Dolanar (Aşıq Heydər)

(Dolanır (Aşıq Heydər) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dolanar (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Gətirməz dünyada kəsıbın işi,
Nə olsun hər yanda uzaq dolanar.
Qurumaz hər zaman gözünün yaşı,
Yediyi qarınla pazax dolanar.

Fələyin qanunu yazılıb belə,
Çirkin-pis tuş olar türfə gözələ.
Fağırın könlünü kim alar ələ?
Demək-gülmək ona yasaq, dolanar.

Dünya görən bilir ovandı-tərsi,
Kənd-kənd dolaşmışam Çıldırı-Qarsı.
Pirim pünhan yerdə veribdi dərsi,
Demə Aşıq Heydər qoçaq dolanar.