Canlar fəda yoluna, bu can qayusı dəgül

Canlar fəda yoluna, bu can qayusı dəgül
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Canlar fəda yoluna, bu can qayusı dəgül,
Sən can gərəksin bana, cəhan qayusı dəgül.

Canlar içində cansm, sən bir abi-heyvansm,
Bizə dınü imansın, iman qayusı dəgül.

Yudum yarəmi, sildüm, yarəm kimdəndür bildüm,
Bana yarum qayusı, yarəm qayusı dəgül.

Eşqün beni faş etdi, saqlayam derdüm vəti,
Çün səni əyan gördüm, pünhan qayusı dəgül.

Derman olamı bana, dərdüm bənüm kim ona?!
Dərdlü varaytm sana, dərman qayusı dəgül.

Gəlün aşiq olalum, eşqə cövlan uralum,
Əsrük olub yatmışam, cövlan qayusı dəgül.

Eşqün oqı dətnreni doqınur yürəgümə,
Eşq içün bən öləyim, demrən qayusı dəgül.

Canü könülİ netdüm eşqün odma atdum,
Sidqi dəxi unutdum, güman qayusı dəgül.

Eşqün bürcindən uçdum, cövlan uruban keçdüm,
Bən dost İlə buluşdum, cövlan qayusı degiil.

Bəhr-ümmana talmışam, anda sedef bulmışam,
Cövhər alub gəlmişəm, ümman qayusı dəgül,

Turdığum yer Tur ola, baqduğum didar ola,
Nə hacət Musa bana, sən-bən qayusı dəgül.

Bu Yunusı andılar, karvan köçdi dedilər,
Bən mənzilə irişdüm, karvan qayusı dəgül.