Dedin ki, heç kəsə baş əymə əsla
Dedin ki, heç kəsə baş əymə əsla Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Dedin ki, heç kəsə baş əymə əsla,
Çünki, mərd doğuldun bu dünyada sən,
Doğrudur, bu şadlıq gülüstanında,
Gül açdım qocalar duasıyla mən.
Əmim yol göstərdi, kəmala yetdim,
Öyrətdi o mənə çoxlu elmü fən.
Öləndə söylədi: - Görüm, desinlər,
Şərqin də, qərbin də Əfzəli sənsən.