Allah, bağışla günahkar bəndəni

Allah, bağışla günahkar bəndəni! (1994)
Müəllif: RAUF CAVAD

Allah, bağışla günahkar bəndəni!
Peşmanam artıq, nolar əfv et məni!

Gəlmişəm hüzuruna üzü qara,
Tək ümidgah düşünüb-bilib səni!

Verib nemətini bada-güdəza,
Görməyib gözü-m kimsəsiz körpəni!

Uyub əqlimin kor nəfsi şeytana,
Düşünməyib nə çox ac ailəni!

Bəxş etdin varı-sərvəti cahana,
Anlamadı-m ki, sənsən bar verəni!

Gəlmişidi hamı lüm-lüt dünyaya,
Unutdu-m o günü, bu gün, dünəni!

Xəlq etdin bizi, can verdin məxluqa,
Əfsus ki, zay etdi-m bu ruh-bədəni!

Lütf etdin azadlığı hər insana,
Oldu-m əsir getdi əldən gedəni!

Ömrü yoldaş verdin ay-gün-həyata,
Sevmədi-m üzü gül-ay-nur gecəni!
 
Sübhi-qərar verdin xoş gün-zamana,
Bölüşə-m sevinc-kədəri, mədəni!

Sandı-m ki, hər şey məxsus bu ağıla!
Dedi-m, tək qazanmışam xəzinəni!

Qanmaz qafiləm haqqı paylaşmağa!
Rauf, əfv edərsən, mən zülm edəni?!