Cilvәlәnirsәn
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016

Nәdir cürmün, söylә ey şux-i bәyaz,
Niçin mәndәn böylә şüphәlәnirsәn.
Bizlәrә gәlәndә, naz üstünә naz,
Gedәr, yad әliylә cilvәlәnirsәn.

Bu dil-i mәhzunum, bir dәm şad olmaz,
Hәr şahin olduğu yerdә sar olmaz,
Әgәr ki naz isә, böylә naz olmaz,
Hәr gün dә dirilir, öfkәlәnirsәn.

İrfani, nafilә gәl savaş etmә,
Fәlәyә qәhr edib belini bükmә,
Vәfasız dilbәrin cevrini çәkmә,
Yazıq könül sana örsәlәnirsәn.