Bu bəndən Xaqani üzr istər səndən
Bu bəndən Xaqani üzr istər səndən Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Bu bəndən Xaqani üzr istər səndən,
Üzrünü qəbul et sən də, ey xuda!
Ona verdiyini vurma üzünə,
Etdiyi günahı, gəl, salma yada.
Kərəm sahibinin barigahında,
Unudulmalıdır əta və xəta.