Əcəb-əcəb nə nəsnədür bu dərd ilə fəraq bana

Əcəb-əcəb nə nəsnədür bu dərd ilə fəraq bana
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Əcəb-əcəb nə nəsnədür bu dərd ilə fəraq bana,
Canumı sərxoş eylədi, eşq ağusı tiryək bana.

Kimün kim rənci var isə dərdinə dərman ıstəsün,
Kəsdi bənüm bu rencümi, dərman oldı bu dərd bana.

Eşq odına yan der isən, könüllərə gir der isən,
Qaranğular aydın ola, no qendilü çıraq bana.

Gögdən enən dört kitabı gündə bin gəz oqur isən,
Ərənlərə münkir isən didar ıraq səndən yana.

Miskin Yunus, ərənlərə təkəbbür olma, topraq ol,
Topraqdan bitər küllisi, gülüstandur topraq bana.