Bağlandı
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016

Yeni başdan dәrdә düşdüm oxlandım,
Dәli könlüm bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözәl,
Qәmzәsi ox, qaşı yaya bağlandı.

Şirin gülәr, şirin söylәr, naz eylәr,
Hәr kәmiyi yüz min türlü saz eylәr,
Çarqatı çevirip tel pәrvaz eylәr,
Sanarsan bulutdu, aya bağlandı.

İrfani yenidәn buldu bir dövlәt,
Daha hәrcayıya eylәmәm minnәt,
Әski beynәvadan qalxdı mәhәbbәt,
İndi könlüm Xürrәmzaya bağlandı.