Bilürmisiz, ey yarənlər, gerçək ərənlər qandadur

Bilürmisiz, ey yarənlər, gerçək ərənlər qandadur
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Bilürmisiz, ey yarənlər, gerçək ərənlər qandadur?
Qanda baqsam anda hazır, qanda İstəsəm andadur.

Eşqsüzlərə bənüm sözüm bənzər qaya yanqusına,
Bir zərrə eşqi olmayan, bəllü bilün, yabandadur.

Yalancılıq eyləməgil, eşqə yalan söyləməgil,
Bunda yalan söyləyənim anda yeri zindandadur.

Ey kendözini bilməyən, söz mə’nisini bulmayan,
Həqq varlığın istər İsən, uş elm ile Qur’andadur.

Allah bənüm dedüginə vermiş, verür eşq varlığın,
Kimdə ki var bir zərrə eşq, Çeləb varlığı andadur.

Necələr aydur Yunusa, qocaldun sən, eşqi qoğıl,
Eşq bizə yenilə gəldi, henuz dəxi turvandadur.