Dən-dən ərəğ duşəndə ruxi-əhmər üstünə

Dən-dən ərəğ duşəndə ruxi-əhmər üstünə
Müəllif: Məhəmmədəli bəy Məxfi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Dən-dən ərəğ duşəndə ruxi-əhmər üstünə,
Şəbnəmdi guya kim tokulub gullər üstünə.

Ləl ləbin kənarına cıxmış xətinmidir?
Murbəccələrmi yoxsa düşüb şəkkər üstünə?!
 
Yarəb, bir nurdu kim, tökülüb yar türrəsi,
Ya Kəbədir ki, gəlmiş anın kafər üstünə?!
 
Ətrafı-ləblərində o xali-siyahıdır?
Ya ləşgəri-həbəşmi gəlib Kovsər üstünə.
 
Şəhla gozun təkyə verib taği-əbruya,
Bir məstdir ki, meyl qılır minbər üstünə.
 
Əfşan olan o qamətinə saclarınmıdır?
Şahmarlarmı yoxsa cıxıb ər-ər üstünə?!

Bilməm, əzizim, eşqin ara Məxfi neyləmiş,
Hər yan gəlibdi dərdu qəmin ləşgər üstünə.