Ayə məndədi (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ayə məndədi Müəllif: Aşıq Alı |
Bu gün seyraqubdan bir söz eşitdim,
O söz dostdan deyil, ayə məndədi.
Dedim: nədir sədrin üstə bəslərsən?
Dedi: tifil ikən, ayə, məndədi.
Sevdiciyim təzə geymiş buxara,
İnsafdımı bülbül baxa bu xara?
Gəşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlişim a Yəməndəndi.
Aşıq Alı pirdən içdi nə cami,
Nə axunddu, nə molladı, nə cami...
Nə Firdovsi, nə Səyyadi, nə Cami?
Təcnis, sinədəftər, ayə məndədi.