Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında (2006)
Müəllif: İlham Əliyev


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1346 nömrəli Sərəncamının icrası ilə əlaqədar və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının fəaliyyətinin təşkilini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Nizamnaməsi təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 dekabr 2006-cı il