Damı da yansın
Damı da yansın Müəllif: Aşıq Alı |
Uçubdu könlümün dəri, divarı,
Bir sütun vurgunan damı dayansın.
Hər kim dostdan dosta yaman qandırsa,
Qiyamət oduna damı da yansın.
Dedim: könül, bir qayıtsan özünə,
Bir baxgınan mənə, bir də özünə,
Axirətdə bir ev tiksən özünə,
Uçmasın başına, damı dayansın.
Deyər Aşıq Alı acar ovluya,
Zənbur şirə çəkə, acar ovluya,
Bir dost səni qoyub acar ovluya,
Od vur qapısına damıda yansın.