Bayatılar (Məhəmməd Əmani)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bayatılar (Məhəmməd Əmani) Müəllif: Məhəmməd Əmani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bağça barın arzular,
Aşiq yarın arzular,
Hər nə kim dünyada var
Öz miqdarın arzular.
Məhəbbət meydanidə
Mənsur darın arzular.
Cananım tək can az var,
Aramızda min raz var,
Onda ərkü-naz varsa,
Məndə əczü niyaz var.
Həzrət et, könül quşu,
Kəmində şahbaz var.
Yüzün göz rövşənidir,
Zülfün can cövşənidir.
Xəyalın ilən könlüm
Məhəbbət kövşənidir.