Eşitcək bu sözü təbim həzan dilkəbab oldu

Eşitcək bu sözü təbim həzan dilkəbab oldu
Müəllif: Mirzə Məhəmməd Tağı Qumri
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Eşitcək bu sözü təbim həzan dilkəbab oldu,
Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Məgər divanədir üşşaq eşqi-yardən keçsin,
Həvayi-vəslü sövdayi-rüxi-dildardan keçsin?
Rəvadır təşneyi-məhəbbət meyden əl çəksin!
Qoyub zövqü səfanı badeyi-gülnardan keçsin?!
Olanda fesli-gül, tər qönçenin arayiş əyyamı,
Qoyarmı eşq şeyda bülbülü gülzardan keçsin?
Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq,
Və lakin müşkül işdir ləzzeti-didardən keçsin.
Olar keçmək Bədəxşan ləlinin alafi-əlfindən,
Çetindir aşiqə Iəli-ləbi-dildardan keçsin.
Olub Qumridən ötrii rişteyi-can geysuyi-canan,
Məgər candan keçib, ol türreyi-tərrardən keçsin?!