Şah İsmayıla nəzirə

Şah İsmayıla nəzirə
Müəllif: Ərzurumlu Əmrah
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Şövqü eşqi əhli şövq almış dəmi peymanədən,
Onun iiçıin bir qedəm keçməz deri meyxanedən.
Cəzbəsindən ney fəğan eyler, sürahi dəm çəkər,
Hər nə dəm kim, narələr zahir olur məstanədən.
Can gözüyle seyr edib eşqi - həqiqi fərq eden,
Terk edən canu cahan şəmə yanan pərvanədən.
Çıxsa, Haq olsa tənim suzi fəraqınla sənin,
Tebi - eşqin həşrətək çıxmaz dili viranədən.
Gər məramın pəru-bal açmaqsa Əmrah kuyinə,
Necə mürğilər uçurdum mən bu qırğın lanədən.