Əz qeylü qal mǝdrǝsǝ xoşdur ki, olsa dur

Əz qeylü qal mədrəsə xoşdur ki, olsa dur
Müəllif: Şah İsmayıl Xətai



Əz qeylü qal mǝdrǝsǝ xoşdur ki, olsa dur,
Ey dil, hǝzǝr qıl onda ki, yoxdur sana qüsur.

Meyxanǝ küncün istǝ, deyǝr, saqiyi-lǝtif,
Öz vǝhdǝtindǝ ol ki, çü allah imiş qǝfur.

Əfsanǝ sözlü vaizi görsǝn mǝlamǝt et,
Ta xǝlq içindǝ eylǝmǝyǝ razini zühur.

Bulsun bu malü mülkü vǝ gǝr hiç bulmasın,
Neyçün ki, vǝsl yardır ancaq mana zǝrür.

Sǝndǝn Xǝtai mehrü vǝfa iltimas edǝr,
Yarǝb, müradi aşiqi-biçarǝnin budur!