Aşıq Qənbərin aşıq Valehə məktubu

Aşıq Qənbərin aşıq Valehə məktubu
Müəllif: Aşıq Qənbər
Aşıq Valeh
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Aşıq Valehin gözləri ağrıyan zaman, göz ağrısından başı çıxan şair-aşıq Qənbərin yanına adam göndərmiş və müalicə üçün məsləhət istəmişdir. Gülablı şair Qənbər həmyerlisi aşıq Valehə aşağıdakı zarafatyana məktubunu yazmışdır:

Göy daş ilə duz qoy, ona zəy bağla, qurum qat,
 Ey Valehi-məşhur.
Zırnıxı, kükürdü gətir tez belə islat
Civə ilə məqdur.
 Şoray ilə şorab, pəyyaz qədrdə bat-bat
Bir qədri də nil ur.
Nişadürü tənbəkiyə qat, anduzı qaynat,
Həm sirkeyü-ənkur.
Bağla gözüyün nuruna, çəkmə dəxi heyhat.
Qoyma ki ola kor.
Tiryək iki misqal yarım süddükən ilə
Ayran və qara ot.
Mərgümüşü əz narın, ələ həmkətan ilə.
əzvay ilə istiot.
Maliki odunu roğən, qara tikən ilə
Mülhəqq eylə mərbut.
Qəvvama gəlib qaynasın on yeddi müdava,
Düşür yerə dərdəm,
Çəkmə dəxi göz qəmini, xof eyləmə əsla
Dürüst eylə mərhəm,
Xam bizə yıxıb, qədr də pambıq ilə peyda
Bağla onu möhkəm.
Görməz gözün azar, qiyamət ola bərpa,
Heç gəlməz ona nəm.
Görsə gözünü görməgin, aləm qalı həmmat,
Olmaz belə pürnur.