Şol cənnətün irmaqları aqar Allah deyü-deyü

Şol cənnətün irmaqları aqar Allah deyü-deyü
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Şol cənnətün irmaqları aqar Allah deyü-deyü,
Çıqmış İslam bülbülləri, ötər Allah deyü-deyü.

Salınur Tuba dalları, Qur’an oqir həm dilləri,
Cənnət bağınun gülləri qoqar Allah deyü-deyü.

Kimi yeyüb kimi içər, həp mələklər rəhmət saçar,
İdris nəbi hüllə biçər, biçər Allah deyü-deyü.

Həp nurdandur dirəkləri, giimüşdendür yapraqlan,
Uzanduqca budaqlan bitər Allah deyü-deyü.

Aydan andur yüzləri, mİskü ənbərdür sözləri,
Cənnətdə huri qızları gəzər Allah deyü-deyü.

Həqqe aşiq olan kişi aqar gözlərinün yaşı,
Pümur olur içi - taşı, söylər Allah deyü-deyü.

Nə dilərsən Heqdən dilə, qılavuz ol doğru yola,
Bülbül aşiq olmış gülə, ötər Allah deyü-deyü.
 
Açıldı göglər qapusı, rehmətle doldı həpisi,
Səkiz cənnetün qapusı açar Allah deyü-deyü.

Miskin Yunus, var yarına, qoma bu güni yarına,
Yarın Həqqün didanna varur Allah deyü-deyü.