Bilet 21

21 saylı imtahan bileti

1.Kardinalizmdən ordinalizmə keçid. Smit paradoksu.

Müasir iqtisadi nəzəriyyə baxımından onun bazarda davranışının dəyəri onun faydalılığı ilə müəyyən edilir. Faydalılığı ölçməyin iki yolu var: kardinalist və ordinalist yanaşma. Kardinallar (K. Menager, L. Wallace) gəlirlilik ölçüsü kimi "udmaq" şərtisubyektiv vahidindən istifadə edirlər. Onlar mənfəətin miqdarının dəqiq müəyyən edilməsini təmin edirlər. Gəlirliliyə ənənəvi yanaşma müəyyən strukturu, yəni ardıcıllıq prinsipi əsasında məhsul və xidmətlərə üstünlük verilməsini nəzərdə tutur“Adi” sözü müəyyən bir şəkildə dərəcələnmək və ya strukturlaşmaq deməkdir. Kardinalist yanaşmada marjinal faydalılıq həmişə azalmağa doğru hərəkət edir. Bu məktəbin xüsusiyyətləri aşağıdakılardır. Faydanı ölçmək mümkündür; Hər bir kəs, bir məhsuldan eyni miqdarda istehlak etdiyi zaman bərabər fayda əldə edir; Fayda subyektivdir; Bir məhsul digərindən əldə edilə biləcək faydaya təsir edir

2.Müəssisələrin investisiya ehtiyatları, onların dövranı və dövriyyəsi.

Hər bir firma (fərdi və kollektiv) daxili struktura, onun üçün fayda verən böyüklüyə və fəaliyyət dairəsinə malik olur. Həm də qeyd etmək lazımdır ki, onların fəaliyyətləri fasiləsiz davam edən prosesdir. Onlar investisiya ehtiyatlarını və ya kapitalı satın almaq, habelə işə işçilər cəlb etməklə məhsul istehsalını təşkil edirlər. Istehsal olunan məhsullar reallaşdırıldıqdan sonra avans edilmiş pul vəsaiti firmaya qayıdır. Bu vəsaitdən sərf edilmiş maddi xərcləri ödəmək və əmək haq­qı vermək üçün istifadə olu-nur. Bundan sonra bütün proses yenidən başlanır və dönə-dönə təkrarlanır. Bu, təbiətdə suyun dövranını xatır­la­dır. Təsvir olunan prosesə firmanın investisiya ehtiyatlarının və ya kapitalın dövranı deyilir.

3.İnvestisiyanın formaları və növləri: birbaşa və portfel, qisamüddətli və uzunmüddətli, kommersiya və dövlət investisiyası

Real (qeyri-maliyyə aktivləri) investisiya əsas vəsaitlərin təkrar istehsalı, əmtəəmaterial qiymətlərinin ehtiyatlarının artımına, eləcə də müəssisənin əməliyyat fəaliyyətinə və ya heyətin əmək və məişət şəraitinin yaxşılaşdırılması obyektlərinə qoyulmuş kapitalı nəzərdə tutur. Kapital yaradan investisiya (kapital qoyuluşu) əsas kapitala investisiyadır. Maliyyə investisiyaları müxtəlif maliyyə alətlərinə kapital qoyuluşunu xarakterizə edir, başlıca olaraq gəlir əldə etmək məqsədilə qiymətli kağızlara qoyulur. Portfel investisiyaları uzunmüddətli qiymətli kağızlara (səhmlər, istiqrazlar, girov və i.a.) qoyulur. İnvestisiya prosesində iştirakın xarakterinə görə birbaşa və dolayı investisiyalar fərqləndirilir. Birbaşa investisiya investisiyalaşdırma obyektinin və kapitalın qoyuluşunun seçilməsində investorun bilavasitə iştirakını nəzərdə tutur. Adətən birbaşa investisiyalar digər müəssisələrin nizamnamə fondlarına kapitalın bilavasitə qoyuluşu ilə həyata keçirilir. Qoyuluşun vaxtı əlamətinə görə investisiyaları qısa müddətli və uzun müddətli növlərə bölmək olar. Qısamüddətli investisiyalar bir ilədək dövrə qoyulur. Müəssisənin qısamüddətli investisiyaların əsasını qısamüddətli maliyyə qoyuluşları təşkil edir. Uzunmüddətli investisiyalar kapitalın bir ildən çox dövrə qoyuluşu ilə xarakterizə olunur. Müəssisənin uzunmüddətli investisiyasının əsas forması onun əsas vəsaitlərin təkrar istehsalına kapital qoyuluşudur

4.Qiymətqoymanın vəzifələri və metodları.

Kommersiya və qeyri- kommersiya fəaliyyəti ilə məşğul olan bütün təşkilatların qarşısında duran başlıca vəzifələrdən biri də istehsal etdikləri məhsullar yaxud da göstərdikləri xidmət üçün qiymətlərin müəyyən edilməsidir. Belə ki, kiçik firmalarda qiymətlər çox vaxt ali rəhbərlik tərəfindən müəyyən edildiyi halda, iri şirkətlərdə bu işlə adətən şöbə müdirləri, habelə əmtəə çeşitləri üzrə müdirlər müdirlər məşğul olurlar. Lakin iri şirkətlərdə də qiymətqoyma siyasətinin ümumi istiqamətləri ali rəhbərlik tərəfindən müəyyən oluna bilər və olunur. Firmaların istehsal etdikləri əmtəələrə ilkin qiymətlərin müəyyən edilməsi prosesi aşağıdakı mərhələlərdən keçir: 1. Qiymətin müəyyən edilməsi ilə əlaqədar məsələnin qoyuluşu. 2. Tələbatın müəyyənləşdirilməsi. 3. Xərclərin qiymətləndirilməsi. 4. Rəqiblər haqqında məlumatın toplanması, qiymətləndirilməsi və təhlili. 5. Qiymətqoyma metodlarının seçilməsi. 6. Son qiymətin müəyyən edilməsi. Məlum olduğu kimi firmaların yeritdikləri qiymət siyasəti bazarın tipindən asılıdır. Ona görə də firma bazarın tipini nəzərə almaqla hər hansı bir məhsulun istehsalına başlamamazdan əvvəl qarşısına qoyduğu məqsədi aydınlaşdırmalıdır. Firmalar qarşılarına başqa məqsədlər də qoya bilər. Bu barədə təsəvvürlər nə qədər aydın olsa qiymətqoyma da bir o qədər asan olar.

5.Torpaq resursları təklifinin məhdudluğu.

Torpaq resursları – təbiət tərəfindən yaradılan nemətlərdir. Onları tanrının bəxş etdiyi nemətlər də adlandırmaq olar. Torpaq rsursları ümumi , mücərrəd anlayışdır. Konkret formada torpaq resurslarına onun üstündə və altında olan bütün təbii nemətlər aid edilir: torpağın kəmiyyəti və keyfiyyəti, meşələr, su hövzələri, hava, əkinə yararlı torpaqlar və otlaq sahələri, torpağın məhsuldarlığı, faydalı qazıntılar, iqlim şəraiti və yerləşməsi və s. İqtisadi ədəbiyyatda bu resurslar qısaldılmış və ümumiləşdirilmiş formada – torpaq adlanır. Yer kürəsində çoxlu sayda dövlətlər və xalqlar mövcuddur. Tarixən elə yaranıb ki, müəyyən dövlətlərin ərazisi böyük, digərlərinin isə ərazisi kiçikdir. Bu isə o deməkdir ki, təbii resurslar və dövlətlər arasında qeyri – bərabər paylanmışdır. Ən böyük əraziyə malik olan dövlətlərdən Rusiyanın ərazisi – 17 075 min km2 , ABŞ – 9629 min km2 –dir. Eyni zamanda dünyada Andorra (467 km2 ), Lixtenştexn (160 km2 ) , San – Marino (61 km2 ), Monoko (2 km2 ) kimi bir çox “cırtdan” dövlətlər də var.Müqayisə üçün qeyd edək ki, Azərbaycanın ərazisi 86,6 min km2 –dir. 1918-ci ildə Demokratik Cümhuriyyətin yaranması zamanı Azərbaycanın ərazisinin sahəsi 114min km2 idi.1920-ci ildə Azərbaycanın yenidən Rusiyaya qatılmasından sonra onun ərazisinin 28 min Rusiya tərəfindən zorla qoparılıb ermənistana verildi. Torpaq iqtisadi resurs kimi həm kənd təsərrüfatı istehsalı üçün, həm də başqa ehtiyacların (binaların, qurğuların, yolların və s) ödəmək məqsədilə istifadə oluna bilər. Yer kürəsində kənd təsərrüfatı təyinatlı torpaqların ümumi həcmi 51min km2 təşkil edir. Orta hsabla hər nəfərə düşən əkin sahəsinin ölçüsü cəmi 0,3 ha-dır. Hər nəfərə düşən əkin sahəsi ölkələr üzrə ərazisindən asılı olaraq differensiallaşır. Məsələn, ABŞ-da hər nəfərə düşən əkin sahəsi 0,67 ha olduğu halda Yaponiyada bu rəqəm ancaq 0,03 ha=a bərabərdir. Eyni zamanda torpağın üstündə və dərinliklərində müxtəlif faydalı qazıntılar mövcuddur və onlar da ölkələrin ərazilərindən asılı olaraq fərqli bölünmüşlər. Məsələn, dünya neft ehtiyatlarının 25%-i Səudiyyə Ərəbistanına , qaz ehtiyatlarının 40%-i Rusiyaya, daş kömürün 26%-i isə ABŞ-a məxsusdur.