Əcəb oldı halum bu eşq əlindən

Əcəb oldı halum bu eşq əlindən
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Əcəb oldı halum bu eşq əlindən,
Görəməzəm yolum bu eşq əlindən.

Bu qamu aləmün tacı ikən uş,
Ayaqlarda giləm bu eşq əlindən.

Gərib bülbülləyin zari qıluram,
Aqar gözdən selüm bu eşq əlindən.

Xəzəl yapraqləyin bənzüm sarardı,
Qararuban öləm bu eşq əlindən.

Yarın məhşərdə ben yırtam yaqamı,
Neçə zara gələm bu eşq əlindən.

Nedərəm ben yanın vəslindən ayruq?!
Büküldi qədd-balam bu eşq elindən.

Yunus, sen Tapduğuna qıl dualar,
Demə kim, ne qılam bu eşq əlindən.