Şair və artist
Müəllif: Cəfər Cabbarlı


Ş a i r - Adə, artist əmoğlu, bu nə işdir a balam?
Artist - Hansı is, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Ş a i r - Bığların harda qalıb? Yoxsa qoyubsan evdə?
Artist - Millətin nəfinə saqqal, bığı lazımdı yolam!
Şair - Bığa bax, saqqala bax, ay bərəkallah belə baş?
Artist - Şerə bax, şairə bax, başına düşsün yekə daş.
Şair - Bu sifətlə özün insan sanır, a başına kül!..
Artist - Yazdığından necəyəm: pis deyiləm ki!.. Di çəkil.
Şair - Millətin boynuna minnət də qoyur tülkü sifət.
Artist - Sənə nə, sən nə deyirsən, çıxa canm uzan öl.
Şair - Yarım arşın saça bax, ay bərəkallah belə baş!
Artist - Baş deyil, lap küdüdür, üstünə düşsün yekə daş.
Şair - Yaxşı gəl əyri otur, düz danışaq, ay mirzə!
Artist - Bən ki, bir söz demirəm, sən danışırsan hərzə.
Şair - Hərzəgu lap babanın babasının babasıdır.
Artist - Çox uzaq getmə, əlindən suda verrəm ərzə.
Şair - Sən də donosbaz imişsən? Bərəkallah belə baş!
Artist - Bərəkallah başına! Üstünə də bir yekə daş.
Şair - Yaxşı, bir söylə görüm, millətə verdinmi səmər?
Artist - Bu nə sözdür? Oyun bir həftə çıxır, yoxdur nəfər.
Şair - Pulu bəs kimlərə çatdi o tiyatorlarmm?
Artist - Özümə, lap özümə! Qeyrisi də vardı məgər?
Şair - Çox gözəl xidmət imiş, başına düşsün yekə daş.
Artist - Sən özün böyləmisən millət üçün, ay yekəbaş.
Şair - Bən də şair babayam, şeir yazib nəşr edirəm.
Artist - Yaxşı, bir azca tez ol! Yoxsa işim var gedirəm.
Şair - Bəs dayan di, hara qaçdın? Qutarım söhbətimi.
Artist - Sonra, sonra gələn həftə, bu qızı bən görürəm.
Şair - Yeri bulvar qoduğu! Bəs qız üçünmüş bu təlaş?
Millətin aktyoru! Ay bərəkallah belə baş!
Qız dalınca yügürür. Başına düşsün yekə daş.
Hatifi -Qeybi bulardan gözləmək imdad əbəsdir.
Çağırma: “Milləti-biçarə” - bəsdir!!!