Dərviş olan kişilər əcəb necə dirilə

Dərviş olan kişilər əcəb necə dirilə
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Dərviş olan kişilər əcəb necə dirilə?!
Yol teqazası budur bir ola hər birilə.

İkilik eyləməyə, hiç yalan söyləməyə,
Aləm bulamır isə bulanmadın tunla.

Əcəb öylə kim ola hıılanmadın tunla,
Öyləlik istər isən yoldaş olğıl ər ilə.

Ər ilə yoldaş olan key olası könüldən,
Aləm yoldaş olurdı olurmısa dil ilə?!

Dildən nəsnənə gəlməz, suyilə könül yunmaz,
Gerçəgİn gələnləri yedərlər bir qıl ilə.

Dünü günin çəkərlər ol qıl üzülsün deyü,
Ömrin anda bərkitmiş yedilür bir qıl ilə.

İncə sanman ol qılı, gezaf sanman bu yolı,
Ərənlər keçdi gəldi her biri bir hal ilə.

Hər kim hali hallandı, ol bəg oldı qullandı,
Yunus, sən qul oh gör, bəg söyleşür qul ile.