Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dəllək
Müəllif: Cəlil Məmmədquluzadə


... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.

(Hələlik qulaq verin)

Bir dəllək idim, qırxardım gündə beş-on baş,
Dəllək dükanı özgəyə karxanəyə döndü.
Hər nə qoçu var şəhrdə cəm oldu tamami
Axırda dükan zor qumarxanəyə döndü.

Dəlləkliyin heç yoxdu mənə xeyri əvvəldən,
Bir başı yolunca düşür insan daha əldən,
Lap üzdüm əlimi daha mən bu pis əməldən,
Qırx altı manat pul yığım gündə şətəldən,
Daxmam vurub axır yekə kaşanəyə döndü.

On beş il olar əvvəlki çəm ilə yoluram baş,
Daim ac idim, tapmayır idim sulu bozbaş,
İmdi çoxalıb pul, yeyirəm hər gecədə aş,
Əvvəlcə qumarxanə açaydım dükanı kaş,
Dəlləklik evim yıxdı ki, viranəyə döndü,
Tikdim onu şimdi yekə kaşanəyə döndü.