Axtarır

Axtarır
Müəllif: Mirzə Əli Möcüz

Dilbәra! Bu rind genә bir yağlı qurban axtarır,
Bu qәlәtdir kim, deyәrlәr, әhli-iman axtarır.

Vaizә әrz eylәyim bihudә zәhmәt çәkmәsin,
Çoxdu meydani-sәxavәt, gәr müsәlman axtarır.

Bu pәrişan qız mühübbü şahi-mәrdandır, әmu,
İrzü namusu eşikdә, bir tikә nan axtarır.

Bilmirәm sirri nәdir Parisә getmir bu mәriz,
Dәrdinә gәh Xamnәdә, gәh Sisdә dәrman axtarır.

Binәvanın gözlәrin mili-tәәssüb kur edib
Mәtlәül-şәms cәhldә abi-heyvan axtarır.

Alәmi pürnur edib nuri-qәmәr, yәllәl-әcәb,
Nuri şәm ilә bu nadan mahi-taban axtarır.

Qoy yerә sәccadәni, al başuvi, bir yana qaç,
Kafәr әldә qanlı xәncәr әhli-Quran axtarır.

Pirәzәnlәr karidir tәsbih ilә cәng eylәmәk,
Al әlә dәhtiri, düşmәn mәrdi-meydan axtarır.

"Lovhәşәllah", "maşәallah", "afәrin", "sәd afәrin!"-
Şiәnin qarnın doyurmur; musyo Vartan axtarır.

Mülhüdün dәhr ilә yoxdur kari ki, qanın tökә,
Xalisәn-muxlis mühübbü şahi-mәrdan axtarır.