Bir bax (Qasım bəy Zakir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bir bax Müəllif: Qasım bəy Zakir |
Həddən aşıb bu viladə şərarət,
Hər kim bir iş görə puluna minnət.
Mu qədəri yoxdur ədlü ədalət,
Və lakin şöhrəti birayə bir bax.
Həramilər kimi yol üstə yatar,
Tamojnada növkər olub mal tutar.
Dünbək çalar, şərab içər ... atar,
Feli-bəyzadeyi-tərsayə bir bax!
Dolanır bazarı darğa, kvartal,
Döyülür sifətlər, yolunur saqqal;
Gecə get cibinə beş-on manat sal,
Gündüz gəlib nırxi-bahəyə bir bax!