Bir pǝri heyraniyǝm, bilmǝn mǝkani xandadır
Bir pəri heyraniyəm, bilmən məkani xandadır Müəllif: Şah İsmayıl Xətai |
Bir pǝri heyraniyǝm, bilmǝn mǝkani xandadır?
Kimsǝ bilmǝz dünyada namü nişani xandadır?
"Xubları sevmǝ" deyib, tǝn etmǝ, ey naseh, mana,
Çünki bilmǝzsǝn mǝqami cavidani xandadır.
Gǝldi "sübhan-ǝllǝzi ǝsra beǝbdeh" şǝninǝ,
Lövhi-mǝhfuz üstǝ ol hüsnin bǝyani xandadır?
Dün dedim, bir busǝ ver, der: can verüb almaq gǝrǝk,
Bu mǝkan içrǝ mǝtai-rayikani xandadır?
Mǝn dedim: yüzünü göstǝr, dedi: "taqǝt yox sana",
Bu sualinǝ cavabi - "lǝntǝrani" xandadır?
Ta vüsalından cüda düşdüm, hǝyatım qalmadı,
Dünyǝvü üqbadǝ sǝnsiz zindǝgani xandadır?
Qanda kim, yatım cahanda uyğu gǝlmǝz çeşmimǝ,
Bu Xǝtai yatmağa, yar asitani xandadır?