Düşəsən
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016

Başıma gәtirdin olmaz qovğayı,
Barı könül sәn de, qana düşәsәn,
Maya sәndәn oldu, kimdәn bilәyim,
Bir vәfasız mehribana düşәsәn.

Ağlamaqdan getdi gözüm qarası,
Sağalırmı böylә oxun yarası,
Min tәbib cәm olsa yoxdur çarası,
Yara göyü yaradana düşәsәn.

El içindә mәcnun oldu İrfani,
Bir şux Türkmәnә qul etdin mәni,
Bağrı yanıq, giryan olasan sәni,
Olmaz dәrdә, qәm-hicrana düşәsәn.