düzgündür amma səvhliyinə də inanmıram). Zəhmət olmasa məqalələrinizə kateqpriyaları əlave edin.--Ziya 11:54, 3 Yanvar 2008 (UTC)


Sortilegus, salam. Sizi burada görməyimə çox şadam. Ana səhifədə kateqoriyalarla bağlı bəzi düzəlişlər etmişəm. Siz nə məsləhət görərdiz? Uğurlar.--Irada 12:09, 1 Avqust 2008 (UTC)

Your edit to Kateqoriya:Candidates for speedy deletion redaktə

Why did you make this edit? This page is for listing pages for deletion, so it must not be deleted. I have reverted your edits. If you believe that your edits should be kept, please explain why. Thanks. GT5162 12:45, 4 Aprel 2009 (UTC)

Ok, I understand. GT5162 10:28, 7 Aprel 2009 (UTC)

Təbriklər redaktə

Salam Emin. İdarəçiliyin mübarək:) İnanıram ki, hamımızın etimadını doğruldacaqsan. Sistem məlumatları burda ancaq latınca olsun. Çünki, Vikidə o məsələ hələ eksperiment kimi özünü doğrultmayıb. Vikidəki tərcümə olunan sistem məlumatlarını bura at (təbii ki Vikipediya sözlərini VikiMənbə ilə əvəz etməklə)- sonra o işi paralel apararıq. Orda tərcümə elədikcə bura köçürərik. İlk növbədə işarələri bura köçür - məsələn "poem" burda çox işlənir. Nəsə problem olsa, mən həmişə kömək etməyə hazıram. Sənə uğurlar. Hörmətlə:--Sortilegus 10:32, 11 Iyul 2009 (UTC)

Çox sağ ol. Müzakirə səhifəsində qeyd etdiyini düzəltdim. İşarələri bura köçürmək istədim, amma hansını köçürmək lazım olduğunu bilmədim, məs, <math></math>, <ref></ref> - bunlar burda lazımdı?--Emin 13:38, 11 Iyul 2009 (UTC)

"math" riyaziyyatla bağlı olan işarədir. İnanmıram burda çox işlənə. Vikipediyada riyazi tənliklər və s.-lə bağlı məqalələrdə işlənir. Amma "ref" mənbə göstərmək üçündür. O mütləq lazımdı. --Sortilegus 16:46, 11 Iyul 2009 (UTC)

Ərəb hərfləri və Simvollar bölməsini köçürüm? simvollar bölməsində bəziləri lazım ola bilər bəziləri yox.--Emin Mesaj 17:37, 11 Iyul 2009 (UTC)

Törəmə layihələr redaktə

Salam. "Törəmə layihələr" şablonundakı düzəlişlərə görə çox sağ ol. Ana Səhifə-testə baxsan yaxşı olar. Düz bir şey alınmayıb.--Emin Mesaj 19:40, 28 Iyul 2009 (UTC)

Salam. Ana səhifənin dizaynına görə narahat olma. Yavaş-yavaş düzəldəcəyik. İndilik bax gör forma kimi başqa VikiMənbələrdən hansının formasını bəyənirsən. Onu əsas götürüb onun üstündə işləyək. Bəzi şeylər də var ki, onların bütün Azərbaycandilli viki layihələrdə eyni formada olması daha məqsədəuyğundu. Törəmə layihələr şablonu da onlardan biridir. Hörmətlə:--Sortilegus 21:28, 30 Iyul 2009 (UTC)

Salam. Demək olar ki, bütün VikiMənbələrin Ana Səhifəsinə baxdım. Çoxunun Ana Səhifəsi bir-birinə oxşayır. Türkiyə VikiMənbəsinin Ana Səhifəsi yaxşıdı. Amma bizim VikiMənbənin Ana Səhifəsinin onların Ana Səhifəsinə bənzəməsini istəmirəm. Bir də bu VikiMənbələrin Ana səhifəsi yaxşı kimidi sl:, hu:. Bu vikinin th: dizaynı maraqlıdı.--Emin Mesaj 18:54, 1 Avqust 2009 (UTC)

Eşq olsun. Görürəm bura tam nəzarətindədi. Deməli, burdan arxayın ola bilərik:) Vikipediyada şairlərin, aşıqların, yazıçıların səhifələrindən şeirləri, əsərləri bura köçürdükcə ordan sil (siləndə qeyd elə ki, VikiMənbəyə köçürüldü, elə başa düşülməsin ki boş-boşuna məqalədən silmisən). Şeirini, əsərini bura əlavə etdiyin şairə, yazıçıya ayrı kateqoriya yarat və Vikipediyadakı səhifəsində şablon yerləşdir ki, VikiMənbədə həmin şəxs haqqında yazı var. Sadəcə heç olmasa 1 şeir saxla ki, yəqin özün də görürsən orda yeni istifadəçilər səhifədə şeir görəndə özləri də haqqında məqalə yaratdıqları şairin, aşığın şeirlərini əlavə edirlər. Bu da bizim xeyrimizədir. Ordan bura köçürmək daha asandır, nəinki internetdən, kitablardan axtarıb tapmaq və köçürmək. Ana səhifəyə gəldikdə - sənin qeyd etdiyin VikiMənbələrin ana səhifələrinə baxdım. Nəsə mənə elə gəlir ki, hamısı çox bəsitdirlər. Biz inşallah daha yaxşısını düzəldərik. Sentyabrda 2-3 günə bu məsələni həll etməyi boynuma götürürəm:) Hörmətlə:--Sortilegus 20:38, 13 Avqust 2009 (UTC)

Mənim müzakirə səhifəmdəki mesajlara sənin cavab yazmağın məni sevindirir. Son mesajlar gələndə sənin nəsə yazacağını gözləyirdim. Çümki özüm nə yazacağımı bilmirdim. Eyni mesajı iki dəfə yazmışdım. Başqa heç nə yazmalı olduğumu bilmirdim.--Eмϊn Mesaj 09:55, 5 Noyabr 2009 (UTC)

Təşəkkür və... redaktə

Salam. İdarəçi ulduzuna görə çox sağ ol.
Məncə, mətnlərin daxilində mətnin adını yazmaq lazım deyil. Bir də vaxtın olsa, bura baxarsan. Bilirəm, o qədər də yaxşı alınmayıb. Kateqoriyalar bölməsində problem var, deyəsən. Ulduza görə bir daha təşəkkür edirəm.--Eмϊn >> 14:39, 6 Yanvar 2010 (UTC)

İdarəçi ulduzu sənin haqqındır. Burda çox iş görmüsən. Ana səhifənin test variantı da yaxşıdır, cüzi dəyişikliklərdən sonra əsas variant kimi götürə bilərik. Amma tələsmə - qoy yaxşı-yaxşı ölçüb-biçək. --Sortilegus 15:39, 7 Yanvar 2010 (UTC)

Qəzəllər və rübailər redaktə

Salam. Bu səhifəyə [1] baxarsan. Burdakı qəzəllərə və rübilərə hansı adı vermək lazımdı? Deyəsən, başqa da belə səhifələr olmalıdır.--Eмϊn >> 10:18, 8 Yanvar 2010 (UTC)