Anam təlim edən dildə

Anam təlim edən dildə
Müəllif: Mirzə Əli Möcüz
Mənbə: Buludxan Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, “Elm vətəhsil” nəşriyyatı, 2012. səh. 223-224.

Mənə lütf eylə, ey saqi, gətir o cami–sərşari
Ki, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.

Nəpüstəm var, nə badamım, nətüxmi – şur, nə neytaqim,
Məzə olsun məni – biçizə yarın ləli şəhvari.

De gəlsin məclisə mütrüb, əlində sazü mizrabi,
Çalıb tarü dəfi, şad eyləsin mən aşiqi – zari!

Nə kisəmdə zərim vardır, nə ambarımda bir həbbə,
Əlim boşdur, üzüm qarə, doyunca mey içim bari.

Nə məllakəm, nətüccarəm, nəxani – mərdümazarəm,
Mataim şerdir ancaq, onun da yox xiridari.

Dilim türki, sözüm sadə, özüm səhbayə dildadə,
Mənim tək şairin, əlbət, olar kasad bazari.

Dünən şer ilə bir namə apardım şahi–İranə,
Dedi: "Torki nəmidanəm, məra to bəççe pəndari?"[q 1]

Özü türk oğlu türk, əmma deyir türki cəhalətdir,
Xudaya, müzməhil qıl təxtidən bu al – Qacari!

Ümidim kəsmə, Möcüz, yaz anan təlim edən dildə!
Gəzər bir ərməğan tək dəftərin Çini və Tatari.

Qeydlər redaktə

  1. Türkcə bilmirəm, sən məni uşaq sanırsan? (fars)