Aşiq oldum, bilmədim yar özgelərlə yar imiş

Aşiq oldum, bilmədim yar özgelərlə yar imiş
Müəllif: Əlişir Nəvai
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Aşiq oldum, bilmədim yar özgelərlə yar imiş,
Allah, allah, eşq ara hansı bəlalar var imiş!
Bir əlifdən gör neçə aşiq yıxılmış, xəstədir.
Qəddinə vurğun könüllər hasili-azar imiş.
Sancılıb el bağnna kiprik ucun qanım tökür,
Sən demə qanım tökən tər kipriyin bir xar imiş.
Sandım sarğın ilə qan ftşqıran min yarəmi,
Anladım: sarğın sənin ağ bir kəfəndən tar imiş.
Dan yerində mən şüa... sən kölgə saldın üstümə,
Kölgə yox, canım alan nazəndə bir dildar imiş.
Qaşların bir cüt qılınc... baxdım, yaman qorxdum, inan,
Sən demə, ölsəm də can ol tiğə minnətdar imiş.
Ey Nəvai, aşiq olma, sən gözəllərdən çəkin,
Göz ki, gördü, can ki, yandı, üzmək əl düşvar imiş.