Bu qǝmzǝ deyil, bǝladır, ey dust

Bu qəmzə deyil, bəladır, ey dust
Müəllif: Şah İsmayıl Xətai



Bu qǝmzǝ deyil, bǝladır, ey dust,
Bu xǝndǝ deyil, cǝfadır, ey dust.

Şǝkǝr lǝbin ağzıma söyǝrsǝ,
Söymǝk deyil ol, duadır, ey dust.

Yer yüzi hǝvayi-qǝddün ilǝ,
Cǝnnǝt kimi xoşhǝvadır, ey dust.

Dil mürşidinǝ xǝyali-zülfin,
Hǝm xirqǝvü hǝm ǝsadır, ey dust.

Aşiq olalı sana Xǝtai,
"Ba-la" ına mübtǝladır, ey dust.